Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Mənim babam…

Biri imanlı və ədalətli, çalışqan və səxavətlidir. Amma yenə özünü başqalarından aşağı sayır, başıaşağı gəzir, dilinə “mən” sözü gəlmir. O birinin din-iman, kişilik-qeyrət iddiaları puçdur. Amma burnunu elə dik tutur ki, özündən başqasını görmür. Şeytan da qulağına pıçıldayır ki, səndən başqa yalandır, özünə çək, qoy hamı sənə təzim etsin.

Babalarla öyünmək, fəxr etmək, lovğalanmaq dəb düşüb. Elə qədimdə də brelələri olub. Yoxsa Quran bu mövzuda danışmazdı:

Xeyr (belə bir şey yoxdur). Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər. (Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, möcüzələri) inkar edirik!” – deyə cavab verdilər. Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!

Ataları, atalarının namazı, atalarının səxavəti ilə öyünürlər. Deyən lazım ki, ata-babadan sənə nə var? Atan-baban oğru, əyyaş olsaydı da onları yada salacaqdın? Düzgün yol ata-babadan ədəb öyrənmək, ata-babanın düzgün iman yolunu getməkdir. Əlbəttə ki, əgər bu yol düz olubsa! Quran bu nöqtəni də yada salır:

Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;

Ata-babalarımızla, tariximizlə öyünə-öyünə mənəviyyatımızı, üstəlik 20 faiz torpaqlarımızı itirdik. Sabir ruhu, özünütənqid ruhu öldü içimizdə. Sözünmüz bu oldu ki:

-Keçmişimizin üç nəhəng siması – Sara xatun, Uzun Həsən və Şah İsmayıl Xətai…

-"Azərbaycan xalqının fəxri olan iki general: çar Rusiyasının “Artilleriya tanrısı” adlandırılan Əliağa Şıxlinski, o cümlədən Səməd bəy Mehmandarov…

-Azərbaycan xalqının fəxri olan Ə.Xəqani, İ.Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.M.Qənizadə, C.Cəbrayılbəyli, Ömər İbn Kafiyəddin, Hacı Zeynalabdin Şirvani, Qasımbəy Hacıbababəyov, Zivərbəy Əhmədbəyov…

-Azərbaycan oğlu, bəstəkar, musiqişunas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim, müasir Azərbaycan profesional musiqi sənətinin banisi, 1938-ci ildən SSRİ Xalq artisti, 1940-cı ildən professor, 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, 1928-1929 və 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1945-1948-ci illərdə Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru olmuş Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov…

-Koroğlunun anası işıqdan hamilə qalar və diri-diri basdırılaraq öldürülər. Anası Çembil Xatundur. Koroğlu məzarda doğular, ölmüş anasının südünü əmərək böyüyər… (Bəs bu oğlanın kor atası kimdir? – red)

Amma nə Koroğlu, nə də qeyrisi gəlib Qarabağı alandı. Bu qəhrəmanların saxtalığı da bir əngəl olub. Sərdar Cəlaloğlu düz ya yalan deyir öz işidir. Amma deyir ki:

"Koroğlu kimə qarşı vuruşub? Koroğlu dastanının müqəddiməsini oxuyan varmı? Orada müəllif qeyd edir ki, mövzu erməni Arakel Təbrizyanın tarix kitabından götürülüb. Azərbaycan xalq dastanıdırsa, niyə erməni mənbələrindən götürülüb? Dastanın başqa 11 versiyası da var. Bütün versiyalarda Koroğlu Səfəvilərə qarşı mübarizə aparan mifik obraz kimi göstərilib. Sual verirəm: Səfəvilər Azərbaycan dövlətidirsə, ona qarşı mübarizə aparana necə xalq qəhrəmanı deyə bilərsən? Xalq bizdən yaxşı bilib ki, Koroğlu bizim deyil. İndi isə Bakının bir tərəfində dövlət banisi Xətainin, o biri tərəfində həmin dövlətə qarşı çıxan Koroğlunun heykəlini ucaltmışıq. Bizim ictimai tərbiyə sistemimiz yanlışdır. Koroğlu deyib ki, igidlik ondur, doqquzu qaçmaq. Bu ruhda tərbiyə olunan bir xalq Qarabağı ala bilər? Eyvazı Koroğlu oğulluğa deyil, oğlanlığa götürüb. Yaxın Şərqdə də oğlanlıq, qadın kimi saxlamaq mənasındadır. Nigar Eyvazı Koroğluya qısqanır, acıq edib, çıxır gedir. Belə murdar məsələləri xalqa ideal kimi təqdim etmək nə dərəcədə düzgündür?" İndi fəxr elə tarixinlə!!!

