
Axır zindan əzabından xilas oldu cismin Sənin!
Lakin hələ rahat deyil, ruhun sənin, hissin Sənin!
Zindanlari fəth eyləyən oğullara əhsən deyək!
Düşmənlərin acıqlanır yayıldıqca rəsmin Sənin!
Haqqı demək vacib oldu buna xatir dedin, getdin,
Şöhrət üçün, ad san uçun olmamışdı qəsdin Sənin!
Dünya bu gün çoxlarını azdıraraq zəlil edib,
Həqqi bilən bildi, nədir hədəfin, məqsədin Sənin!
Hər İmamın eşqinə sən, illər verdin zindanlara,
Həbs olundun 12 il, həbs olmadı eşqin Sənin!
Səbrü təvan göstərərək zalimləri xar eylədin,
Nakam oldu düşmənlərin, həyat tapdı bəxtin Sənin!
Hacı Sərdar, hacı Tale, hacı Abgül davamçıdır,
Müqavimət yolunda var, məxsus dəsti xəttin Sənin!
İlahinin izni ilə sən yaşa, var ol əziz insan!
Duaçiyiq sənə daim, yaşasın himmətin Sənin!
Müqavimət əhli sənə salam deyib, təbrik edər!
Xatırladı Seyyid Rövşən, böyükdür xidmətin Sənin!
22/01/2023