Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Qəzzafi! Təbrik edirəm!

Bu gün liviyalılar tarixi inqilablarının qələbəsinin üçüncü ildönümünü qeyd edirlər.

Allah qatında mücahid alim Musa Sədrin oğrusu kimi qeydə alınmış Müəmmər əl-Qəzzafi və ya Qəddafi 7 iyun 1942-ci il-də anadan olub, 20 oktyabr 2011-ci ildə xalqın ayaqları altında  ölüb.
Siyasi dairələrdə Munhauzen kimi fantazyor tanınan Qəzzafi 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. “Yaşıl kitab”da Qəzzafinin nəzərincə ən düzgün dövlət modeli açıqlanmışdı. Əslində bu sosializmin Qəzzafi qəlibində tökməsindən başqa şey deyildi.
Qəzzafinin dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəzzafinin hakimiyyət illərinə təsadüf edir.

1965-ci ildə Müəmmər Qəzzafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı.

Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Nəhayət, kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edərək, 1 sentyabr 1969-cu il tarixində "Azad vahid-sosialist zabitlər təşkilatı" üzvlərinin tabeliyində olan hərbi birləşmələr çevrilişə hazırlıq dövründə yaradılmış və kapitan Qəzzafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında Benqazi, Tripoli və ölkənin digər şəhərlərində hərəkətə keçdilər. Onlar qısa müddət ərzində əsas hərbi və dövlət obyektləri üzərində nəzarəti ələ keçirdilər, ölkədəki Amerika hərbi bazalarına gedən yolları bağladılar və gecə saat 02:30-da başlayan əməliyyat cəmi 2 saat ərzində uğurla başa çatdırıldı. Gecə saat 04:00-da radiostansiya ələ keçirildi və buradan məşhur "1 №-li Kommünike" efirdə səsləndirildi.
Verilən ilk qərarlardan birinə görə monarxiya ləğv edildi, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edildi və ölkə Liviya Ərəb Respublikası adlandırıldı.
Amma sadəcə adlandırıldı. Qəzzafi azadlıq və ədalətdən nəq qədər dəm vursa da qərbin əlaltısı idi və düşüncə azlığı onu axmaq addımlara sövq edirdi.

Hakimiyyəti ələ keçirdikdən dərhal sonra panərəbizm ideyaları ilə hərəkət edən Müəmmər Qəzzafi Liviyanı qonşu ərəb ölkələri ilə birləşdirmək istiqamətində fəaliyyətə başladı. 27 dekabr 1969-cu ildə Tripolidə Qəzzafi, Misir prezidenti Camal Əbdül Nasir və Sudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirildi və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən "Tripoli xartiyası" imzalandı. Sonradan Suriya da bu birləşmiş dövlətdə yer almaq istəyini bildirdi. Sudan isə əksinə sonrakı dövrdə qoşulacağını elan etdi. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalandı, lakin onun yaradılması haqqında yalnız 2 avqust 1971-ci ildə elan edildi. Növbəti il müqavilə hər üç ölkədə referendumla qəbul edildi, vahid dövlətin bayrağı və gerbi təsdiq edildi. Lakin, rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv edildi. 1970-ci ildə Qəzzafi Tunis prezidenti Həbib Burgibaya iki ölkəni birləşdirməyi təklif etsə də o bundan imtina etmişdi. İki ölkəni birləşdirmək! Bu yalnız Qəzzafinin ağlına gələ bulərdi!

11 iyun 1972-ci ildə Qəzzafi müsəlmanları ABŞ və Böyük Britaniya ilə mübarizəyə çağırdı, həmçinin ABŞ-dakı qaradərili inqilabçıları, İrlandiya inqilabçılarını və Fələstinin azadlığı uğrunda döyüşmək istəyənləri dəstəklədiyini bildirdi. 2 avqustda Benqazidə Misir prezidenti Ənvər Sədatla keçirilən görüşdə iki ölkənin mərhələli birləşmə planı qəbul edildi və son tarix kimi 1 sentyabr 1973-cü il müəyyənləşdirildi. Qəzzafi bu ideyanı gerçəkləşdirmək üçün Misir hakimiyyətinə təzyiq göstərmək məqsədilə 1973-cü ilin iyulunda Qahirəyə 40 min nəfərlik yürüş təşkil etdi. Yürüşün qarşısı şəhərin 300 km-liyində alındı. İki ölkənin birləşməsi ideyası baş tutmadı və ölkələr arasındakı münasibətlər gərginləşməyə başladı. 1974-cü ilin yanvarında Liviya və Tunis iki ölkənin birləşərək Ərəb İslam Respublikasını yaradacaqlarını elan etdilər. Lakin birləşmə barədə referendum keçirilmədiyi üçün bu ideya da gerçəkləşmədi.

