Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Qatil sifarişçidir, yoxsa icraçı?

Çox maraqlıdır, necə olur ki, abortu sifariş verən kəffarə ödəmir, amma abort edən həkim kəffarə ödəyir? Belə çıxmırmı ki, icraçı sifarişçidən daha çox günahkardır? Belə çıxmırmı ki, yer üzündə məzlumların qətliamı əmrini verən zalım hakimlərin günahı əmrə tabe əsgərin günahından yüngüldür?

İslam ağıl və hikmət dinidir, Allah hikmət sahibidir. Onun ağıl və məntiqdən uzaq işi yoxdur. Bəzən mərhəməti ədaləti kölgədə qoyur. O adamı bağışlayır ki, biz buna razı deyildik. Bizim razı olmamağa necə, haqqımız varmı? Allah bağışlayanda bizim haqqımızı bağışlayır ya öz haqqını? Maraqlı, mübahisəli, əhəmiyyətli suallardır.

İki dost arasında söhbətə şahid oldum. Sohbət kəffarədən gedirdi. Mənim kimi sıradan olan dost soruşurdu ki, qadınını aborta məcbur edən kişi kəffarə verməlidirmi? O biri, savadlı, tələbə dostun cavabı bu oldu ki, abort edən həkim kəffarə verməldir. Mən bu naqis ağlımla dərk edə bilmədim ki, necə olur ki, sifarişçi qalır, icraçı kəffarə ödəyir. Dedim yoxsa kəffarədən əlavə cəza var və həmin cəza həkim yox, abort sifarişi verən, buna məcbur edəni yaxalayacaq?

İslama girişdə təbii ki insanlar Quranla tanış olur. Quranda qətl sözü ilə Maidə surəsində rastlaşırıq:
(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) Belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!
Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”
Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu...

Düzü bu ayələrdən aydın olmur ki, sifarişçi, yoxsa icraçı daha çox qatildir. Çünki Qabilə Habilin qətlini sifariş verən onun nəfsidir. Nəfs də inasandandır və onu ayırmaq olmaz.

Qətldən bir neçə ayəyə nəzər salaq:
Ali-İmran, 175: Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!
Muhəmməd, 4: (Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

Ayələrdən aydın olan budur ki, ölüm, qətl bəzən Allahın sifarişidir. Allah pis iş əmr edərmi? Allah əmr edirsə, demək, həmin işdə savab, mükafat var. Demək, bəzi qətllər insana əskiklik yox, şərəf gətirir. Allah Onun əmrini yerinə yetirənlərə böyük mükafat vəd edir. Sifarişçi Allahdır, icraçı insan. Bəzi ölümlər isə Allah tərəfindən qadağan edilir.

İslamda ölüm üç qismə bölünür: qəsdən (bilərəkdən) qətl, bilərləkdənə bənzər qətl, bilmədən qətl. Bilərəkdən qətl barədə ayələrə nəzər salaq:
Nisa,93: Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı
Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!
Maidə, 32: Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.
Nisa, 29: İntihar barədə -Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!

Ayələrdən aydın olan budur ki, Günahsız insanı, eləcə də insanın özünü öldürməsi böyük günahdır. Günahsız insanı öldürəni öncə qisas gözləyir. Qisas diyə ilə əvəz oluna bilər. Yenə sual yaranır ki, qətli sifariş verənin diyə ödəməməsi, qətli icra edənin diyə ödəməsi icraçının günahının ağırlığı mənasına gəlir. Yəni Hitlerin günahı sıravi alman əsgərinin günahından yüngül olub?

İki dünya müharibəsini yada salaq:

I Dünya müharibəsi 28 iyul 1914-cü il tarixində başlayıb, 11 noyabr 1918-ci il tarixində başa çatıb. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya(1915-ci ildə Antantanın tərəfinə keçir) var idi.Müharibə üçün 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) səfərbər edilmişdi. Nəticədə 10 milyona yaxın əsgər öldü.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu.
Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər.
Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla adamı məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914-1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu. 1772-1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl dollar hesabı ilə) təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu.

