Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Bu ölkədə nə üçün inqilab baş vermir?

Xalqlar hökumətləri bəzən haqlı, bəzən haqsız ittiham edir

Dünyanın əksər xalqları sözdə ədalətli, demokratik, əslində zalım və avtoritar hakimiyyətlərin (hökumətlərin) dövlət adlandırdığı siyasi dəzgahda ştamplanır, qəliblənir, siyasi sobada əridilir. Əksər xalqlar mövcud hakimiyyətdən narazıdır. Şeytana dua edənləri də hökumətə dua edən görməzsən. Xalq toplumdur, həm fədakarlar, həm də eqoistlərdən təşkil olunub. Xalqlar hakimiyyətlərdən həm də ona görə narazıdır ki, təmin olunmuş cəmiyyətdə də yoxsullar var və daha yuxarı təminat mümkündür. Ac çörək axtarır. Toxa yatmaq üçün yer lazımdır. Evi olan işıq, qaz, su pulu ödəməlidir. Demək, acın işi olsa problemlər həll olunur. Amma necə iş? Elə bir iş ki, insan hər gün artan arzularını həyata keçirə bilsin. Bu isə cəmiyyətin kiçik bir hissəsi üçün müyəssərdir. Cəmiyyətin yalnız yuxarı təbəqəsi istəklərin reallaşmasına bəs edəcək maliyyə imkanına malikdir. Beləcə, çoxluq narazıdır. Bu narazılıq təkcə imkansızlıqla bağlı deyil. Fürqan, 48... Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək! And olsun ki, (onlara verilən nemətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi (nankorluğunda dirənib qaldı).
Ümumi götürdükdə küçə-bazar narazlılıqları hələ ciddi narazılıq sayılmır. Quran: “Onda divanəlik var?” – dedilər. Xeyr, Peyğəmbər onlara haqla (Quranla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır. (Mominun, 70) Demək, hökumətə qiymət verərkən hökumət haqqında söz deyənin kimliyi nəzərə alınmalıdır. Narazının kimliyi mövzusunu saxladıq söhbətin sonuna...


Narazılıq və etiraz formaları

Bütün cəmiyyətlərdə sosial ədalətsizlik var. Amma təbəqələr arasında elə bir fərq yarana bilər ki, bu fərq inqilab üçün birinci amil olar. Bu sosial amildir. Yənu artıq çoxluq yaşaya bilmir və ya əvvəlki kimi yaşamaq istəmir. İnqilab üçün bu amil bəs edirmi? Düşündürücü nöqtələr var:
İohan Höte: Bütün inqilablara nifrət edirəm. İnqilablar yaratdığından çox yaxşılığı məhv edir...
Corc Şou: İnqilab istibdadı azaltmır, bir çiyindən götürüb o birinə qoyur...
Viktor Hüqo: Yoxsulluq inqilaba, inqilab yoxsulluğa aparır...
Nikolay Berdyayev: İnqilab qədim həyata son olsa da yeni həyatın başlanğıcı deyil...

İstər ilahi kitabların, istər mütəfəkkir və siyasətçilərin xalqa tövsiyəsi köməkçi amil ola bilər. Əgər cəmiyyət narazısa, bu narazılığı hansısa formada ifadə etmədilir. Etiraz ya məhrəm kiçik çevrədə ittihamla, ya mətbuat və televiziyada açıq tənqidlə, ya küçə nümayişlərinə qatılmaqla, ya da inqilablarla özünü göstərməlidir. Cəmiyyəti adətən sosial problemlər ayağa qaldırır. Oktyabr inqilabı məhz bu zəmində baş verdi. Lenin milyonları ayağa qaldırmaq gücünə malik deyildi. Buna görə də fəhlə və kəndlilələrin ağır həyat şəraitini şüar seçdi.

