
İranda İslam İnqilabının qələbəsindən sonra dünya imperializmi və beynəlxalq sionizmi təmsil edən dövlətlərlə münasibətlər gərginləşdi. Bu gərginlik hazırkı günə qədər davam etməkdədir. Amerika sözdə münasibətlərin normallaşmasından danışsa da, əməldə tarixi düşmənçiliyini həyata keçirməkdədir. Ağ Ev bu günə qədər münasibətlərin normallaşdırılması istiqamətində heç bir əməli addım atmayıb. Mövzunu aydınlaşdırmaq üçün iki sualı cavablandırmaq lazım gəlir. Əgər ABŞ İranla əlaqələri bərpa etmək istəyirsə, nə üçün istəyir? İkinci sual budur ki, ABŞ bu münasibətləri hansı şəkildə bərpa etmək istəyir?
Aydın məsələdir ki, İslam İnqilabının qələbəsindən sonra Amerika böyük siyasi və iqtisadi mənafelərindən məhrum olub. Onun bir təlaşı bu mənafeləri geri qaytarmaqdır. ABŞ-ın İranla rabitələrdə hansı mənafeləri vardır? Bu sırada iqtisadi mənafeləri yada sala bilərik. İrandan ucuz xammal alınması və həmin xammaldan hazırlanmış malların baha qiymətə İrana satılması misal göstərilə bilər. Şah rejimi ABŞ-ın siyasi xidmətçisi idi. ABŞ təkqütblü, qlobal dünya məqsədinə nail olmaq üçün regionda İrandan dəyənək kimi istifadə edirdi. Ağ Evin İranda hərbi mənafeləri daha böyük idi. İranda həm hərbi bazalar yerləşdirilmişdi, həm də bu ölkəyə silah satılırdı.
Bütün bu itirilmiş mənafeləri kənara qoysaq, hazırda İranın dünya miqyasında siyasi gücə çevrilməsi Ağ Evi daha çox qorxudur. Tehranla əlaqə yaratmaqda bir məqsəd İranı müstəqil güc olaraq səhnədən çıxarmaqdır. İran müstəqil siyasət yürüdür. Bu isə Ağ Ev üçün ən təhlükəli amildir. Bu gün İran dünya müsəlmanları və bütün əzilən xalqları imperializm və sionizmə qarşı ayağa qalxmağa çağırır. ABŞ üçün dünya miqyasında ədalətin bərpasından qorxulu nə ola bilər?
Bəs Amerika İranla əlaqələri bərpa etmək üçün hansı yolu seçib? Ağ Evin ən böyük səhvi bu məqsədə çatmaq üçün iqtisadi sanksiyalara əl atmasıdır. ABŞ İrana qarşı iqtisadi təzyiqlərlə onun zəngin sərvətlərinin istehsal mərhələsinə çatması prosesini əngəlləmək istəyir. İqtisadi sanksiyalarla paralel şəkildə atılan addımlardan biri İrandakı möhkəm sabitliyi pozmaq, xalqda narazı ruhiyyə yaratmaqdır.
ABŞ İrana qarşı hərbi addımlar da atır. Məntəqədə hərbi bazaların yerləşdirilməsi, qonşu ölkələrin İrana qarşı təhrik olunması, İranın nüvə proqramının əngəllənməsi bu qəbildəndir.
İrana qarşı təzyiq yollarından biri kimi psixoloji müharibə nəzərdə tutulur. Aparıcı informasiya vasitələrinə nəzarət edən Amerika özü iqtisadi böhran yaşadığı bir zamanda İrandakı iqtisadi problemlərdən danışır. Sadə xalqdan daha çox dindar kütlələri hakimiyyətdən uzaqlaşdırmaq üçün milyardlar xərclənir. Böyük şəxsiyyətlərə qarşı təxribat layihələri həyata keçirilir.
İslam İnqilabının əsas sütunlarından olan İslam mədəniyyətini qarşısında maneə görən Ağ Ev dini dəyərlərlə mübarizəyə daha böyük önəm verir. Əxlaqsızlığı dəyər, dəyəri əxlaqsızlıq kimi göstərməyə çalışırlar. İranın kəşfiyat orqanlarının hədəfində olmayan qurum tapmaq çətindir. İranda təhsil sistemi, mədəniyyət strukturları ideoloji hücumun hədəfindədir. Hazırda dünya qlobal əxlaq problemi yaşayır və beynəlxalq internet şəbəkəsindən istifadə edən İran gəncliyi bu təxribatdan amanda deyil.
ABŞ hər vasitə ilə çalışır ki, İran daxilində tərəfdarlar toplasın. Amerikaya meyilli zümrə arasında dindən uzaq sərvət sahiblərindən tutmuş cinayətkar qüvvələrə qədər bir çevrənin nümayəndələri var. Öz dini və milli kimliyini unudan insanlar düşmənin hiylələrinə daha tez aldanır.
Amerika öz mənafeləri xatirinə İranla mənafeləri bərpa etmək sitəsə də buna mane olan səbəblər var. Allah-Taala, ilahi övliyalar, xüsusi ilə İmam Mehdinin (ə.c) diqqəti sayəsində zalımın planları həyata keçmir. Vəliyyi-fəqih, mömin və hizbullah xalq Amerikanın məqsədlərini yaxşı başa düşür. Artıq İranda dünya imperializminə qarşı olan fundamental məktəb formalaşıb. Bu ölkədə milli birlik var, insanlar ideallar yolunda şəhadətə can atır. Belə bir vəziyyətdə Amerikanın öz çirkin məqsədlərinə çatması mümkünsüz görünür.
İran-Amerika rabitələrinin bərqərar olmaması hansı nəticələrlə müşayiət olunur? Əvvəla, İran İslam Cümhuriyyətinin müstəqilliyi güclənir, İslam oyanışı dünyanı bürüyür. İdeoloji, sosial, iqtisadi sahədə islahatlar sayəsində ictimai ədalət bərpa olunur. İran dünya məzlumlarının yeganə himayəçisi olaraq səhnədə qalır.
Cənab Rəhbər Ayətullah Xamenei buyurur: “Dünya imperializmi və Amerika üçün İran problemi həll olmayıb və olmayacaq. Bəzi informasiya vasitələrinin təbliğat xarakterli məlumatları meyar deyil. Bəzi təbliğatlar xalqın əsarətə alınmasına hesablanıb. Bundan axmaq iş yoxdur. Bir xalq könüllü şəkildə necə əsarətə gedər?! Bir xalqın zülmü qəbul etməsi, əsarətə meyli sağlam düşüncəyə sığmır. Bəzi siyasi qrupların məqsədi var, bəziləri tutuquşu kimi onların sözünü təkrarlayır. Bütün bunlar xalqın sözü sayıla bilməz. Bu gün məmləkətin müstəqilliyi İslam və vəhdətə bağlılıqdadır. Düşməni tanımaq lazımdır və xalq imperializmi İran xalqının düşməni sayır. Amerika düşmən cəbhənin başında dayanır. Budur bizim səadət yolumuz. Bu xalq bu yolu gedəcək. Hamı zamanın tələb etdiyi vəzifələri tanıyıb, ona əməl etməlidir!”
Nur-az.com