Keçək ikinci dünya müharibəsinə. İkinci Dünya müharibəsi 1 sentyabr, 1939-cu ildə başladı, 2 sentyabr, 1945-ci ildə başa çatdı. Səbəbi Alman faşizmi, italyan revanşizmi, yapon şovinizmi idi.
2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.
Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.
Müharibə 1945-ci ildə Antihitler Koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı.
1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı.

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.
Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.
Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

Bu müharibələrə fitva verənlər kim idi, sadə xalqmı? Əlinə silah verilən əsgərlər döyüş meydanında öldürməyə məcbur idi. Müharibəyə başlayan milirtaristlər daha çox günahkardır, yoxsa əsgərlər?

Abort haqqında

"Hər il dünyada 40-50 milyon abort icra edilir. ÜST-nin məlumatına görə, il ərzində 19 milyon təhlükəli abort icra olunur". Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin Tibbi Yardım təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva xəbər verib. O bildirib ki, hər 7 diri doğulmaya bir təhlükəli abort düşür. Onun sözlərinə görə, dünya üzrə ana ölümlərinin 13 faizi abortların fəsadları ilə əlaqədardır: "Hər il 78 mindən artıq qadın abort səbəbindən həyatını itirir. 24 ölkədə aparılan tədqiqatlarların nəticələrinə görə, qeydiyyata alınan ana ölümlərinin 6-46 faizi abortların fəsadları ilə əlaqədar olub. Abort gənc və yeniyetmələr arasında da geniş yayılıb. Bir sıra ölkələrdə nigahdan əvvəl seksual münasibətlərin geniş yayılması hamiləliklərin, xüsusən də birinci hamiləliyin pozulması hallarının artmasına gətirib çıxarıb". (Sia)

