Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Bal yeməkçün boz ayı...

Eşidəndə ki, zahirən dünyanın ən tənbəl və zərərsiz adamı kimi görünən Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov birdən-birə hətta rüşdiçiləri şoka salan təkliflə - Quranın azəricə oxunması təklifi ilə çıxış edib, nədənsə hər nədən öncə yadıma Vinni Pux düşdü. Vinni Puxu çoxları cizgi filmindən tanıyır:

Bal yeməkçün boz ayı
Pətəyə çöp uzatdı
Qəzəblənən arılar,
Boz ayını sancdılar.
İkisi qulağından,
İkisi dodağından,
Biri gonbul qarnından
İkisi ayağından...

Çox istədim ki, oxucuda Vinni Pux haqqında təsəvvür yaradım. Çünki O. Əsədovla tanışlıq üçün Vinni Puxu tanımaq ən münasiv yol idi. Təəssüf ki, qənaətbəxş yazı tapmadım. Amma sağ olsun Kulis ki, bu barədə nəsə yazıb:


-Vinni Pux cinsi bilinməyən ayı balasıdır...
-Plüş ayı balası Vinni-Pux (ingiliscədə “Puh”) personajı ilə oxucular ilk dəfə ingilis yazıçı Alan Aleksandr Milnin povest və şeirlərində tanış olublar...
-Leonovun səsləndirdiyi “Soyuzmultfilm” studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur edib...
-Leytinant Harri Kolborn tərəfindən 1914-cü ildə 20 dollara alınmış bu ayı Birinci Dünya müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb. 4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub.1981-ci ildə 61 yaşlı Kristofer Robin Miln London zooparkında Vinniyə heykəl qoydurub. “Vinni” adlı oyuncaq ayı isə hazırda Nyu-York kitabxanasının uşaq otağında yerləşir. Yazıçı Miln əsərlərini arvadı Dafna Selenkura həsr edib. “Panç” jurnalının karikaturaçısı Ernest Şepard 4 kitabın hazırlanmasında yazıçı Milnə köməklik göstərin və personajın şəkillərini hazırlayıb...

Ən maraqlısı: Vinninin sevdiyi şeylər...
Pux şeir oxumağı və bal yeməyi sevir!
Onu uzun cümlələr qorxudur!
Ağlına mükəmməl ideyalar gəlir!
Unutqandır!
Cinsi bilinməsə də zooparkdakı Vinnipeq dişi olub. Adı da ingilis tələffüzündə qadın adı kimi səslənir.
Müəllif Günel xanıma da təşəkkür edirik ki, Azərbaycan oxucusunu Vinni ilə tanış edib.

Keçək Quirana! Hindistanlı kafirin təhrif etdiyi, amerikalı kafirin yandırdığı və Oktay Əsədovun başa düşmək istədiyi Qurana!

Quranın, namazın ərəb yox, yerli dildə oxunması ideyası çox qədim söhbətdir. Bu Vinni Puxdan da uzağa gedir. Maraqlı budur ki, belə bir islamafob layihə barədə danışmağa ölkəmizin ən biganə, ən qorxaq, ən Vinni Pux adamı cəsarət edib.


Tanışlıq üçün ən qısa yol Google-yə müraciətdir. Adını yazan kimi bir məqalə gəldi:

Milli Məclisin spikeri Oqtay Əsədov və xanımı Zemfira Əsədovanın adının mülk qalmaqalında hallandığı barədə məlumat vermişdik. Oxucularımıza vəd etmişdik ki, bu qalmaqalla bağlı bəzi dəqiqləşdirmələrimiz başa çatdıqdan sonra təfərrüatları dərc edəcəyik. Vədimizə əməl edərək Əsədovlar ailəsinin adının hallandığı mülk qalmaqalının bəzi detallarını oxucuların diqqətinə çatdırırıq.
Mülk qalmaqalı Əsədovlar ailəsilə kürəkənləri Kamran Balayev arasında baş verib və hazırda bununla bağlı iki iş Səbayel Rayon Məhkəməsindədir. Kamran Balayevlə xanımı boşanma mərhələsindədir. Bu işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Oqtay Əsədovun kürəkəni sıravi şəxs deyil. Hüquq elmləri üzrə fəlsəfə doktoru olan Kamran Balayev Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzidir. Məlumat üçün deyək ki, Ədliyyə Akademiyası ədliyyə və prokurorluq orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrlar hazırlayır. Bundan başqa Akademiya ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığını təmin edir və ədliyyə və prokurorluq orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsilə məşğul olur.
Kamran Balayev həmçinin bir müddət əvvəl Ingiltərədə vəkillik fəaliyyəti ilə məşğul olub. Kamran Balayevin 2010-cu ildə Oqtay Əsədovun Seçki Qərargahına rəhbərlik etdiyi də bildirilir.
Onun ailəsində yaranmış problemin kökü bizə bəlli deyil. Lakin fakt odur ki, Kamran Balayev xanımından ayrılır. Əsədovlar ailəsi isə birgə nigah zamanı alınan əmlaka iddia edir. Eyni zamanda Kamran Balayevə övladları ilə görüşməyə imkan verilmir. Əsədovlar ailəsi tərəfindən ciddi təzyiqlərə məruz qalan Kamran Balayevin Ingiltərəyə qaçdığı da gələn xəbərlər sırasındadır. Həmçinin məlumatlara görə, Kamran Balayev ona övladları ilə görüşə icazə verilməyəcəyi təqdirdə Əsədovlar ailəsi barədə ilginc faktlar açıqlamaq niyyətindədir.
Bu məlumatlarla bağlı Oqtay Əsədovun mövqeyini öyrənmək mümkün olmasa da, Kamran Balayevin vəkili Adəm Məmmədovla danışa bildik. O, məlumatları təsdiqləsə də, təfərrüatlar barədə danışmaq istəmədi...