Tarix qürur, lovğalanmaq üçündür, yoxsa ibrət üçün? Biz tarixə baxanda pis adamları görüb pis işdən çəkinməliyik, yoxsa məşhur insanlara həsəd aparıb şan-şöhrət üçün çalışmalıyıq?

İbrət üçün: 1999-cu il noyabrın 7-də Türkiyədə on minlərlə insanın həyatına son qoyan dəhşətli zəlzələ baş verdi.Onun ocağı ABŞ-ın hərbi-dəniz bazası yerləşən İzmit şəhərində idi. Məlumdur ki, türk hərbçiləri dinə kifayət qədər fikir vermirlər. Məhz hərbiçilərin küfr etmələri bu faciyəyə səbəb oldu. Həmin gün İzmitdə yarıçılpaq qızların iştirakı ilə bayram tədbiri keçirilirdi. Orada Türkiyənin üç minə yaxın hərbçisi iştirak edirdi. İsrailin və ABŞ-ın yüksək rütbəli zabitləri də dəvət olunmuşdular. Şənliyin ən qızğın vaxtında türk generalının əmri ilə Quran gətirildi və bir müsəlman - baş leytenant Uca Allahın Quranı Özü qoruyacağı haqqında ayəni oxumağa başladı. General Kitabı qamarlayıb onun vərəqlərini cırdı və rəqs edən qızların ayaqları altına ataraq: "Ey Quranda "Mən Quranı nazil etdim və Mən də onu qoruyacağam!" - deyən, haradasan? Haradadır onu saxlayıb qoruyan?" – dedi. Allahın qəzəbindən qorxan həmin baş leytenant bazanı tərk etdi. O, bazadan bir qədər aralandıqdan sonra gözqamaşdırıcı bir işıq saçıldı, sonra dənizi lərzəyə gətirən və dəhşətli yanğına səbəb olan güclü partlayış baş verdi. Nəticədə baza yerlə yeksan oldu. Daha sonra bu yerlər üçün görünməmiş və Türkiyənin bütün şimal bölgələrini sarsıdan doqquz ballıq zəlzələ başladı. Hərbi baza bayram iştirakçıları ilə birlikdə yer üzündən silindi. Türkiyə, Amerika və İsrailin axtarış qrupları bir cəsəd belə tapa bilmədilər. İzmit şəhəri də özülünə qədər dağıldı və xarabalıqların fonunda yalnız məscid və mədrəsə salamat qaldı.Türk hakimiyyət dairələrinin və sionistpərəst kütləvi informasiya vasitələrinin həqiqəti gizlətmək cəhdləri boşa çıxdı. Bu hadisə barəsində qəzetlər yazmış, televiziya kanallarında danışılmış, internetdə informasiya yayılmışdır. Bu baxış tarixə faydalı baxışdır.

Və şüarlar:
Bayrağımız qürur mənbəyimizdir! (milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və dalğalanıb. AXC Nazirlər Şurasının Milli bayrağımız haqqında qərarında yazılıb ki, “Milli bayraq kimi mavi, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət bayraq qəbul edilsin.” O vaxtdan 95 il keçir…)

Quran: Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!

***

Kənara qoyaq ata-babaların xidmət və qəhrəmanlıqlarını, görək biz kimik? Görək özümüz kimik? Görək torpaqlarının 20 faizi işğal olan kimdir? Görək qızları Dubay fahişəxanalarında satılan kimdir? Deyirsən babam belə atıb-vuran, namus-qeyrətli olub, Allah babana rəhmət etsin. Özündən danış.


4169 dəfə baxılıb
در حال ارسال اطلاعات...