Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

İslamda ailə (3)

Bağışlayan və Mehriban Allahın adı ilə

Gənc ailəyə bəzi tövsiyələr

Bu məqaləmizdə övladın düzgün tərbiyəsinin yollarına və övladda təsir edəcək əməllərin bir qizminə işarə etmək istərdik. Əlbətdə ki, bu əməllərin bəzisi vacib, bəzisi məkruh (bəyənilməmiş), bəzisi isə müstəhəbbdir. O cümlədən;
1-Evlənmək istəyən cavanlar kəbinin kəsilməsinə (şəri əqdin oxunmasına) diqqət yetirməli və bu müqəddəs əməldə səhlənkarlıq etməməlidirlər. Təəssüflər olsun ki, hələ də kəbinsiz cavan ailələrə rast gəlmək olur. Onlar bilməlidir ki, iki naməhrəm gənc (bəy və gəlin) VVAQ (ZAQS) vasitəsilə deyil, məhz şəriətimizdə buyurulan kəbin (əqd) vasitəsilə bir-birinə məhrəm olurlar. Bir sözlə əgər iki gəncin arasında kəbin oxunmasa, dünyaya gələcək uşaqların vücudunda mənfi əsərlər meydana çıxacaqdır.
2-Yaxınlıq zamanı şeytandan Allaha pənah aparın (əuzu billəhi minəşşəytanir-racim deyin), əks halda şeytan uşağın formalaşmasında öz təsirini qoya bilər.
3-Hicri-qəməri ayların əvvəl, orta və axırıncı günləri nütfə bağlanarsa, dünyaya gələn uşağın dəli, yaxud xora xəstəliyinə tutulması ehtimalı var.
4-Gecənin əvvəllərində yaxınlıq olarsa, dünyaya gələn uşaq sehrkar olar və Axirətini dünyasına satar.
5-Yaxınlıq zamanı danışıq olarsa, uşağın lal və kar olması ehtimalı var.
6-Əgər yaxınlıq zamanı bir-birinin övrətinə (ayıb yerinə) baxılsa, uşağın kor dünyaya gəlməsinin ehtimalı var.
7-Həmçinin, əgər yaxınlıq vaxtı Fitr və Qurban bayramı gecəsinə təsadüf edilərsə, uşaq 4 və ya 6 barmaqlı və ya şikəst ola bilər.
8-Əqrəb bürcündə həmçinin səfərə çıxmamışdan üç gün qabaq və qayıtdıqdan da üç gün sonra yaxınlıq etmək bəyənilmir.
9-Əgər bazar ertəsi günü gecə nütfə bağlanarsa, uşaq Quran hafizi və İlahinin qismətinə razı olar. Çərşənbə günü gecə nütfə bağlanarsa, İslam səadətinə nail olar. Cümə axşamı günorta çağı nütfə bağlanarsa, həmin uşağa şeytan yaxınlaşa bilməz və Allah onun din və dünyasında sağlamlıq əta edər. Cümə axşamı gecə nütfə bağlanarsa, övlad gözəl xətib (söz ustası) olar. Əgər cümə günü axşamçağı nütfə bağlanarsa, övlad məşhur alimlərdən olar.
İndi isə hamiləlik dövründə hər ayın özünəməxsus qaydalarını nəzərinizə çatdırırıq:
1-ci ay
1. Həftənin cümə axşamı və cümə günləri “Yasin” və “Saffat” surələrini oxuyub ananın bətninə üfürmək. (Əgər ana oxuya bilmirsə, ona məhrəm olan şəxslər bu əməli yerinə yetirə bilər.
2. Hər səhər bir az şirin alma yemək.
3. Həftənin cümə günləri sübh yeməyindən qabaq bir ədəd nar yemək.
4. Günəş çıxmamışdan qabaq müqəddəs “Kərbəla türbəti” meyl etmək.
5. Gündəlik vacib namazlar vaxtında qılınmaqla yanaşı, əli qarın nahiyəsinə qoyub Azan və İqamə oxumaq.
2-ci ay
1. Həftənin cümə axşamı və cümə günləri “Furqan” surəsini oxumaq.
2. Həftənin cümə axşamı günləri 140, cümə günləri isə 100 dəfə bu salavatı “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum” zikr etmək.
3. Əli qarın nahiyəsinə qoyub сümə axşamı və cümə günlərində bu duanı oxumaq: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum,vəl ən ə də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”.
4. Həftədə bir dəfə az miqdar ət ilə süd və şirin alma ilə yemək.
3-cü ay
1. Həftənin cümə axşamı və cümə günləri “Ali İmran” surəsini oxumaq.
2. Cümə axşamı 140 salavat (axırında “və əccil fəracəhum”) zikr etmək.
3. Hər namazdan qabaq əli qarın nahiyəsinə qoyub cümə axşamı və cümə günlərində bu duanı oxumaq: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum, vəl` ən ə ə`də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”.
4. Həftədə 1 dəfə az miqdar buğda, ət və yağsız süd meyl etmək.
5. Sübh yeməyində bir az bal yemək.
4-cü ay
1. Həftənin cümə axşamı və cümə günləri “İnsan” surəsini oxumaq.
2. Bütün namazlarda bir dəfə “Qədr” surəsini oxumaq.
3. Namazdan sonra əli qarın nahiyəsinə qoyub “Qədr və Kövsər” surələrini oxuduqdan sonra ardınca bu duanı zikr etmək: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum, vəl`ən ə`də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”. Sonra isə bu duanı oxumaq lazımdır: “Rabbənə həb lənə min əzvəcinə və zurriyyətinə qurrətə əynin və cəəlnə lil muttəqinə iməmə. Əstəğfurullahə rabbi və ətubu iləyh”.
4. Hər gün salavat göndərib ardınca bu duanı oxumaq: “Əllahummərzuqni vələdən salimən, salihən, alimən, muttəqiyən şəhidən limə səmməytuhu bismi nəbiyyikə Muhəmmədən (salləllahu ələyhi və əlihi və səlləm)”.
5. Hər namazdan sonra 140 salavat demək.
6. İmkan daxilində gecə namazı qılmaq.
7. İmkan daxilində şirin alma, bal və nar yemək.
5-ci ay
1. Həftənin cümə axşamı və cümə günlərində “Fəth” surəsini tilavət etmək.
2. Namazların hər hansı birində “Nəsr” surəsi oxunmalı və namaz bitdikdən sonra əli türbətə (möhürə) sürtüb qarın nahiyəsinə çəkmək.
3. Hər gün sübh vaxtı bir az xurma, axşam isə şirin alma, xurma və zeytunu birlikdə yemək lazımdır.
4. Hər gün namazdan qabaq əli qarın nahiyəsinə qoyub Azan və İqamə demək.

