Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Bir var kəbindən doğulan, bir var siğədən doğulan, bir də var…

Bu yaxınlarda bir ifadəyə rast gəldim. Təqribən belə idi : “Bir var kəbindən, Bir var siğədən doğulanlar....”.

İfadənin müəllifi siğədən doğulanlar dedikdə kimləri nəzərdə tutduğu tam aydın olmasa da, birilərini təhqir etmək üçün, bu ifadədən istifadə etdiyi bəlli idi.

Əslində İfadə qərəzli olsa da, metod və baxış bucağı döğrudur. Doğrudan da bütün problemlərin kökündə, insanın zatı və rişəsi dayanır. Dini mənbələrə nəzər saldıqda, bir çox hədislərdə görmək olar ki, bir insanın tərbiyəsində başlıca amillərdən biri onun bünövrəsinin paklığıdır. Elə bəzilərinin dandığı atalar da, “Əslini gizlədən haramzadədir”, “Ot kökü üstə bitər” dedikdə, bu məsələləri nəzərdə tutublar.

Uzatmayım. Bir var kəbindən, Bir var siğədən doğulanlar...

Kəbindən doğulanlar məlum. Siğədən doğulanlar dedikdə, yəqin ki mütə nikahından dünyaya gələnlər nəzərdə tutulur. Tarixdə belə bir nikahdan kiminsə doğulduğuna dair bir fakt tapa bilmədim. Olubsa da, mən bilmirəm. Tapsaydım onların necə bir insan olduqları barədə bir qənaətə gəlmək olardı. Yalnız onu bilirəm ki, mütə nikahı müsəlman aləmində, bəhs edilən elmi, şəri və tarixi bir məsələdir. Təbii ki, bu barədə geniş yazmaq hazırki cızma-qaranın əsas məqsədi deyil. Araşdırmaq istəyəynlər elə uzağa yox, əhli-sünnə fiqhinin özəyini təşkil edən, “Səhih-Buxari” və “Səhih-Muslim” kitablarına baxa bilərlər. Təbii ki, bu kitabları oxuya biləcək savadları varsa.! Mütə nikahını haram bilən də, halal bilən də, nikahın Peyğəmbər dövründə olduğunu qəbul edir. Yalnız bir qism müsəlman alimlər sözügedən nikahın sonradan qadağan edildiyini bildirir. Hər iki fikirə hörmətlə yanaşırıq. Sözümüz bunda deyil.

Maraqlı təsnifatdı!: Bir var kəbindən, Bir var siğədən doğulanlar. Amma nədənsə əsas qrup yaddan çıxıb. Bir də var zinadan əmələ gələnlər. Yəni vələduzzinalar.

Bu qrup barədə tarixdə və hədislərdən nə qədər desən faktlar tapmaq olar. Zinadan əmələ gələnlər barədə Peyğəmbər Əfəndimizin maraqlı dəyərləndirməsi var. Əgər araşdırsaq bu haramzadələrin necə bir insan olduğu ortaya çıxar. Məsələn peyğəmbər buyurur : “ Mənim əhli-beytimlə inadkarcasına düşmənçilik edənlər vələduzzina olarlar”.

Məsələn Kərbəlada əhli-beytə qarşı düşmənçiliyi ilə tanınanların əksəriyyəti zinadan əmələ gələnlər olublar. Elə biri Ubeydullah ibni Ziyad. Ubeydullahın anası ilə qeyri-qanuni əlaqədə olanların içində ən tanınmışı Ziyad olduğundan, Mərcanə adlı keçi otaran qadının oğlu İbni-Ziyad kimi tanınıb. Ziyad özü də halalzadə deyildi. Tarixə nəzər salsaz görərsiz ki, Ziayada Şamda Ziyad ibni Əbi Süfyan, Taifdə Ziyad ibni As deyirdilər. Nəhayət adamın atası dəqiq bilinmədiyindən Ziyad ibni Əbih, yəni Atasının oglu Ziyad adı ilə tanındı.

Maraqlıdır, İmam Hüseyn (ə) məşhur xütbələrinin birində məhz bu məsələyə işarə edir : “İnnəd-Dəiyy ibnid-Dəiyy” Yəni bu zinazadə oğlu zinazadə (Ubeydullah ibni Ziyad) məni ölüm və zillət arasında qoyub. Zillət bizdən uzaqdır.

Şimr də Hərmələ də eyni katiqoriyanın adamları idilər.

Kərbəladan sonra yeni bir mərhələ başladı. Hüseynin xatirəsini , beləliklə onun şüarlarını qiyamətə qədər qorumaq, digər tərəfdən isə bu şüarları məhv etmək uğrunda mübarizə. Bu əbədi cəbhənin bir tərəfində Fatimeyi-Zəhranın (s) nəvəsi İmam Zeynül-Abidin , o biri tərəfində isə, Seyyidüş-Şühəda Həmzənin ciyərini yeyən əxlaqsız Hindənin nəvəsi Yezid idi.

Yezid Aşuranı bayram edirdi. Zeynül-Abidin isə bazarlarda gəzərək, qəssabların başını kəsdiyi qoyunlara baxıb, ağlayardı. Soruşardı: Kəsməzdən öncə bu qoyuna su verdinizmi? ! Amma mənim atam Hüseynin başını suzuz kəsdilər.

Tarix boyu şərəf övladları, Peyğəmbər Əhli-beyti olan imamlar və onları sevənlər Hüseynin xatirəsini yaşatmaq üçün ona yas saxladılar. Onun ziyarətinə getdilər. Amma qarşı tərəfdə zatında və bünövrəsində xələlli olanlar, Hüseynin adını silmək üçün əlindən gələni etdilər. Aşura mərasimlərini qadagan etdilər, Kərbəlanı dəfələrlə yerlə-yeksan etdilər. Huseynin qəbrini dağıdıb, yerini şumlayıb, üzərinə çayı axıtdılar.

Zinadan əmələ gələnlərin əlamətləri tam bəllidir. Əhli-beytə qarşı nifrət və kin bəsləyənlər, İmam Hüseyni öldürürb, mübarək cəsədi üzərində at çapanlar, Aşuranı tarixdən silmək istəyənlər. "İbni-Ziyad və Yezid" ordusu (Əl-Qaidənin bu adda briqadası var) yaradıb, Suriyada Hüseynin bacısı və Fatimə qızı Zeynəbin qəbrini dağıtmaq istəyənlər. Cihad nikahı adı ilə, arvadlarını uzunsaqqal mücahidlərə peşkəş çəkənlər. Hər gün mövqe dəyişib, əhdini sındırıb, dostlarını satanlar. Zalımların əlini öpüb, onların artığını yeyənlər.

Bəli belə çıxır bundan sonra bir katiqoriya da olacaq : “Cihad nikahından əmələ gələnlər”. Bu barədə də gələcək nəsillər yazar inşaallah !


6501 dəfə baxılıb
در حال ارسال اطلاعات...