İnqilab

İnqilab coşur ki, xalqı incitmiş, azğın nəfsini, şeytanı razı salmış hakimiyyəti devirsin. İnqilabın çevriliş, ya dövlət çevrilişi adlandırılması şərtidir. Gələnlərin gedənləri, gedənlərin gələnləri qaralaması adi haldır.
“İnqilab” sözü yunanca “revolutio” sözünün tərcüməsidir. Bu söz dönüş, çevriliş mənalarını bildirir. İnqilab radikal, köklü, həm də sıçrayışlı dəyişiklik məqsədi daşıyan hadisədir. İnqilab tədrici inkişaf (evolyusiya) və ayrıca sahədə islahatdan (reforma) fərqlənir.

İnqilabları siyasi inqilab, burjua inqilabı, sosialist inqilabı, milli-azadlıq inqilabı, ağ inqilab, məxməri ya rəngli inqilab olmaqla qruplara ayırırlar. Amma bütün inqilablarıın bazası xalqdır. Xalqı nə siyasət, nə ideolojiya maraqlandırır. Onlar yaşayış səviyyəsini yüksəltmək üçün meydana axışırlar. İnqilabın qrupunu təyin edən isə inqilab özəyi, təşkilat komitəsidir.

İnqilablar tarixində 1688-1689-cu illərdə İngiltərədə Stüartlar sülaləsini Oranski-Nassau sülaləsi ilə əvəzləmiş çevriliş, İran şahı Məhəmməd Rza Rəhləvinin modernləşmə siyasətindən ibarət ağ inqilabı, 1966-1976-cı illərdə Mao Tzedunun öz rəqiblərinə qarşı yuxarıdan aşağıya likvidə kampaniyası kimi əsil inqilabdan fərqlənən hadisələr yer alıb.

Amma Bastilyanın alınması adı ilə yadda qalan Böyük Fransa Burjua İnqilabı, bu sıradan Niderland (16-cı əsr), İngiltərə (17-ci əsr) inqilabları, Koloniyaların istiqlalı uğrunda birinci Amerika inqilabı, 1848-1849-cu illər Böyük Fransa İnqilabı tarixdə öz mahiyyəti ilə qəbul olunmuş inqilablardır.
1905-ci ildə Rusiyada inqilab, 1911-ci ildə Sinxay inqilabı, 1917-ci ildə Rusiyada Oktyabr inqilabı, 1918-ci ildə Almaniya və Avstriya-Macarıstan inqilabı, 1924-cü ildə Çin inqilabı, 1918-1922-ci illərdə Türkiyədə Kamalçılar inqilabı, 1931-ci ildə İspaniyada inqilab, 1979-cu ildə İranda İslam İnqilabı tarixdə yer almışdır.
1896-cı ildə Flippində, 1940-cı ildə Şərqi Avropada, 1945-ci ildə Vyetnamda, 1949-cu ildə Çində, 1952-ci ildə Misirdə, 1958-ci ildə İraqda, 1959-cu ildə Kubada, Əlcəzairdə inqilab baş verib.
1989-1991-ci illərdə məxməri inqilablar Şərqi Avropa və Monqolustanda sovet siyasi sistemini dəyişdi. 2003-cü ildə Gürcüstanda qızılgül inqilabı, ardınca Ukraynada narıncı inqilab baş verdi. 2005-ci ildə Qırğızıstanda tülpan – lalə inqilabı baş tutdu.

Böyük Fransa inqilabı (1789-1799 Fransa və Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə qarşı siyası-sosial qiyam idi.
İnqilab ərəfəsində Fransa mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı.

