Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2012

Qocalıq ayəsi

"Yer üzərindəki ağaclar qələm olsa və (mürəkkəb üçün) dənizlərin köməyinə yeddi daha artığı gəlsə, Allahın sözləri başa çatmaz." (bax:"Loğman, 27)

Allahın sözləri müqəddəs kitablar və hədislərdəki ilə tamamlanmış olsaydı, bütün bunları yazmağa bir ağacdan hazırlanmış qələmlər bəs edərdi. Yuxarıdakı ayə isə yer üzərindəki bütün agacların bəs etməyəcəyindən danışır.

Quran bizə nə demək istəyir?

Hansılardır Allahın başa çatmaz sözləri? Hansı kitablarda yazılıb bu sözlər?

Allahın sözləri təkcə hərflər vasitəsi ilə yazılan, dil ilə tələffüz olan sözlər deyil. Allahın sözləri Allahın onlarda sözü olan hər bir şeydir. Yəni canlılar, əşyalar, hərəkətlər, hadisələr və...

Necə ki, biz insanlar da bəzən bir-birimizin hərəkətlərini söz kimi başa düşürük və kiminsə müəyyən hərəkəti qarşısında ondan soruşuruq:"Nə demək istəyirsən?"

Bəli, Allahın sözləri o şeylərdir ki, Allah onların vasitəsi ilə söz demək istəyir. Yəni canlılar, əşyalar, hərəkətlər, hadisələr və...

"Ayə"lər də Allahın sözləridir. Ayə nişanə deməkdir, Allahın ayələri o şeylərdir ki, Allahı nişan verirlər, tanıtdırırlar.

Quranda yerdə və göydə olan hər bir şeyin Allahın ayələri (sözləri) olduğu deyilir. "Sizin üçün heyvanlarda ibrət var." "Küləyi göndərməsi onun ayəsidir" və...

Bəli Allah aləmdə yaratdığı hər bir şeylə, hətta hadisələrlərlə bizlə danışır. Odur ki, hər bir əşya, canlı və hadisə Onun sözüdür. Onu eşitmək üçün isə lazım olan dinləməkdir. Təbiəti dinləmək! Kiçik həşəratların ayaqlarımız altında tapdanması, səmanın dərinliklərində azad quşların qanad çalmadan uçması və... Əgər vaxt ayırıb, təbiəti, onda baş verən hadisələri dinləyə bilsək, Allahı eşidə bilərik.

Allahın ayələrindən, sözlərindən biri də qocalıq hadisəsidir.

İnsan niyə qocalır, qocalıq nədir? Quran məntiqinə əsasən qocalıqda düşünənlər üçün nişanələr, ibrətlər var.

Bizə özümüzü, Allahı unutduran, dəyqələrimizi, günlərimizi, aylarımızı, illərimizi hədər edən cavanlıq həvəsləridir. Zahiri

gözəlliyə həddindən çox vaxt ayırmaq, saçla oynamaq, moda uyğun şıq geyinmək, bahalı maşınlara minmək, qadınlara maraq, şəhvət və sair istək və həvəslər!

İnsan qocalanda onun zahirində geriləmə başlayır. Bu geriləmələrdən ibarətdir qocalıq və bu Allahın həmin sonsuz sözlərindəndir.

Allah insanın cismini qocaltmaqla ruhunun təkamülü üçün çalışmaqda ona böyük kömək etmiş olur.

Saç tökülür, üz qırışlanır, dişlər, gözlər yaraşığını itirir. Bəlkə Allah bununla demək istəyir ki, artıq bəsdir zahirlə oynadığın, indi batini bəzəmək vaxtıdır.

Şəhvət azalır, halsızlıq, zəiflik yaranır. Yəni artıq cismin yox ruhun istəklərini yerinə yetirmək vaxtıdır.

Çevik addımlarla oyan-buyana qaçan insan, ahəstə-ahəstə, güclə addımlayır, yol gedə bilmir. Yəni "ey cism dayan, artıq ruhun səfərə çıxma vaxtıdır."

Quran aləmdəki hər bir şeydə yalnız inananlar, düşünənlər üçün sözlər, ayələr olduğunu düşünür. Odur ki, düşünməyənləri, inanmayanları qoacalıq kimi böyük ayə də ayılda bilmir. Qoca vaxtı yersiz hərəkətlərdə, şit zarafatlardə, şəhvətpərəstlik və həvəsbazlıqda cavanları geridə qoyanlar az deyil.

İnsan tam əldən düşəndə yox, qocalığın ilk əlamətlərin görən kimi bu böyük ayə barəsində düşünməyə başlamalıdır. Çünki ruhun təkamülü üçün vaxt lazımdır.

Rəvayətlərdə bu barədə qırx yaşa işarə olunur. Bir çox hədislərdə qırx yaşda əsa götürmək tövsiyə olunur.

من بلغ اربعین سنة و لم یأخذ العصا فقد عصی

"Hər kəs qırx yaşa çatıb, əsa göürməsə, asi olub."

Mərhum Əllamə Bəhrul-Ulum "Seyr və süluk" əsərində yazır:" Əsa səfər əlamətidir, qırx yaş tamam olan kimi səfər vaxtıdır. Əsa götürməkdən məqsəd axirət səfərinə hazırlaşmaqdır..."

Əlbəttə bu o demək deyil ki, insan qırx yaşa kimi mənəvi təkamül fikrindən daşınıb, heyvani həyat yaşamalıdır. İnsan qırx yaşa kimi özünü hazırlamalı və bu yaşa çatanda səfərə başlamalııdır.

Nadir hallarda isə cavan vaxtı "qocalan", cavanlığın ötəri həvəslərinə üz çevirən böyük insanlarla rastlaşırıq. Şair Firdövsi deyir:" Mən cavanlığımı uşaqlığımdan xatırlayıram."

Bir hədisdə buyurulur: "Cavanların ən yaxşısı qocalar kimi hərəkət (rəfatar) edəndir."

Ola bilsin hədisdə səbrli, təmkinli, ağır, müdrik, gözütox, nəfssiz olmağa, qeyri-ciddi zahiri görkəmdən, ötəri həvəslərdən, uzun-uzadı arzulardan uzaq olmağa işarə olunur.


4813 dəfə baxılıb
در حال ارسال اطلاعات...