6-cı ay
1. Cümə axşamı və cümə günləri “Vaqiə” surəsini tilavət etmək.
2. Hər gün axşam namazların birində 1 dəfə “Tin” surəsini oxumaq.
3. Hər namazdan sonra əli möhürə sürtüb qarın nahiyəsinə çəkmək.
4. Hər gün sübh yeməyindən sonra əncir və zeytun yemək.
5. Səy edilməlidir ki, hər gün bir miqdar sümüyün iliyi yeyilsin.
6. Qoyunun quyruğundan pəhriz edilməlidir.
7-ci ay
1. Gecə namazlarını qılmaqla yanaşı hər vacib namazlardan əvvəl Əzan və İqaməni demək.
2. Həftənin birinci günləri “Nəhl” surəsini oxumaq.
3. Hər cümə axşamı və cümə günləri “Yasin” və “Furqan” surələrini tilavət etmək.
4. Hər vacib namazlarda “Qədr” və “İxlas” surələrini oxumaq.
5. Hər gün 140 salavat demək.
6. Hər yeməkdən sonra yemiş yemək yaxşıdır, lakin sudan qabaq və sonra yemiş yeyilməməlidir.

8-ci ay
1. Həftənin şənbə günləri sübh namazından sonra 10 dəfə “Qədr”, bazar günləri sübh namazından sonra 2 dəfə “Tin”, bazar ertəsi “Yasin”, çərşənbə axşamı “Furqan”, çərşənbə “İnsan”, cümə axşamı “Muhəmməd”(salləllahu ələyhi və əlihi və səlləm), cümə günləri isə “Saffat” surələrini tilavət etmək.
2. Hər gün şirin qatıq və bal meyl etmək.
3. Hər həftənin cümə günləri sübh yeməyindən qabaq (acqarnına) şirin nar yemək.
4. Əgər bədənə zərər olmasa, həftədə 1 dəfə sirkə yemək lazımdır.

9-cu ay
1. Ədviyyə yeməkdən çəkinmək lazımdır.
2. İmkan daxilində xurma yemək.
3.İmam Zaman (ələyhissəlam) ağanın salamatlığı üçün qurban edilmiş qoyunun ətindən meyl etmək.
4. Yalnız zöhr və əsr namazlarında “Əsr” və “Zariyat” surələrini oxumaq.
5. Həftənin cümə axşamı “Həcc”, cümə günləri isə “Fatir” surələrini tilavət etmək.
6. İmkan daxilində hər gün kabab yeməli və hər gün bir miqdar piyada gəzmək lazımdır.
7. Şəkillərə və güzgüyə az baxmaq.
İnşaallah gələn məqaləmizdə “hər ayın özünəməxsus qaydaları” ilə tanış olacağıq.
İlahi ! 14 Məsum (ələyhimussəlam) xatirinə, niyyətimizi xalisləşdir və imanımızı kamilləşdir! Amin, ya Rabbəl aləmin.


5223 dəfə baxılıb
در حال ارسال اطلاعات...