Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2023

Əli dedim!

Əli dedim, hər şeyə sahib oldum,
Əli dedim, hər bir şey ilə doydum,
Əli dedim, aləmi geybi duydum,
Əli dedim, deyib məst oldum, ona uydum.

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, dünya mənə dar oldu,
Əli dedim, olmayanım var oldu.
Əli dedim, Allah mənə yar oldu,
Əli dedim, duşmənlərim xar oldu.

Əli dünyam, Əli axirətimdi!
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, ilham aldım, söz dedim,
Əli dedim, bəlalara döz, dedim!
Əli dedim, nə müşkül var, çöz dedim!
Əli dedim, gətir haqqa üz, dedim!

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, həyat mənə xoş oldu,
Əli dedim, hər nə yedim, nuş oldu,
Əli dedim, könüllər bihuş oldu!
Əli dedim, damarda qan cuş oldu.

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, rahatladı ürəyim,
Əli dedim, güc tapdı qol, biləyim,
Əli dedim, quvvətləndi kürəyim,
Əli dedim, çünki odur hər nəyim.

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, iman etdim Allaha,
Əli dedim, ümid etdim sabaha,
Əli dedim, nifrət etdim günaha,
Əli dedim, deyəcəyəm bir daha.

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.

Əli dedim, heç bir şeydən qorxmadım,
Əli dedim, saralmadım, solmadım
Əli dedim, dayanmadım, durmadım,
Əli dedim, deməkdən yorulmadım.

Əli dünyam, Əli axirətimdi,
Mənim ağam, mənim səadətimdi.


247 dəfə baxılıb
در حال ارسال اطلاعات...