Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2021

HƏZRƏT ƏLİ (ə)

Nuri-kibriyadır Əli,
Şahi övliyadlr Əli,
Mahi münəvvərdir əyan,
Taci övsiyadır Əli.

Kəbənin övladı Odur,
Rəbbinin bir adı Odur,
Məzhəri əsrari Xoda,
Cibrilin ustadı Odur.

Həqiqətin nur cilvəsi,
Ədalətin nümunəsi,
Mehrabında qanə batan,
Var peykəri məhparəsi.

Mustafanın yavəridir,
Məzlumların davəridir,
Xodavəndin vuran əli,
Haqq əhlinin sırvəridir.

Münafiqlər sevməz Onu,
Xain gözlər görməz Onu,
Zatı təmiz mömin olan,
Bir an düşmən bilməz Onu.

Möminlərə rəhnümadır,
Haqqdan gələn bir nidadır,
Müşkülləri həll eliyən,
Min bir dərdə tək dəvadır.

O Tanrının qüdrət payı,
Elm, bilik, hikmət payı,
Müttəqilər Mövlasıdır,
Əhli-beytin izzət payı.

Könüllərin Sultanıdır,
Eşq əhlinin Dərmanıdır,
Vəsfinə acizdir bəşər,
İlahinin Ehsanıdır.

Əli əbəd sevgimizdir,
Daim uca zikrimizdir,
Özü, sözü, yolu haqqdır,
Əqidəmiz, fikrimizdir.

Fatimədir var-dövləti,
Həsən, Hüseyndir şövkəti,
Zeynəb kimi zinəti var,
Rəsulullahdır izzəti.

Ondan ayrı yol haqq deyil,
Yolu haqqdır, nahaq deyil,
Pənahəndə olanlara,
Çox yaxındır, uzaq deyil.

Əli şahə canlar fəda,
Şahlar hüzurunda gəda,
Rövşənin də ümidi var,
Bu xidməti getməz bada.


578 dəfə baxılıb
در حال ارسال اطلاعات...