Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2021

Ədalətin simvolu

Ədalətin simvolusan ya Əli!
Sən, elə Allah yolusan, ya Əli!

İtaət etdin əziz Peyğəmbəri,
Uzaq eylədin Ondan hər cür şəri,
Lərzəyə salmışdın o müşrikləri.
Allahın vuran qolusan, ya Əli!

Səndən qeyri yox "Əmirəlmuminin",
Sən izzətisən, şərəfisən dinin.
Qurbanı oldun nadanlığın, kinin,
Həqiqi Allah qulusan, ya Əli!

Tərbiyə aldın Allah Rəsulundan,
Zərrə qədər çıxmadın haqq yolundan.
Düşmənin cəhd etsə də sağ-solundan,
Qırıb tulladın kolu sən, ya Əli!

Çox hiylə işlətdi sənə "Müaviyə",
Xilafəti idarə etsin deyə,
Höccəti tamam etdin o, tülküyə,
Hikmət ilə sən dolusan ya Əli!

Yavərinin sayı çatmadı qırxa,
Düşmənə heç vaxt çevirmədin arxa,
"Mənəm" deyənlər qaçdı qorxa-qorxa,
Yormadın da, "Düldül"ü sən, ya Əli!

Nadan məşğulikən öz marağında,
Oldun İlahi eşqin sorağında,
Əldə etdin, sən Nübüvvət bağında,
Zəhra adlı bir gülü sən ya Əli!

Aləm heyran qalıb ədalətinə,
"Xəndək"də vurduğun bir zərbətinə,
Səccad qibtə edib ibadətinə,
Ululardan, sən ulusan, ya, Əli!

İbadətə gedəndə "Nəxlistan"a,
Ruh bədəndə sığışmırdı bir yana,
Az qalırdı vida eyləsin cana,
Zənn edirdilər, ölüsən, ya Əli!

İyirmi beş il səbr elədin möhnətə,
Qəsb olunan haqqına, həm töhmətə,
Çox quyular vəqf elədin ümmətə,
Canə gətirdin çölüsən, ya Əli!

Səndən çatdı bizə elm, ibarələr,
Sənə borclu elm əhli, qarilər,
Quranda təyin etdin işarələr,
Nöqtə ilə vergülü sən, ya Əli!

Sərdaram, bilirəm yox ləyaqətim,
Ümidimd Əhli-beyt məhəbbətim,
Qiyamətdə vəhşətə yox taqətim,
Həll elə müşkülümü sən, ya Əli!


3153 dəfə baxılıb
در حال ارسال اطلاعات...