Əsla əyə bilməz səni zindan,Hacı Taleh!
İşgəncə, zülm, hər cürə hədyan, Hacı Taleh!
Etdin sinəni zülmə sipər, Allaha xatir,
Ta ki, bilə öz həddini dinsiz ilə kafir.
Vardır neçə alçaq, neçə yaltaq, buna dair,
Etdin belə xainləri iman ilə viran, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan, Hacı Taleh!
Zalım əməliylə, elə məğlubdu əzəldən,
Qəflətdi olan zülmünə bais, o əcəldən.
Getsin, oxusun sureye axır, o "Zumər"-dən,
Sən Rəbbinə talib, o içər qan, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan, Hacı Taleh!
İman gücünə, dağ kimi durdun məqamında,
Orda bilinər, kim nə olub, Məhşər anında.
Yox İlahi qorxudan qeyri, qorxu canında,
Meydanda da, zindanda da aslan, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan,Hacı Taleh!
Hər kəs səni sındırmağa cəhd eylədi, sındı,
Dəstək verərək şeytana, öz Rəbbini dandı.
Haqq gəldi, gedər zülm aradan, vədə yaxındı,
"Vallahu Əzizuntiqam"-ayeyi Quran, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan,Hacı Taleh!
Qeyrətli mücahid, fədakarlığına qurban olaq biz,
Ey əhdinə sadiqlik edən, dində mübariz.
Xar oldu Yəzid əhli, bizə ibrəti bariz,
Bundan belə tərif olunar şəninə dastan, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan, Hacı Taleh!
Bu, eşqi Hüseyndir ki, edib səndə təcəssüm,
Bir gün nəzər eylər, O sənə, üzdə təbəssüm.
Hər təzyiqə, işgəncəyə rəğmən elədin dini tərənnüm,
Olmuş sənə zindan da gülüstan, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan,Hacı Taleh!
Sərdar! Hərəkat başlanıb haqq, batilə qarşı,
Kimsə dura bilməz buna qarşı, selə qarşı.
Minlərlə Hacı Talehimiz, cahilə qarşı,
Fəth yaxında, həm Sahib-Zaman, Hacı Taleh!
Əsla əyə bilməz səni zindan, Hacı Taleh!