
26 yaşlı iraqlı qadın Leyli Səydu əsrin vəhşiliklərinə imza atmış İŞİD terrorçularının qurbanlarındandır. Leyli deyir: Aclıqdan ölmüş iki körpəsini kənarına qoyub üzüntü işində bu səhnəyə tamaşa edən qadının taleyi məni də gözləyirdi. Mən də özümü, övladlarımı ölümə hazırlamalı idim. Məşriq İnformasiya Agentliyi yazır: Bir insanın ağrısını yaşamadan onu dərk etmək çətindir. İnsan başqalarının dərdini o zaman dərk edir ki, bu dərdi bütün vücudu ilə təcrübədən keçirmiş olsun. Təbii ki, İŞİD-in cinayətləri barədə yalnız informasiya vasitələrindən eşidən insanlar bu qrupun qurbanlarının müsibətini qədərincə anlaya bilməz.
İraqlı Leyli başına gələn müsibətlər barədə İordaniyanın Əl-Ğəd qəzetinə müsahibə verib. O İraq Mosulunun qərbində Səncar şəhərinin müxbiri olub. Mosul İŞİD-in əlinə keçəndə əhali ətrafdakı dağlara sığınıb. Leyli 9 günlük təqibdə əzab yaşamış qadınlardandır. O başına gələnləri danışandı əmin olursan ki, bu səhnələri heç zaman unutmayacaq. 9 günlük müsibətlər dünyamızda insan haqlarının necə amansızlıqla tapdanmasının dəlillərindəndir. Bu qadının günahı İraqın İzədi tayfasından olmasıdır. Onun ağlına da gəlmirdi ki, İzədi məzhəbindən olması bir gün ona və övladlarına bu acını yaşadacaq. Söhbət zamanı özünü ələ almağa çalışan Leyli deyir: Avqust ayının 2-si idi. Qonşu qadınlardan biri ilə bazara getmişdik. Bazarda eşitdik ki, İŞİD bugünlərdə Səncara çatacaq. Bunu şayiə hesab etdik. Çünki dövlət və şəhərimizdəki firqələr belə bir təhlükə olmadığını deyirdilər. Sünnü məzhəbindən olan qonşusu Leyliyə məsləhət görür ki, ehtiyatlı olsun. Çünki İŞİD izədi məzhəbinə aman vermir. Bu sözlər Leylinin qəlbinə qorxu salır. Səncar yaxınlığında Dəhuk məntəqəsindəki əri ilə əlaqə saxlayır. Ərinin cavabı bu olur: “Axı nə üçün hər eşitdiyinə inanırsan!” Leyli deyir ki, günlər ötdükcə şayiələr güclənməyə başladı. Vəziyyət o qədər gərginləşdi ki, sünnü qonşumdan sığınacaq istədim. Gecəni sübhə qədər internetdə xəbərləri izlədik. Hamı vəd edirdi ki, İŞİD Səncara yaxınlaşmayıb. Bir neçə saat sonra informasiya vasitələrinin yalanı üzə çıxır. Sübh tezdən qonşusu ona deyir ki, övladlarını götürsün və şəhərdən çıxmağa çalışsın. Səncardan 15 dəqiqəlik fasiləsi olan məntəqədə artıq İŞİD ilə döyüşlər gedirdi. Leylinin qarşısında iki yol vardı: Ya təslim olmaq, ya da qaçmaq. Tarixdə belə olub ki, kökumətlər süquta uğrayanda kimsə öz yurdunu tərk etməyib. Amma İŞİD olan yerdə heç bir qanun işləmir.
Səhər saat 8-də Leylinin qaynı gəlir. Onu və iki körpəsini Səncardan çıxarır. Yol boyu canını götürüb qaçan insanlarla rastlaşırlar. Sulax kəndinə gedən yolda maneələr çox olduğundan piyada getməyə məcbur olurlar. Orada Leyli ərinin qohumlarından birinin evinə sığınır. Sulaxda eşidirlər ki, artıq Səncal İŞİD-in əlindədir. Cəmi on dəqiqə yubansaydılar nələr baş varəcəkdi?!
