Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Gülməlidir?

Çox gülməlidir ki, Allahla bir saat xəlvətə çəkilib raz-niyaz etmək yorucudur, amma 90 dəqiqəlik futbol oyununu izləmək maraqlı!

Çox gülməlidir ki, 1 saat ibadət bizi üzür, amma 2-3 saatlıq filmlərə baxanda vaxtın nə zaman ötdüyündən xəbərsiz oluruq.

Çox gülməlidir ki, Allah yolunda 100 dollar xərcləmək bizə ağır gəlir, amma bu pulla bazara girəndə istədiklərimizi ala bilmirik.

Çox gülməlidir ki, dua etmək istəyəndə söz tapa bilmirik, dostlarla oturanda sözümüz qurtarmır.

Çox gülməlidir ki, dua və minacat bir qədər uzun çəkdikdə yerimizdə qurcalanıb darıxırıq, amma balıq tutanda saatlarla oturub, tilova baxır, həvəslə balıq yolu gözləyirik.

Çox gülməlidir ki, bir səhifə Quran oxumaq bizi yorur, amma qalın romanı oxuyub başa çatdırmamış gözümüzə yuxu getmir.

Çox gülməlidir ki, futbol meydançası və ya konsert salonunda qabaq sıraya qaçırıq, amma namazda hamıdan arxada dayanmağa üstünlük veririk.

Çox gülməlidir ki, Allah və Peyğəmbərin (s) buyuruqları bizdə şübhə yaradır, televiziya deyilən və qəzetdə yazılanlara söz sahiblərindən artıq inanırıq.

Çox gülməlidir ki, tanımadığımız, əmin olmadığımız adama qapı açmırıq, inam və saleh əməlsiz behiştə daxil olacağımızı düşünürük.

Çox gülməlidir ki, Peyğəmbər (s) hədisi eşidəndə onu ikinci bir şəxsə danışmaq yadımıza düşmür, amma bir lətifə eşidəndə kimi görürüksə həmin lətifəni tələsik təkrarlayırıq!

Çox gülməlidir ki, elə deyilmi? Gülürsünüz? Yoxsa düşünürsünüz? Bu acı gülüşləri, düşündürücü sözləri başqalarına da çatdırın. Çox gülməlidir ki, bu sözləri kiməsə demək istədikdə onların qəbul etməyəcəyini düşünürsünüz! Çünki onların belə şeylərə inanmadığını ehtimal edirsiniz. Ən böyük səhv elə budur. Düşünürsünüzsə ki, kiminsə etiqadı sizin etiqadınızdan zəifdir, yanılırsınız.


3946 dəfə baxılıb
در حال ارسال اطلاعات...