Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Təkfirçilər cılız arzularına çatdılar!

İraq və Suriyada ardıcıl məğlubiyyət yaşayan vəhabi və təkfirçilər Livanlı məsihi yazıçı və şair Corc Cordaqın dünyasını dəyişməsini sevinclə qarşılayıblar. Təəssübkeş təkfirçilər Həzrət Əli (ə) haqqında kitabları ilə tanınan məhşur yazıçını həmişə nifrətlə yad ediblər. Corc Cordaq bir neçə gün öncə dünyasını dəyişsə də vəhabi saytları onun ölümü ilə bağlı məlumat yayırlar. Mərhum yazıçı öz dini mənsubiyyətinə baxmayaraq Əmirəlmöminin Əlini (ə) dünyaya ədalət simvolu kimi tanıtdırmışdı. Corc Cordaqın böyük qardaşı Fuad Cordaq gənclik dövründə Nəhcül-Bəlağəni mütaliə edərkən qardaşı Corc ondan bu kitab haqqında soruşur. Qardaşı ona Nəhcül-Bəlağədən neçə cümlə oxuyur. Həzrət Əlinin (ə) buyuruqlarına məftun olan Corc bu kitabın ciddi mütaliəsinə başlayır. Nəhcül-Bəlağənin ardınca geniş araşdırmaya başlayır və Həzrət Əli (ə) haqqında yazılmış əksər kitabları mütaliə edir. Corc cordaqın qardaşı şair olub və həzrət Əli (ə) haqqında çoxsaylı şerlər yazıb. Təəssüf ki, onun çoxsaylı şerlərindən yalnız bir qəsidə əlimizə çatıb. Fuad Cordaq həzrət haqqında şerlərini Məsihi məclislərində həvəslə oxuyarmış. Livanda Cordaq qardaşlarını tanıyanlar Həzrət Əlini (ə) də gözəl tanıyıb. Cordaqın atası evin divarına İmam Əlinin (ə) buyuruğu yazılmış daş lövhə bərkidibmiş. Bu lövhə evdə Əmirəlmömininə (ə) sevgi ruhiyyəsinin əsas səbəblərindən olub. O həmişə təəssüflə deyirmiş: “Müəlmanların dini kitablarını oxuyanda Həzrət Əliyə (ə) necə böyük zülm olunduğuna şahid oldum. Həzrət Əli (ə) bir məzhəb təmsilçisi kimi təqdim olunsa da məkan və zamana sığmayan bir şəxs olub. Təəccüb edirdim ki, nə üçün bu insanın böyüklüyünü görmürlər? Elə buna görə də onun haqqında yazmaq qərarına gəldim.” Cordaqın həzrət Əli (ə) haqqında yazdığı məqalə Livanda məsihi jurnalında çap olunur. Mötədil keşişlər Cordağa tövsiyə edirlər ki, məqalələrini kitab halında nəşr etdirsin. Beləcə Cordaqın Həzrət Əli (ə) haqqında “İmam Əli (ə) bəşəri ədalətin səsi” adlı ilk kitabı işıq üzü görür. Kitab ədəbi baxımdan peşəkarların diqqətini cəlb edir. Səlis ərəb dilində yazılmış əsərdə Əmirəlmömininin (ə) şəxsiyyəti fərqli prizmalardan araşdırılır. Kommunist və ateist təfəkkürün məntəqəyə hakim olduğu bir vaxtda kitab ağıla gəlməyən oxucu kütləsi qazanır. Bu əsərdən həvəslənən Süleyman Kətani, Nəsri Sülhəb kimi tanınmış yazıçılar da Həzrət Əli (ə) haqqında yazırlar. Mərhum Corc Cordaq “Həzrət Əlinin (ə) seçilmiş buyuruqları” adı altında ikinci kitabını çap edir. Məsihi bir şəxsin yanaşması çox cazibəli alınıb. Kitabların çapından neçə illər ötsə də bu əsərlər öz aktuallığını itirməyib. Corc Cordaqın kitabları Əli Kazimi tərəfindən fars dilinə tərcümə edilib. Corc Cordaqın əsas işi bəstəkarlıq və jurnalistika olub. Amma həzrət Əliyə (ə) məftun olan məsihi sənətkar ömrünün sonuna qədər bu mövzunu gündəmdə saxlayıb. Cordaq Həzrət Əlinin (ə) çox sevildiyi İrana da xüsusi hörmətlə yanaşıb. Həmşəhri nəşriyyəsinin baş redaktoru olduğum zaman ondan xahiş etdim ki, bizim üçün də məqalələr yazsın. Bir müddət livanda yaşadım və onla görüşlərim oldu. Onun regionun siyasəti durumu ilə bağlı işıqlı fikirləri var idi. Tez-tez təkrarlayırdı ki, Həzrət Əli (ə) zamanla və məkanla məhdudlaşan şəxs deyil. Deyirdi ki, İmam Əli (ə) bu gün olsaydı dünya bu vəziyyətə düşməzdi.
Ötən illərdə Barani-Qədir konfransına dəvət almışdı. Bir neçə ay öncə sağlamlıq durumu yaxşı olmasa da İrana səfər qərarına gəldi. Bilet də almışdı. Əfsus ki, səfərdən bir neçə gün öncə vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi.
Ruhu şad olsun. Həmişə böyük eşqlə deyərdi: “Əgər Həzrət Əlidən (ə) heçnə oxumasaydım, heç bir hədis eşitməsəydim ona sevgim üçün bircə cümləsini eşitməyim bəs edərdi. Buyurur ki, qarışqanın ağzından saman çöpünü almağım müqabilində yeddi iqlimi mənə versələr bu işi görmərəm. Həsrətlə deyirdi ki, ey vay, kimsə Əlini (ə) tanımadı.

Məhəmmədriza Zairi
Nur-az.com


6443 بازدید
در حال ارسال اطلاعات...