Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Pis olmaq və pislə olmaq

Aramızda cahillər və alimlər, divanələr və ağıllılar, kafirlər və möminlər, xəyanətkarlar və sədaqətlilər, məstlər və oyaqlar, zalımlar və məzlumlar, əxlaqsız və əxlaqlılar var. İnsan çalışmalıdır öncə özü cahil, divanə, kafir, xəyanətkar, məst, zalım və əxlaqsız olmasın. Əgər özü beləsə, dost seçəndə, ailə quranda yaxşı insan axtarmaq düzgün olmaz. Cahil kişi alim qadının elçi daşı üzərində oturmamalıdır, onun öz tayı var. Narkoman gənc mömin xanıma elçi göndərməməlidir, onun buna ləyaqəti çatmır. İstinadımız Quranadır:

Nur, 26: Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər)...

Quran - kimə aiddir fərqi yox – bəyəndiyi və bəyənmədiyi sifətləri sadalayır:

Əhzab, 35: Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!

Ayəyə rəğmən müsəlmanlıq, möminlik, Allaha itaət, doğru danışıq, səbir, təvazö, ehsan, iffət və həya yaxşı sifətlərdir. Ayəyə gğrə bu sifətlərə malik insanları böyük ilahi mükafat gözləyir.

Tarixdə Firon və Asiya adları yet alıb: pis kişi və yaxşı qadın. Tarixdə Nuh və onun zövcəsinin də əhvalatı nəql edilir.

Tövbə, 71: Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Peyğəmbər və övliyaların pislərlə ünsiyyəti, hətta ailə qurmasında ilahi sirr var. Şuəra surəsində oxuyuruq: “Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik. Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!” İnsan Allah övliyalarını bəhanə göstərib pis insalarla yaxınlıq ardınca getməməlidir. Bütün dini mətnlər pis plmamaq və pislərlə olmamaq üçün ibrətdir, moizədir.

Bəli, hər şey insanın özündən başlayır. Sən özün pis ola-ola yaxşı sorağına necə gedə bilərsən?! Çalışıb yaxşıya yaxınlaşsan da bu yaxınlaşma zahiridir və bir gün sənə cəhənnəm yaşadacaq. Pis olub yaxşıya yaxınlaşmağın ən bariz nümunəsi günahlarından peşman olmamış insanın zahirlə, sözlə Allah evinə, dini cameəyə yaxınlaşmasıdır. İçi çirkabla dolu, alnında səcdə yeri insanlar var. Belələrinin Allaha pis halda yaxınlaşma cəhdinin sonu cəhənnəmdir. Riyakarların yeri cəhənnəmdir.


4536 dəfə baxılıb
در حال ارسال اطلاعات...