1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvətinə əsasən iki tərəfdaşının müşayiəti ilə bu ölkəyə gələn Livan şiələrinin rəhbəri İmam Musa Sədr müəmmalı şəkildə yoxa çıxdı. 27 avqust 2008-ci ildə Livan məhkəməsi adam qaçırma məqsədilə əlbir olma və qanunsuz azadlıqdan məhrum etmə ittihamları ilə Qəzzafinin həbsinə dair qərar çıxardı. Lakin Liviya tərəfi bütün ittihamları rədd edərək həmin üç nəfərin İtaliyaya getmək məqsədilə Liviyadan ayrıldıqlarını iddia edir.

22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil etdi, 1980-ci illərin əvvəlində isə Liviya rejimini ən az 45 ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi. Həmişə haqüsız olan Ağ Ev bu dəfə haqdan qaça bilməmişdi.

1 sentyabr 1980-ci ildə Liviya və Suriya arasındakı gizli danışıqlar zamanı Qəzzafi Suriya prezidenti Hafiz Əsədə İsraillə daha effektiv mübarizə aparmaq üçün birləşməyi təklif etdi və 10 sentyabrda iki ölkənin birləşməsi haqqında müqavilə imzalandı.
13 avqust 1983-cü ildə Mərakeşə səfəri zamanı Müəmmər Qəzzafi Ucda şəhərində Mərakeş kralı II Həsənlə Ərəb-Afrika federativ müqaviləsini imzaladı. Bu müqavilə Böyük Ərəb Məqribi yaradılması yolundakı ilk addım kimi Liviya və Mərakeşin birləşməsini nəzərdə tuturdu. Lakin 1985-ci ildə Liviyanın İranla ittifaq müqaviləsi imzalaması və İsrail baş naziri Şimon Pereslə görüşən Mərakeş kralı II Həsənin Qəzzafi tərəfindən kəskin tənqid edilməsi 1986-cı ilin avqustunda birləşmə haqqında müqavilənin Mərakeş tərəfindən ləğv olunması ilə nəticələndi.

Qəzzafi 1 sentyabr 1984-cü ildə Nikaraquada ABŞ-a qarşı döyüşmək üçün Sandini hökumətinə dəstək məqsədilə hərbçilər və silah göndərdiyini elan etdi. 1986-cı ilin martında İmperializm və sionizmə qarşı mübarizə üzrə Ümumdünya mərkəzinin Konqresini Liviyada təşkil edən Qəzzafinin qonaqları arasında İrlandiya respublika ordusunun və bask separatçı təşkilatı ETA-nın nümayəndələri də var idi. Liviya həmçinin Yaponiyada fəaliyyət göstərən "Qırmızı ordu" terrorçularını dəstəkləməkdə də şübhəli bilinirdi.

Qəzzafi terrorçuları deyil, milli azadlıq hərəkatlarını dəstəklədiyini bildiriridi. əslində isə özündən müştəbeh bu şəxs şöhrət xəstəsi idi. Ərəb dünyasının lideri kimi tanınmaq istəyi onu bütün addımlara vadar edirdi.

17 fevral 2011-ci il tarixdə Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirtmişdir. Liviya höküməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmayıblar, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum eleməyə başlamışdılar. Ona görə hökümət qüvvələri güc tədbiq etməyə məcbur qalmışdılar. Qərb, xüsusən də sionistlərdən aslı KİV-lər minlərnən aksiyaçının qətlə yetirməsindən xəbər versələr də, müstəqil təşkilatlar hər iki tərəfdən cəmi 250 nəfərin öldüyünü bildiriblər. Bundan başqa Qərb Qəzzafini "dinc" aksiyaçıları təyyarələrdən bombalanmasında ittiham etsə də, Rusiya kəşviyyatı kosmosdan çəkilən şəkillərnən bunun tamamilə yalan olduğunu ifşa etmişdir.
Bu və digər qara böhtanlar səbəb olub ki, martın 18-də BMT təşkilatı 1973 saylı qətnamə qəbul edib. Bu sənəd "Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını" (!) nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirmişdir. Tanınmış dövlət başçıları NATO-nun bu vəhşiliyini kəskin pislədilər. Seyyid

Vikipediyadan götürələn bu informasiyada ən maraqlı budur: Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli v s. şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümüdü olan Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər!!! Xalq və üsyançılar! Məgər üsyançılar xalqdan deyildimi?!