20 iyun 1789-cu ildə bir qrup deputat and içir ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanacan parlamenti tərk etməyəcəklər. Birləşmiş deputatlar yeni Konstitusiya təsis etmək üçün Milli Assambleya elan edirlər. Kral parlamenti buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır. Şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur).
Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin ləğvi barədə dekret qəbul edir.
1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür. Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.
Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərir.
"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə" qəbul olunur. Britaniya tarixçisi Karleyl yazırdı: "İnsan hüququ bütün kağız konstitusiyaların həqiqi kağız əsası deməkdir. "İnsanın vəzifələrini də göstərmək yaddan çıxıb!", - deyə opponentlər bağırırlar. "İnsanın imkanlarını da təsdiq etmək yaddan çıxıb", - deyə biz cavab veririk".

4 iyul 1776-cı ildə Şimali Amerika ingilis müstəmləkələri öz müstəqilliklərini elan etdilər, 1778-ci ildə Fransa onların müstəqilliyini tanıdı və bu İngiltərə ilə 1783-cü ilə qədər çəkən müharibəyə gətirdi.
1775-1777-ci illər arasında, zəif məhsul səbəbindən, bir sıra ac üsyanlar baş vermişdi. Parisdə sex məhkəmələrinin ləğv olunmasından sonra üsyanlar bir sıra əyalətlərə yayıldı. 1782-1783-cü illərdə üsyanlar yenidən qızışır və bütün ölkəni bürüyür: Puatye(1782), Vizil(1786), 1783-dən 1787 qədər Sevenna, Vivar və Jevadanda. 1787-ci ildə Paris parlamenti, saraya pul verməkdən imtina etdi və bununla populyarlıq qazandı. Bunun əvəzində kral Paris parlamentini Truaya sürgün etdi, lakin Parisdə üsyan başladı və kral zümrə parlamentini geri qaytarmağa məcbur oldu. 1788-ci ildə Bretanda üsyan qalxdı. Dofinedə, xüsusi ilə Qrenoblda, vəziyət daha da ciddi idi. Qanlı toqquşmalar oldu, çoxlu ölən vardı.

İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

Tarixdə bəlkə də ən böyük nöqtəsi 1979-cu ildə İranda baş tutan İslam İnqilabı oldu. Bu inqilab dünyada siyasi qütbləri dəyişdi. Bu inqilaba qədər kapitalist sistemi ilə sosialist sistemi qarşı-qarşıya dayanmışdısa, İslam inqilabı hər iki sistemi rədd etdi və maddiyatçı imperiyalarla İslam baş-başa gəldi.

Sözün canı

Narazının kimliyi mövzusunu saxladıq söhbətin sonuna – demişdik. Elə bu ölkədə inqilabın baş verməməsi də narazıların kimliyi ilə bağlıdır. Bu ölkədə inqilab ona görə baş vermir ki, müxaliflə iqtidar eyni əqidədədir. Kimsə deyə bilər ki, Fransa inqilabı, Oktyabr inqilabında da tərəflərin əqidəsi bir o qədər fərqli olmayıb. Amma kimsə deyə bilməz ki, İran İslam İnqilabında əqidələr eyni idi. Kimsə bunu da deyə bilməz ki, istənilən inqilabı şölələndirən inqilabçının hakimiyyətə nifrətidir. Fransa inqilabı və bütün başqa inqilablarda bu nifrət olub. Bizim ölkə də isə hakimiyyətə nifrtə yox, qibtə var. Yəni kaş mən olaydım onun yerinə! Baxın müxalifətə, bacardığı qədər rifahda yaşayır. Amma gorbagor deyilən Lenin belə deyildi. Bizdə inqilab ona görə olmur ki, içimizdə nifrət yoxdur. Nə üçün yoxdur nifrət? Çünki biz də bu günkü hakimiyyət kimi yaşamaq istəyən, amma buna əli çatmayanlarıq. Nifrəti olanlarsa həbsdədir. Bu ölkədə inqilabçı həbsdədir. Əgər bayırdasansa, demək diktator hakimiyyətə nifrət yox, qibtə var qəlbində. Olanını səninlə bölüşsə hələ bir duaçı da olacaqsan!


3881 dəfə baxılıb
در حال ارسال اطلاعات...