Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Qurbanlıq

Quran:
«(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).». (Həcc-32)
"Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz!
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!" (Həcc, 36, 37)

Hədis:
Həzrət Peyğəmbər (s) buyurub: Qurbanlıq ona görə vacib olmuşdur ki, imkansızlar onun ətindən yeyib doysunlar. Beləliklə qurban ətindən onlara yedizdirin. (İləluş-şəraye, 437/1)
Həzrət imam Əli (ə) buyurmuşdur ki, həzrət Peyğəmbər (s) Qurban bayramı günündə xütbə oxuyaraq buyururdu:
Bu gün Səcc və Əcc günüdür. Səcc tökdüyünüz qurbanların qanıdır. Beləliklə hər kəsin niyyəti düz olsa, onun qurbanlığının ilk qan damcısı, bütün günahlarının kəffarəsidir. Əcc isə duadır. Beləliklə Allah dərgahına dua edin. And olsun Məhəmmədin canı əlində olan Allaha ki, burada heç kəs bağışlanmamış qayıtmaz. Amma böyük günah əncam verib ona təkid edən və onu tərk etmək qərarına gəlməyən şəxs bağışlanmaz. (Dəaimul-islam, 1/184)
Həzrət imam Sadiq əleyhissalam buyurub: Qurbanlıq heyvanını aldıqda onu qibləyə tərəf tutub başını kəs və belə de:
«Vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzi hənifən və ma ənə minəl muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi Rəbbil-aləmin, la şərikə ləh və bizalikə umirtu və ənə minəl muslimin. Allahummə minkə və ləkə bismillahi vəllahu əkbər. Allahummə təqəbbəl minni».
Daha sonra bıçağı onun boğazına çək və can verməmiş başını bədənindən ayırma. (Əl-kafi, 4/498, hədis, 6)
Əbu Xədicə nəql etmişdir ki, imam Sadiqi (ə) gördüm ki, kəsmək üçün qurbanlıq dəvəsinin sol əlini bağlamış və onun sağ tərəfində duran halda deyirdi: «Bismillahi vəllahu əkbər. Allahummə haza minkə və ləkə. Allahummə təqəbbəlhu minni». Daha sonra bıçağı dəvənin boğazının altına salıb, onu öz əli ilə çölə çıxardı. Dəvə düşdükdə isə öz əli ilə onun başını yerindən kəsdi. (Əl-kafi, 4/498, hədis, 8)
Həzrət imam Səccad əleyhissalam buyurub: Qurbanlığın haqqı budur ki, onun niyyətini Allah üçün xalisləşdirib, özünü Allahın rəhmət və qəbul yerində qərar verəsən və tamaşaçıların baxışınnı ardınca olmayasan. Belə olsa, özünü boş yerə əziyyətə salmayıb, zahiri düzəldən olmamış və niyyətin yalnız Allah-taala olmalıdır. (Tuhəful-uqul, 259/13)
Həzrət imam Sadiq əleyhissalam buyurub: Müstəhəb olaraq qurban kəsən və ya qurbanlıq edən hacının onun ətindən yeyib, sədəqə verməsi layiqlidir. Bunun isə müəyyən həddi yoxdur. Belə ki, istədiyi miqdarda yeyir, yedizdirir və habelə hədiyyə və sədəqə verir.
Allah-taala buyurmuşdur: «Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!». (Həcc, 128).
Həmçinin buyurub: «Ondan yeyin və qane və möhtac məhrumlara da yedizdirin». (Həcc, 36).


7868 بازدید
در حال ارسال اطلاعات...