Həqiqət haradadır? Qəzzafi xalq qəhrəmanı idi, yoxsa xalq düşməni? İmam Musa Sədrin müəmmalı şəkildə yoxa çıxması Qəzzafi üzərində tarixi bir ləkədir. Bütün faktlar ona qarşıdır. İslam liderlərini öz şöhrət yolunda əsas maneə sayan Qəzzafi təkcə Musa Sədrimi aradan götürmüşdü?

Azadliqda gedən məqalədə maraqlı fikirlər var: Qəzzafinin linç edilməsi onun özünün qansızlıqlarını, amansızlıqlarını arxa plana keçirdi. Bu gün müzakirə mövzusu Qəzzafinin cinayətləri, qəddarlıqları, cəlladlıqları olmalı ikən hər kəs Qəzzafinin bir amansızlıq qurbanı olmasından danışır və dartışır.
...Qəzzafinin o cür amansız şəkildə öldürülməsinə imkan verməmək də olardı. Ən azı, bu insanlıq düşməninin, bu bəbək qatilinin həbs ssenarisini elə həyata keçirmək olardı ki, onu gözünü qan örtmüş kütlələrin linçindən uzaq tutmaq mümkün olsun.
Qəzzafinin bu cür cəzalandırılması yerdə qalan tiranlara, despotlara, xalqını əzən, onunla güc, zülm ilə danışan rejimlərə açıq bir mesajdır. Mesajdır ki, onlar öz zorakı, talançı hakimiyyətlərini qorumağa davam etdikcə, öz ədalətsiz, oğru rejimlərindən vaz keçmədikcə cəzanın ağırlıq dərəcəsi də artır...
Başqa bir mənbə yazır: Liviya inqilabçıları Tripolidə Qəzzafi sarayına daxil olduqdan sonra əlləri qulları kəndirlə bağlanmış və bədənində yanıq və işgəncə izləri görünən bir xidmətçi ilə üzləşiblər.
Bu efiopiyalı qadın xidmətçi Müəmmər Qəzzafinin oğlu Habinalın həyat yoldaşının dəhşətli işgəncələrini ifşa edib.
Şoya deyib : Bu evdə döymək , ac qalmaq , ailə ilə əlaqənin qarşısının alınması və hər cür işgəncənin həyata keçirilməsi adi bir hala çevrilmişdi və Qəzzafinin gəlini məni işgəncə etməkdən ləzzət alırdı Bu efiopiyalı xidmətçi qadın deyib : Hanibalın həyat yoldaşı məni qaynar su ilə yandırdı, əlimi daldan burxdi və qaynar soyu başıma tökdü .
Ağlayaraq bu sözləri söyləyən Şoya sonra deyib : Bu hadisə Hanibal və onun həyat yoldaşının yaşayışında qeyri-adi bir məsələ deyildi. Bu iki nəfər öz xidmətçilərini işgəncə etmələrinə görə keçən iki ildə Liviya ilə İsveçrə arasındakı diplomatik əlaqələrində böhran yaratdı ki, o zaman Liviya neftinin pulu yaranmış böhranı həll etdi...

Hər halda bu gün Liviyada inqilabın üçüncü ildönümü bayram edilir. Bayrama “qiyamçılar” yox, xalq qatılıb. Şəkildəki qadınlara qiyamçı adınadan daha çox xalq adı yaraşır.

Qəzzafi haradadır görən? Deyirlər ruhlar bu danyada baş verənləri görür. Görürmü Qəzzafi Liviya xalqının şənliyini? Diktator, sərsəm olsa belə bir “liviyalı” adı da vardı Qəzzafinin üzərində. Demək, təbrik də düşür ona. Təbrik edirəm, Qəzzafi! Bu azadlığı qiymətli edən sən olmusan, sənin zülmlərin olub.




3962 dəfə baxılıb
در حال ارسال اطلاعات...