Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2019

Türkü İran xatırladanda xatırlayıb özünü lezvalayan türk deyil, israil muzduru

Biz yazanda bizi qınayırlar. Əziz oxucu, aXAR saytı, Fazil Qəzənfər, Niyaməddin Orduxanlı və s. israil nökəri olanlar niyə türkü, türk dünyasını ancaq İran xatırladanda xatırlayırlar. Əlbəttə, əslində İran onlara xatırlatmır. Sadəcə ara-sıra erməni adı İran adıyla yanaşı səslənəndə adları çəkilənlər və onlar kimi digər insanlar, saytlar başlayırlar özlərini lezvalamağa. Qoymayın bəs türkün abrı getdi. Axı bunlar farsı və ermənini türkə düşmən bilirlər. Əlifba bayramı hesab edib bir şeir də qoşublar: fars – erməni, türkün düşməni. Amma türk dünyasının bir parçası olan Türkiyə dövləti də, Azərbaycan dövləti də farsla, yəni İranla heç bir problem yaşamır. Bu günlərdə Rusiya, Türkiyə, Azərbaycan və İran prezidentləri və dövlətləri tez-tez bir araya gəlir. Bu isə kimdə qıcıq yaradır? İsrail və onun ölkəmizdəki nökərləri olan aXAR saytı, Fazil Qəzənfəroğlu, Niyaməddin Orduxanlı, Qüdrət Həsənquliyev və başqa muzdurlarda. Biz sual veririk: əgər sizin üçün Azərbaycan dövlətinin və türk dünyasının maraqları mühümdürsə nə üçün Türkiyə və Azərbaycan dövlətlərinin ortağı, əməkdaşı olan İranla düşmənsiniz? Dünyada hansı türk dövləti İrana düşməndir ki? Deməli, əslində israil nökərisiniz. Baxın, bu günlərdə yenə Fazil Gəzənfərlə Niyaməddin şah İsmayılı pisləyirlər. Çünki şiə olub və şiə dövləti yaradıb. Bunlara görə Səfəvilər İran imperiyasıdır, İrandırsa deməli şiədir və (kimsə) şiədirsə deməli hazırda İran İslam Respublikasının agentidir. Bunların başı ancaq bundan ibarətdir. Bu məntiqlə əgər İranı dəstəkləyən İran agentidirsə, İran əleyhinə danışan da şübhəsiz ki, sionist israil nökəridir. Arsızcasına da Niyaməddin deyir ki, şiəliyi müdafiə edən Rusiyadakı Azərbaycan diasporasının rəhbəri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. Əslində isə səfehin özünü araşdırmalıdır ki, nə üçün dövlətimizdə Şah İsmayıl ordeni ola-ola, Azərbaycan xalqı Şah İsmayılı və onun dövlətini türk bildiyi halda, Azərbaycan dövləti İranla dostluq, qardaşlıq əlaqələri içində olduğu halda siz İran əleyhinə danışırsınız. Hansı qapıda nökərsiniz?

Bəli, türkü İran xatırladanda xatırlayırlar. Dəlil nədir? Baxın, yəhudi olduğu deyilən Emin Ağalarov Bakıya erməni Zaranı və rusiyalı pozğunları gətirib onlar üçün konsert düzəldir. Türkşüvənlər başqa vaxt İrana qarşı özlərini çarpaz cırıb, üçbucaq şəklində (massonsayağı) lezvalayırlar. İndi bunlar nə üçün erməni Zara üçün özlərini cırmır, lezvalamırlar. Hardadır Niyaməddin, Fazil Qəzənfər, aAXAR saytı, Millətçi Gənclər və s. muzdurlar. Yoxsa Zara gəlməmişdən qabaq Emin yəhudi olduğu üçün havadarları bu agentlərə deyiblər ki, işiniz olmasın, bizim adam gəlir?


4661 dəfə baxılıb
در حال ارسال اطلاعات...