
ABŞ-ın bəzi məntəqələrində günlərdə Tramp əleyhinə mitinqlər təşkil edilir, camaat əllərində üzərində Trampı lənətləyən, tənqid edən plakatlarda küçələrdə nümayişlər keçirir. Bu nümayişçilər arasında müstıqil, hüquqi vətəndaşlardan əlavə, ata-anasının məsləhətiylə ora gətirilən və hələ ki, müstqil hüquqa malik olmayan azyaşlı, təqribən 7-8 yaşlarında bir sarışın qız uşağı da var idi. O da heç Trampı tanımadan, nə etdiyini bilmədən, etirazçıların nə istədiyini təhlil etmədən gəlib onlara qoşulmuşdu.
Balaca qızın orda olması yadıma Azərbaycan iqtidarının düzüb-qoşduğu "Nardaran şou" hadisələrindən sonra kameralara müsahibə verən azyaşlı bir oğlan uşağı düşdü. O, əlində sopa tutmuş, Hacı Telni dəstəkləyirdi. O uşağın videosundan sonra bəziləri güya bu cür azyaşlı uşaqların məktəbdə olmalı ikən nə üçün gəlib aksiyalara qoşulduğunu yazmışdılar. Güya o uşağın ora gəlməsi dindar şüurunun geriliyini, Hacı Telnin təxribatçı, uşaqların başını pozan birisi olduğunu sübut edirdi. Əslində isə göründüyü kimi aksiyalarda, mitinqlərdə azyaşlıların iştirakı heç də pis nəzərə çarpmır. İnkişaf etdiyini hamının etiraz etdiyi ABŞ-da belə bu, mümkündür. Valideyn onu ora gətirsə də, ona heç kim demir ki, sən uşaqların başını niyə pozursan, onları siyasətə alət edirsən və s. və i.a.
Elə bizdə də əvvəllər bu kimi ənənələr mövcud idi. Məsələn, Milli azadlıq Hərəkatından bəhs edən videogörüntülərə baxsanız görərsiniz ki, orada etiraz edən vətəndaşların hətta nəinki yanlarında (7-8 yaşlı uşaq) qucaqlarında belə (hələ ayaq tutub yeriməyi bacarmayan) körpələr var idi. Ümumiyyətlə bu kimi hadisələrdə xalq bir olub, böyüklü, kiçikli, irili-xırdalı zülmü dəf etmək üçün toplaşır. Bu cür hallarda azyaşlıların məktəbi də tətil edilir. Çünki birlik olub zülmü dağıtmaq, sonra haqlı bir cəmiyyətdə məktəbə getmək daha məntiqli və şüurlu işdir. Bir məsələ də budur ki, güya həmin uşaq məktəbə gedib neyləyəcəkdi ki? Hələ ABŞ-ın bu qədər inkişaf etmiş məktəblisi etiraza gəlirsə, Azərbaycanda savadsız, rüşvətlə işləyən, avaraxana, heç bir müsbət və işıqlı gələcək vədəsi verməyən məktəblərimizə uşaqlar gedib nə oxuyacaq ki? Əgər o məktəblərdə bir şey olsaydı uşaqlar düz-əməlli dərs oxuyardı.
İki məqama toxunmaq istərdim. Birincisi budur ki, Trampın ABŞ-da onun əleyhin olan etirazlar və polisin müdaxilə etməməsi demokratiya təzahürü kimi təqdim edilir. Yerli əhali də rahatdır ki, biz Trampa etiraz ediriksə bu o demək deyil ki, dövlətin süqutunu arzu edirik. Bu o demək deyil ki, biz ABŞ dövlətini sevmirik. Azərbaycanda necədir? Bir dəfə çıxıb "azadlıq" deyərkən bütün nəsil, qohum-əqrəba işdən çıxarılır, polis bölməsinə çağırılır, mitinqdə polislər bir yetimin üstünə düşüb döyür, sürüyüb polis maşınına basır. Adını da trol sayt və qəzetlər yazır ki, dövlət çevrilişi etmək istəyən xain qoyur. Bilirisnizmi bu nə üçün belədir? Çünki ABŞ-da etirazçılar gözəl bilir ki, Tramp rədd olub getsə də yerinə başqa bir prezident gələcək. Etirazçıların haqlarını, etiraz etmək hüququnu da konstitusiya qoruyur. Bu dövlətdə bir adam Tramp deyil. Trampın qulağını burub vəzifədən ata biləcək səlahiyyətə sahib adamlar vardır. Azərbaycanda isə belə bir haqq vətəndaşa ancaq konstitusiyada təsbit edilib, ölkədə isə etiraz edənlərə "əşşi, İlhamı devirib kimi gətirəcəksiniz ki" deyənlər vardır. Etirazçılar xəyanətkar hesab edilir. Üstəlik onların ABŞ senatorları kimi arxlarında dayanan güc yoxdur. Çünki Azərbaycan kimi diktatura, avtoritar rejimlərdə həmişə belə olur. Bir nəfər həm senatordur, həm prezidentdir, həm ali məhkmənin sədridir...
İkinci qeyd etmək istədiyim məsələ elə həmin azyaşlı qız uşağı ilə bağlıdır. Bizdə demək olar ki, yaxşı mənada uşaqları hansı işə cəlb etmək istəyirlərsə yaramaz hakimiyyət bir bəhanə tapıb təcrid etməyə çalışır. Məsələn, uşaqların Aşura günü məscidlərə getməsinə qadağalar qoyulur. Halbuki inkişaf etmiş heç bir dövlətdə belə bir yaramaz hərəkət mövcud deyil. Adını qoyurlar ki, güya bu kimi məclislərdə şiddət olur, uşaq qorxur, ağlayır... Amma əxlaqsız, qorxulu teatrlara, konsertlərə uşaqların getməsi heç bir maneə ilə üzləşmir. Deməli, Hacı Taleni dəstəkləyən uşaq barədə yazırlar ki, o uşağın orda nə işi var idi, amma İlham Əliyev lent kəsməyə gedəndə ətrafına yığılan uşaqlar, yaltaq böyüdülən körpələr barədə hökümətin bir tədbiri yoxdur. Bütün bunlar isə Azərbaycanda avtoritar, zalım, müstəbid, diktator bir rejimin mövcud olduğunu tam çılpaqlığı ilə ortaya qoyur.