Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Hökumət istəsə...

Mən hökumət dedim, siz nə deyirsiniz özünüz bilərsiniz. Siz mafioz qruplaşma desəniz bu da öz işinizdir. Hökumət istəsə nə olar? Nə dəyişər, nə yerində qalar, nə məhv olar, nə yaranar? Moda dəyişər və qadınlı-kişili üryan gəzməyə maraq artar. Maddi durum yerində qalar, kimsə siyasətlə, millətin gələcəyi ilə maraqlana bilməz, çünki gündəlik çörək pulu qazanmalıdır. Əxlaq, din məhv olar. Çünki rüşvət, eyş-işrət din-əxlaqla bir ayaya sığmır. Yeni nəsil yaranar: hər şeyə biganə, rahatlıqdan başqa istəyi olmayan bir nəsil...

Hökumət istədi ki, ölkənin barmaqla sayılası fədakar dindarları səhnədən çıxsın. Vurdu çıxardı da. Birinin cibinə narkotika, birinin evinə silah atıb şərlədilər. Hökumət istəmədi işğal olmuş torpaqları azad etsin. Çünki ermənilər həmin torpaqları “İslam təhlükəsindən” bizim polisdən qat-qat yaxşı qoruyur. Hökumət istədi ki, xalq qorxu içində yaşasın: səsini çıxaranın dilini qopardı. Hökumət istəmirdi vəhabilər Suriyaya gedib döyüşsün? İstəmirsə necə gedirlər?

Qoy iki oğlu Suriyuada döyüşən ata desin: Araşdırıb öyrəndim ki, (oğlum) Bakıda, Müşfiqabad qəsəbəsində vəhhabilərin bir dini icmasına ayaq açıb. Hər dəfə evə gələndə bizə "kafir” deyirdi. İş o yerə çatmışdı ki, ata-bala tutuşurduq, az qala bir-birimizi döyüb öldürmək həddinə çatmışdıq. Gördüm vəziyyət belədir, Daxili İşlər nazirliyinin "102” xidmətinə zəng elədim. Dedim ki, oğlum belə iş tutub, belə oyunlardan çıxır...”
Bunu virtualaz.orgsaytının müxbiri ilə söhbəti zamanı Masallı rayonunun Həsənli kənd sakini Qurbanəli Vəlişov danışıb. Q.Vəlişov deyir, iki oğlu var - Seymur və Həbib. Hər ikisi vəhhabi qruplaşmalarına qoşularaq Azərbaycanı tərk ediblər. Ancaq hələ övladları bu addımı atmamışdan əvvəl ata onların qarşısını almaq üçün əlindən gələni edibmiş: "Mən "102” xidmətinə xəbər verəndən sonra Masallı Rayon Polis Şöbəsindən gəlib məni ora dəvət etdilər. Getdim, hər şeyi ətraflı yazıb qoydum ki, çağırıb Seymuru dindirsinlər. Dedim, sabah övladımın adı hansısa partlayışda, cinayətdə hallananda onsuz da məni bir valideyn kimi ora-bura çəkəcəksiniz. Mənsə sizə bu başdan gəlib agah edirəm ki, övladımı düz yola qaytarın, ətrafındakıları araşdırın, görün kimlərdir bunlar. Yerlərini də dedim - Müşfiqabadda vəhhabilərin toplaşdıqları məscid”.
Ata deyir şikayətindən sonra eşidib ki, Seymuru Binəqədi Rayon Polis İdarəsinə çağırıblar, bir-iki saat dindirib buraxıblar. Bir müddət sonra eşidib ki, Seymur Suriyadadır, orada müxalifətə qoşularaq Bəşər Əsəd qoşunlarına qarşı döyüşür."Ötən ilin sentyabr ayında getdi. Həmin o məsciddən bir qrup getdilər. Deməli, bunları aparıb Gəncə aeroportundan Türkiyəyə yola salıblar. Türkiyədən də Suriyaya keçiblər. Bəs polisin, MTN-in bundan xəbəri yoxdur? Bu boyda işlər gedir, qarşılayıb yola salırlar. Xüsusi xidmət orqanları bunu görmürmü?” - deyə Qurbanəli Vəlişov sual edir.

Biz də elə bunu soruşuruq: Əhli-beyt yolunu təbliğ edənləri şərləyib 10-12 il həbsə salan xüsusi xidmət orqanları bunu görmürmü? Dost, hökumət nə istəyir onu da edir. Bu ölkədə hökumətin istəmədiyi iş baş tutmur, vəssalam.


4136 dəfə baxılıb
در حال ارسال اطلاعات...