Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

"Ərbəinin Faydaları" adlı elmi konfrans keçirildi (Foto)

Keçən gün 13 dekabr 2014 tarixində Gürcüstanın Marneuli şəhərinin İmam Əli (ə) məscidində, Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi və İmam Əli (ə) adına xeyriyyə fondunun təşkilatçılığı ilə ərbəinə aid elmi-dini konfrans keçirildi. 

Məclis Əhli-beyt məddahı kərbəlayi Rzanın Qurani-kərim tilavəti ilə açıq elan edildi.

Məclisin davamında İmam Əli (ə) məscidinin axundu höccətülislam Şeyx Hacı Hacıyev İmam Hüseyn (ə)-ın ərbəini münasibəti ilə əlaqədar başda İmam Zaman (ə) olmaqla bütün müsəlmanlara baş sağlığı verdi, imam Hüseyn (ə)-ın ziyarətinin fəziləti haqda danışdı.

Daha sonra höccətülislam Hacı Yusif Əliyev İmam Zeynəlabidin (ə)-ın kərbəla hadisəsindən sonra gördüyü işlərdən danışdı.

Marneuli İmam Hüseyn (ə) məscidinin axundu Höccətülislam Hacı Əziz Nəbiyev öz növbəsində xanım Zeynəb (s) Kərbəladakı və Kərbəladan sonrakı qəhrəmanlıqlarından danışdı.

Sonra Seyyid Mirismail Əsədov ərbəinin fəlsəfəsinə toxunaraq mahiyyətini açıqladı. 
Sonda bu günün ən fəzilətli əməli sayılan ərbəin ziyarətnaməsi oxundu və höccətülislam Şeyx Hacı Hacıyev imamlığı ilə camaat namazı qılındı. Sinəzənlər oxundu.
İmam Hüsey (ə) adına ehsan süfrələri açıldı. 

Ehdiyaclı 30 ailəyə təşkilatçılar tərəfindən ət ehsan olundu.

Xatırladaq ki, bu gün Gürcüstan müsəlmanlarına aid bir çox məntəqələrində 'Ərbəin' mərasimi qeyd olundu./mascid.com/ 




6764 بازدید
در حال ارسال اطلاعات...