Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2019

Dövlət əleyhinə Mədəd Quliyev və ondan ağıllı Nazim dayı

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-plkovnik Mədəd Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən Ümumdünya Sağlamlıq günü ilə bağlı "Az avtomobil çox həyat" devizi adı altında keçirilən velosiped yürüşü zamanı dövlət əleyhinə yaxşı sözlər deyib.
Yaxşı sözü isə odur ki, deyib ki, gəncləri idman eləməyə, siqaretdən, spirtli içkidən uzaq olmağa çağırırıq. Bu sözləri eşidən kimi ixtiyarsız olaraq gözlərim yaşardı. Bir daha Mədəd Quliyev kimi DTX rəisimizin olmasından ötrü qürur duydum.

Bəli, siz də yəqin bu sətirləri oxuyanda rişxəndlə yazıldığının fərqinə düşünürəm ki, asanlıqla vardınız. Doğrudan da belədir. Ona görə yox ki, DTX ölkənin təhlükəsizliyindən sorumlu olsa da bu vəziyyət onun səlahiyyətləri çərçivəsində olmadığı halda münasibət bildirir. Onun səlahiyyətləri çərçivəsində olmadığı məlumdur. Ya de-fakto, ya de-yure. Çünki fərz eləsək ki, lap onun səlahiyyətləri çərçivəsindədir, belə olan halda nə üçün təhlükəni gördüyü halda bu barədə tədbir görə bilmir. Yoxsa siqaret, spirtli içki baronlarının akula olub onu udacağından qorxur?

Siqaret və spirtli içkilərin ölkəmizdə icazəli olması dövlətin qərarıdır. Mədəd müəllim isə dövlətin başqa mühüm bir orqanının rəisidir. Siqaret və spirtli içkilərdə təhlükə var, o da DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİnin rəsidir. Amma bununla belə dövlətə yaxşı mənada ilişir. İndi onun dediklərini hansısa bir dindar desəydi və dinimizin sağlamlığa ziyan verən şeylərin haram etməsi barədə danışsaydı onu birinci növbədə Mədəd Quliyev və onun kimilərin adamları tutacaqdı. Necə ki, hazırda həbsdə olanda haqqı deyən ruhanilərin həbsi üçün min cür şoular düzəltdilər. Tutanda da adını qoyacaqdılar ki, dövlətə qarşıdır, dövlət düşmənidir, belələri nəinki həbs edilməli, ondan daha betər cəzalara düçar olmalıdır. Mədəd müəllim isə açıq-aşkar dövlətə meydan oxuyur, dövlətin siqaret və spirtli içkilərlə bağlı olan icazəli qərarını lənətləyir, bununla da dolayı yolla həm də dövlət başçısı İlham Əliyevə meydan oxuyur.

Bu yerdə iş yoldaşlarımdan olan Nazim dayının sözü yadıma düşdü. O, bəlkə də onun kimi minlərlə insan bu fikirdədir ki, nəinki dövlət adamları insanları, gəncləri tüfeyli həyat yaşamaqdan saxlamalıdır, hətta bu barədə dövlət proqramı hazırlanmalıdır. Bu proqrama isə birinci dərəcədə insan sağlamlığına təhlükəli olan hər şeyi qadağan etməlidir. Nazim dayı Mədəd müəllimdən qat-qat ağıllı insandır. Çünki Mədəd müəllim gəncləri sağlam həyata çağırsa da "duxu" çatmadı ki, şərab evlərini, siqaret yuvalarını icazəli edən dövlətin müvafiq orqanları haqda bir çağırış edə bilmədi. Quru nəsihətlə qarın doymur. Gərək əsaslı şəkildə bir iş görəsən. Biz də isə Mədəd Quliyev də daxil olmaqla əsaslı bir iş görmək əvəzinə məmurlar tutuquşu kimi əzbərlədikləri sözləri danışırlar.

Unutmadan yazının əvvəlində işlədilən "dövlət əleyhinə yaxşı sözlər deyib" cümləsində balaca aydınlıq gətirmək istərdim. Bu cümlə bir az qəribə səslənə bilər. Yəni, deyilə bilər ki, necə yəni "dövlət əleyhinə yaxşı" Bəli, bu, mümkündür. Faktiki olaraq yaxşı söz deyib, faktiki olaraq dediyi də dövlətin siqaret və spirtli içki siyasətinin əleyhinə bir sözdür. Buradan da məlum olur ki, bir ailənin əlində cəmlənən dövlət, bir ailənin şəxsi biznesi olan dövlət həqiqətən də yaxşı iş görmür. Bunun fərqinə artıq Mədəd Quliyev kimi bu ailənin qulu olan insanlar da asanlıqla vara bilirlər.


4388 dəfə baxılıb
در حال ارسال اطلاعات...