Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Dərd münafiqindi, namaza durub...

İmanı öldürüb ölməyə hazır
Kafərlə xəlvətdə görüşənlərə.
Yaşamaq eşqiylə sazişə gedib
Möminə aşkarda ilişənlərə...

Əsil bəndələrin yerini tutub
Allahın yerinə danışanlara.
Münafiq deyəndə yaxasın cırıb
Benqal şamı kimi alışanlara!

Kafər var, mömin var, bir də münafiq,
Mömini kafərlə görən olmadı.
Bir gün saraydasan, bir gün məsciddə,
Münafiqliyinə şübhə qalmadı.

Bir üz gülə, biri ağlaya, vallah,
Bundan ağır sənət ağlıma gəlmir.
Necə olur zalım padşaha gülən
Doğma balasının üzünə gülmür.

Həkim deyir riya xəstəliyinin
İki səbəbi var: tamah və qorxu.
Kiminin vəzifə, pul tamahından,
Kiminin qorxudan qaçır ayağı.

Deyir kim imamın başını kəssə
Çiyninə salacaq vali xələti.
Möminin cibinə narkotik atan
Olacaq sarayın sevimli iti.

Möminin qətlinə fərman verən də,
Möminə hürən də adda müsəlman.
Ağ libasda qara daşı öpürlər,
Ad hacı, əməllər üsyandı, üsyan.

Kafir həm Allahdan, həm dindən keçib,
Zalımdı, xəbisdi, gəl üzü birdi.
Dərd münafiqindi, namaza durub,
Ürəyi şeytana quldu, əsirdi.


3637 dəfə baxılıb
در حال ارسال اطلاعات...