Bəli, indi haqqa qarşı mübarizə üsulları üzrə də professorlar peyda olub. Onlardan gözə kül üfürən biri deyir: “İslam dünyasında ümumilikdə qadın problemi var”. Bunu Türkiyənin “Hürriyyət” qəzetinə açıqlamasında Mərmərə Universitetinin ilahiyyat fakültəsinin dekanı, professor Əli Kösə bildirib. Bu problemi əsasən təcavüz olayları ilə əlaqələndirən dekan Roma ilə Məkkə arasında müqayisə aparıb:
“Xanımımı və qızımı Romaya bir həftəliyinə istirahətə göndərdiyim zaman cinsi təcavüzə məruz qalacaqları ağlıma belə gəlmir. Çünki orda belə bir problemin olmadığını bilirəm. Amma bizim fakültəmizdəki qız tələbələr umrə ziyarətinə gedərkən Məkkədəki otelin Kəbəyə yaxın olmasını tələb etdilər. Çünki bizim hərəm adlandırdığımız, bütün pisliklərdən uzaq olmalı olan məhəllədə cinsi zorakılıq baxımından özlərini təhlükəsizlikdə hiss etmirlər. Orada qaçırılma, təcavüz hadisələri tez-tez baş verir”. (AzNews)
Əslində necədir? Elə Romadan başlayaq? Bu professor Vatikanda baş verən cinsi pozğunluqlardan xəbərsizdir, yoxsa oxucunu lal divar yerinə qoyub? Arvad-uşağını Romaya gondərəndə rahat yatan Kosəninin nəzərinə:
23-02-2013: Katoliklərin ruhani lideri Papa XVI Benediktin iki həftə öncə açıqladığı istefa qərarının ardınca Vatikanda onun seks, şantaj ve çirkli pullar qalmaqallarına görə belə bir addım atması ilə bağlı fikirlər səslənməyə başlayıb.
İtaliyanın tanınmış “La Repubblica” qəzetinin xəbərinə görə, Vatikanla bağlı bəzi gizli məlumatları mediaya dekabrın 17-də ötürülüb ki, Papa da istefa qərarını məhz həmin gün açıqlayıb. 300 səhifədən ibarət həmin məlumatlarda Vatikanın bütün qanunsuz işləri əks olunub. Həmin mənbədə göstərilir ki, Vatikandakı Papanın artıq müqavimət göstərə bilmədiyi güclü lobbilərdən biri eynicinslilərin yaratdığı şəbəkədir. Belə ki, onlar ölkənin tanınmış simalarını “yoldan çıxararaq” öz şəbəkələrinə cəlb edir, nəzarət etdikləri məkanlarda onlar üçün “seks parti”lər keçirir və daha sonra həmin şəxsləri şantaj etməyə başlayırlar.
Papanı istefa verməyə məcbur qoyan digər bir qalmaqal isə çirkli pullarla bağlıdır. Belə ki, Vatikanın ikinci adamı sayılan kardinal Tarciso Bertone ölkənin bank hesabları ilə bağlı bütün dəyərli məlumatları öz əlində saxlayır. Vatikan bankında din xadimləri və adi vətəndaşların adlarına açılan hesabların daha sonra başqalarına təhvil verilməsini və həmin şəxsin kimliyi ilə bağlı məlumatların gizli saxlanılmasını qadağan edən heç bir qanunun olmaması kifayət qədər ciddi siyasi qalmaqallara gətirib çıxara bilər. Bu məsələ bankın sahiblərindən birini o qədər narahat edir ki, o şok açıqlamalar verməkdən belə çəkinməyib: “Din xadimləri bankdakı hesablarla bağlı bütün məlumtları bizdən gizlədirlər. Burada hətta Üsamə Bin Ladenin də hesabı ola bilər. Belə bir fakt ortaya çıxsa, heç də təəccüblənmərik.
Vatikanın sözçüsü Peder Federiko Lombardi isə “La Repubblica” qəzetinin hazırladığı məqaləyə münasibət bildirməkdən imtina edib: “Bu xəbəri nə təsdiq, nə də ki, inkar edə bilərəm”.
Amma professor Kosə bunu təkzib edir və əvəzində Müqəddəs Kəbəni şərləyir. Bir fakt göstərin cənab Kösə! Bəlkə sizing arvad-uşağınız buna canlı şahiddir? Dünya Romadakı təcavüzlərdən danışdığı bir vaxt müqəddəs məkanlarımızı neçəyə qaralayırsını? Şübhəsiz ki, elə bu əməllərinizə görə professor adı almısınız.
Əbdülhəmid Aran