Başqa nə yazırlar Oktay Əsədov haqqında?

ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov: “Bəzi şəxslər səlahiyyətlərindən istifadə edib tikinti aparıblarsa, bu bizə aid deyil”MM-in mətbuat katibi Akif Təvəkküloğlu: “Sulutəpədə minlərlə ev var, bu, o demək deyil ki, bütün evlər sökülməlidir”

Son bir neçə ay ərzində Dövlət Neft Şirkəti (ARDNŞ) Sulutəpə qəsəbəsinin sakinlərinin evlərini sökməkdə davam edib. Bu proses axır günlərdə daha da intensivləşib. İnsanların evləri məhkəmə qərarı olmadan və hər hansı bir sənəd təqdim edilmədən, ən əsası ilə kompensasiya ödənilmədən buldozer vasitəsilə dağıdılır.

Müqavimət göstərən şəxslər isə Neft Şirkətinin mühafizəçiləri tərəfindən döyülürlər. Sakinlər isə deputatlardan, o cümlədən Milli Məclisin spikeri Oqtay Əsədovdan da narazılıq edirlər. Sitat: “Deputatımız Oqtay Əsədovun villasını niyə sökmürlər? Onun da villası Sulutəpədə yerləşir. Niyə spiker bizim problemimizlə maraqlanmır?”
Qəsəbə sakinləri deyirlər ki, Sulutəpə O.Əsədovun şəxsi mülki halına salınıb: “Burada hər şey Oqtay Əsədov və başqa məmurlar üçündür. Biz də Rövnəq Abdullayevdən soruşuruq ki, niyə Oqtay müəllimin də villası sökülmür? Məgər, onun da evi neftli ərazidə yerləşmir ki?”.
Eldar OrucovARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucovun bu məsələyə münasibəti belə olub: “Bəzi şəxslər səlahiyyətlərindən istifadə edib tikinti aparıblarsa, bu bizə aid deyil. Onlar sənəd əldə ediblər. Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdırlar. Ümumiyyətlə, Neft Şirkətinin ərazisində yalnız kasıblar deyil, varlı insanlar da ev tikir. Amma qanunsuz tikililərin hamısı məhkəmə qərarı ilə söküləcək”.
Məsələyə MM-in spikeri Oqtay Əsədovun mövqeyin öyrənmək üçün parlamentin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bununla bağlı qəzetlərdə oxuyub, məlumatlıdır: “Ancaq mən bilmirəm burada məsələ nədir. Doğrudanmı Oqtay Əsədovun orada villası var? Bu barədə məndə məlumat yoxdur. Digər tərəfdən də, Sulutəpədə minlərlə ev var. Bu, o demək deyil ki, bütün evlər sökülməlidir. Söhbət Neft Şirkətinin ərazisindən, neft boruları üzərində tikilən gecəqondulardan gedir”...

Bəs sonra:

Ora.az saytı APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İsrailə səfər edəcək.
Bunu Milli Məclisin deputatı Yevda Abramov bildirib. O qeyd edib ki, İsrail tərəfindən bununla bağlı O.Əsədovun adına rəsmi dəvət də göndərilib. Səfərin tarixi yaxın zamanda açıqlanacaq...

Nə vaxtın xəbəridir bilmirəm. Səfər baş tutub ya yox bilmirəm. Amma spikeri danışdıran İsrail havasıdır, buna söz yox. Açın tarixi, Türkiyədə, İranda Quranın, namazın ərəbcə oxunmasına qarşı layihələrin ipucunu axtarın.

Vinni Puxun bir xasiyyəti də gopçuluğudur. Basıb-bağlayır, amma əlindən bir iş gəlmir. Oktay Əsədov mandatı satılan parlamentin fərasətli spikeri kimi bilməmiş deyil ki, bu iş onluq deyil. Yəni insan gücündə olmayan bir işdir. Bəs nə üçün bu axmaq sözü ağzına alıb?

Cavabı:

Bal yeməkçün boz ayı
Pətəyə çöp uzatdı

Nəticəsi:

Qəzəblənən arılar,
Boz ayını sancdılar.
İkisi qulağından,
İkisi dodağından,
Biri gonbul qarnından
İkisi ayağından...

Bu anti-islam layihənin fatihəsini tarix verib. Doğrudan a, “fatihə” azərbaycanca nə deməkdir? Lüğət mənası əsas deyil. Əsas odur ki, Azərbaycanda bu sözü hamı başa düşür. Məsələn, deyiləndə ki, bu hökumət Qarabağın fatihəsini verib, hamı başa düşür ki, Qarabağ problemi “sülh yolu ilə həllini tapıb”.


4294 dəfə baxılıb
در حال ارسال اطلاعات...