Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

XÜMS - (4)

Xüms ilinin başlanğıcı

Sual: Xüms ili hansı vaxtda başlamalıdır?

Müctehidlərdən mərhum Ayətullahul-uzma Seyyid Ruhullah Xomeyni, mərhum Ayətullahul-uzma Fazil Lənkərani, mərhum Ayətullahul-uzma Məhəmməd Təqi Behcət, həmçinin Ayətullahul-uzma Seyid Əli Xamenei və Ayətullahul-uzma Safi Gülpayiqaninin cavablarını qeyd edirik:

Xüms ilinin başlanması mükəlləf tərəfindən müəyyənləşdirməklə dеyildir. O, həqiqi və baş vеrəsi bir işdir və qazanc mənbələrində məşğul olan şəxslərin qazanca başlaması, əkinçiliklə məşğul olanlar üçün məhsul yığımının əldə etməsi, fəhlə və qulluqçuların zəhmət haqlarının hasil olması ilə xüms ili başlanır. Həqiqətdə bu, boynuna vacibi xümslərin gəlməsini bilmək üçün bir yol olduğuna görə vacib olmuşdur. Əgər bu qazanclar ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Ayətullahul-uzma mərhum Cavad Təbrizi, Ayətullahul-uzma Nuri Həmədani və Ayətullahul-uzma Məkarim Şirazi: Hər bir şəxsin birinci qazancı onun xüms ilinin başlanğıcıdır. Əgər bu qazanc ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.
Ayətullahul-uzma Seyid Əli Sistani və Ayətullahul-uzma Vəhid Xorasani: Hər bir kəsin işə başladığı gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir. 

Sual: İl ərzində bir dəfə təsadüfən müamilə edən şəxsin xüms ili nə vaxt başlanır?
Bütün müctəhidlərin rəyi: İşi, sənəti olmayan və təsadüfən müamilə edən şəxsin qazanc əldə etdiyi gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Sonda Quran ayəsi ilə məqaləmizi bitiririk:

يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنوبُهُمْ وَظُهُورُهُمْ هَـذَا مَا كَنَزْتُمْ لأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ

«O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): “Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!” (deyiləcəkdir).» (Tövbə surəsi, ayə 35)

İlahi, Öz izzətin cəlalına xatir nəfsimizə qələb çalmaqda bizlərə yardım et!


7545 dəfə baxılıb
در حال ارسال اطلاعات...