Leyli deyir: Həmin gün ərimin qohumlarının evində olduğum zaman pəncərədən qara geyimli adamlar gördüm. Onlar şiələrin ziyarətgahı olan Seyyidə Zeynəb imamzadəsini partlatdılar. Bəli, artıq İŞİD Səlah kəndinə çatmışdı. Maşınlara tələsdik ki, kənddən çıxa bilək. Hamı dağlara üz tutmuşdu. Yol boyu alt paltarla tələsik evindən çıxmış insanlar görürdük. Çoxları ayaqqabılarını geyə bilməmişdi. Müsəlman tanışlardan biri zəng vurdu və təklif etdi ki, özümü müsəlman kimi təqdim edim. Qorxdum ki, şəxsiyyət vəsiqəmə baxıb izədi olduğumu bilələr. Bəli, biz böyük bir təhlükə ilə üzbəüz dayanmışdıq. Həyatımız hər an qırıla bilərdi. Dagın ətəyində qadınlar üçün çadır qurmağa başladıq. Səncarın nə üçün düşmənin əlinə keçdiyi aydın deyildi. Orada olduğumuz zaman deyirdilər ki, kim evinin üstünə ağ bayraq vursa İŞİD ona toxunmayacaq. Səlaxda ərimin qohumları evin üstünə ağ bayraq vurub qalmaq istəyirdilər. Kəndxuda vəziyyəti danışandan sonra yenidən dağa qayıtdıq. Mühasirənin üçüncü günü idi. Dözülməz isti vardı. Qorxu və həyəcan daha üzücü idi. Ərzaq ehtiyatımız tükənirdi. Xəbər gəlirdi ki, İŞİD dağa yaxınlaşır. Kişilər qadınları necə qorumaq barədə düşünürdülər. Leyli didərginlər arasındakı aclığın dözülməz olduğundan danışır: Dağa sığındığımız ilk gün orada bir körpə dünyaya gəldi. Sonrakı günlərdə də bu hadisə təkrarlandı. Hər şey adiləşirdi, günlər ötdükcə heçnəyə təəccüblənmirdik. Bizi qətliam gözləyirdi. Sakit dayanıb əcəl gününü gözləyirdik. Üçüncü gün güllə səsləri eşidildi. İŞİD-ə məxsus maşınlar bizə doğru gəlirdi. Aramızdakı kişilər müqavimət göstərməyə başladı qadın və uşaqlar təşviş içində dağa dırmanırdı. Dağa qalxmaq olduqca çətin idi. Digər tərəfdən içməyə suyumuz yox idi. 5-ci gün vəziyyət daha da ağırlaşdı. Körpələr və qocalar gözümüz qarşısında ölürdü. 6-cı gün qərara gəldik ki, Məzari-Şərəfuddin məntəqəsinə doğru gedək. Orada Kürd Fəhlə partiyası güclü müqavimət göstərirdi. Beləcə yola düşdük. Gözümüz qarşısında baş verən hadisələr insanın ağlını başından alırdı. Körpələr elə doğuş üstündə ölürdü. İnsanlar ağlını itirmiş vəziyyətdə bir-birlərindən kömək istəyirdilər.
Leyli hadisələri xatırlayarkən yenicə cərrahiyyə əməliyyatı keçirmiş qoca qadından danışır: Oğlu onu belinə alıb aparırdı. Oğlunun haldan düşdüyünü hiss edən qadın yalvarırdı ki, onu yerə qoysun. Qayalar arsından keçərkən istirahət üçün dayananda oğlunun bu vəziyyətinə dözməyən qadın özünü dağdan atdı. Bəli, artıq insanlar özünü qurban verirdi ki, əzizləri canını qurtara bilsin. İndi də oğlunun hönkürtü səsi qulağımdadır.
Leyli təqib olunan insanların aclıqdan qırıldığını danışır. İki körpəsi acından ölmüş qadın sakitcə onlara tamaşa edirdi. Onlara baxıb düşünürdüm ki, bizi də belə aqibət gözləyir. Susuzluq dözülməz idi. Gözümüzü yumub çirkli su içirdik. Oğlum daim soruşurdu ki, bizə kömək gəlməyəcək. Hər addımımız bir rəvayətə dönmüşdü. İnsanlar aclıqdan ağac yarpaqlarını yeyirdilər. Südəmər körpəmə süd hazırlamaq üçün saxladığım şüşənin dörddə biri həddə suyu körpələri ölmüş qadına verdim. Şüşənin dibində qalan sudan hazırladığım süd ikinci körpəmə çatmadı. Səkkizinci gün Məzari-Şərəfuddinə çatdıq. Artıq içməli su var idi. Bizə verilən yeməyi qənaət edib uşaqlarımıza saxladıq. Orada eşitdim ki, Kürd Fəhlə Partiyası bizi məntəqədən çıxarmaq üçün tunel hazırlayıb. Bu tunellə Suriya sərhəddinə keçə bilərdik. Amma bu yol da qurtuluş yolu deyildi. Sakit həyata qayıdışdan əlimi üzmüşdüm. İnanmırdım ki, birdə həyat yoldaşımı görə biləcəyəm. Məzari-Şərəfuddində xəbər yayıldı ki, İŞİD oraya yaxınlaşır. Biz tunellərə tələsdik. Kürd fəhlə partiyasının üzvləri körpələri və qocaları maşınla aparırdılar. Tunelə çatmaq üçün səkkiz saat yol getdik. Oğlum deyirdi ki, artıq gedə bilmir. Sanki əynimizdəki paltarlar da ağır olmuşdu. Bəziləri paltarını çıxarıb atırdı Yalın ayaqlar qan içində idi. 10-cu gün sərhəddə çatdıq. Bizi kürdlər qarşıladı. Evlərində və məktəblərdə yerləşdirdilər.
Leyli əri ilə görüşünü belə xatırlayır. Ərim Leyli, Leyli deyib aramızda dolaşırdı və məni tanımırdı. Hazırda beş ailə ilə birlikdə bir zirzəmidə yaşayırıq.
Nur-az.com