Müasir cihazların köməyi ilə dünyaya gələcək körpənin hələ 2-3 aylıqkən cinsiyyətini öyrənən valideynlər “istədiklərini alanadək” körpə qətliamına davam edirlər. İstəklərsə fərqlidir. Kiminin oğlu var, qız istəyir, kiminin qızı var, oğlan arzulayır. Statistika göstərir ki, hər il dünyada 55 milyondan çox körpə ana bətnindəcə qətlə yetirilir.
Reproduktiv sağlamlıq haqqında qanun layihəsi yola saldığımız il Milli Məclisin gündəliyindən qeyri-müəyyən müddətə çıxarıldıqdan sonra abort məsələsində də qaranlıq nöqtələr qaldı. Belə ki, hazırda ölkəmizdə abortlar müəyyən şərtlər daxilində aparıldıqda problemsiz hesab edilir. Yəni embrion ana bətnində 6 həftəni ötməyibsə ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aborta icazə var. Onu da qeyd edək ki, sovetlərdən qalma bu qanun hələ də qüvvədədir.
Parlamentin gündəmindən çıxarılan “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsində də bu barədə xüsusi müddəalar nəzərdə tutulmuşdu, amma həmin qanunun qəbulunun təxirə düşməsi səbəbindən hazırda bu sahədə boşluq yaranıb.
Embrionun, yəni hələ doğulmamış körpənin yaşamaq hüququnu tanımaq məsələsi bir çox dünya dövlətlərində müzakirə olunsa da, hələlik vahid rəyə gəlinməyib. Yalnız ABŞ istisnadır. O ki qaldı Azərbaycana, bizim ölkədə abort heç bir halda qeyri-qanuni sayılmır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2011-ci ildə 27790 qadın hamiləliyini süni şəkildə ləğv etdirib. Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq görərik ki, ölkəmizdə abortların sayı ildən-ilə sürətlə artır. Məsələn, 2003-cü ildə 16912 abort qeydə alınmışdısa, 2010-da bu rəqəm 26801 olub. Təkcə Bakı şəhəri üzrə abort halları son 9 il ərzində 4353-dən 11434-ə çatıb.
Statistika Komitəsinin rəsmi saytından əldə etdiyimiz məlumatlara görə, 2011-ci ildə abortların sayı 27790-ı keçib. Bu abortlardan 1204-ü 15-19 yaşlı qızlar arasında, 1069-u 18-19 yaşlı, 6471-i isə 20-24 yaşlı qadınlar arasında olub. 25-29 yaşlı qadınlar arasında 9264 abort reallaşıb, 30-34 yaşlı qadınlar arasında isə 6861 nəfər abort etdirib.
35-49 yaşlı qadınlar arasında da abort halları az deyil - 3990 abort. Ümumilikdə 2011-ci ildə ölkəmizdə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 10.3 faiz təşkil edib. Bu rəqəm 2010-cu ildə 9.9, 2009-cu ildə 9.1, 2008-ci ildə isə 9.5 olub. Məlumat üçün qeyd edək ki, 2012-ci ilin illik abort statistikası yaxın günlərdə açıqlanacaq. Bu barədə “Gündəlik Teleqraf”a Dövlət Statistika Komitəsindən bildirdilər.
İngiltərədə çalışan həmyerlimiz Kəmalə Məmmədli deyir ki, bu ölkədə uşaqların abortuna 12 həftəlik olanadək izin verilir: “İcazə olsa belə, həkimlər valideynləri abortdan yayındırmaq üçün hər şey edirlər, ananı sorğu-suala çəkir, ehtiyacı varsa yardım edilir. 20 həftəlik uşaq abort edilə bilər, yalnız fiziki qüsurludursa və ana bunu istəyirsə. Çünki uşağın 20 həftəsində onun qüsurunu bilmək olur və həkimlər də valideynləri xəbərdar edir ki, belə bir problem var. Uşağın cinsinə görə abort isə yasaqdır. Dövlət buna izn vermir. Ona görə də həkimlər uşağın cinsini 20 həftədən tez demirlər. Amma uşağının xəstə doğulacağını bilənlər abort şansları olsa da, adətən, bunu etmirlər”.
Həkim bildirir ki, ana olan qadınlara elə xəstəxanadaca arzuolunmaz hamiləlikdən qorunmağın yollarını başa salır, pulsuz vasitələrlə təmin edirlər: “Bu ona görə edilir ki, əgər yeni ana olan qadın yaxın müddətdə təkrar ana olmaq istəmirsə və təsadüfən hamilə qalırsa aborta üz tutmasın. Qoruyucu vasitələrdən istifadə ilə təmin edirlər. Bununla həm ananın sağlamlığının qeydinə qalırlar, həm də abort statistikasını azaldırlar”.
Qeyd edək ki, İngiltərədə azyaşlıların hamiləliyi 12 həftəlik olanadək pozula bilər. Onun abort edilməsinə dövlət özü razıdır, çünki azyaşlının hamiləliyinin nəticəsi ya intiharla, ya da küçə uşaqlarının artması ilə nəticələnə bilr. Bu ölkənin qanunlarına görə, azyaşlının məxfiliyi də qorunur. Ölkə vətəndaşları aborta olduqca pis baxır və mümkün qədər qoruyuculardan istifadə edirlər. (teleqraf)

Ən acınacaqlı halda ailənin ehtiyaclarını təmin etmək imkanında olmayan kişi qadını aborta məcbur edir. Ya rəsmi, ya ara həkiminə müraciət edilir. Abort həyata keçir, bir körpə həyatını itirir. Həkim həyata keçirdiyi aborta görə kəffarə verməlidir. Bəs onun qapısını döyən ata-ana? Kəffarədən azad ata-ana!

Şəriət nə deyir? Şəriət savaş meydanında mən vurmasam məni vuracaqlar düşünüb qarşısına çıxana atəş açan əsgəri qatil sayır. Bəs Hitleri necə, qatil sayırmı? Əsgər hər qətlə görə diyə ödəməlisə, Hitlər nə üçün bu diyədən azaddır? Zərrəcə şübhə yox ki, İslam şəriətində hərbi cinayətkarlar, hitlerlər üçün ağır danya və axirət cəzaları nəzərdə tutulur. Bu barədə yazmaq lazımdır. Qoy bu gün sıravi öpolis əməkdaşının əli ilə dindarı qətlə yetirən, şərləyən, 10 il həbsə alanlar özünü amanda bilməsin. Qoy dünyada qlobal abort layihəsi həyata keçirənlər onları gözləyən odun istisini duysun. Onda deyərlər ki, kaş kəffarə ilə canımı qurtaraydım!


4262 dəfə baxılıb
در حال ارسال اطلاعات...