Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Pis hadisə intizarında

İmam Xomeyni İnstitutunun elmi heyət üzvü Höccətülislam Əbülfəzl Sacidi Fars İnformasiya agentliyinin müxbiri ilə xürafat mövzusunda söhbətləşib.
Araşdırmaçı alim deyib: Bəziləri bu əqidədədir ki, bir asqıraq pis, iki asqıraq yaxşı əlamətdir. Əslində bütün bunlar xürafatdır. Xürafat müəyyən hadisələrin heç bir əsas olmadan nigarançılıq və qorxu ilə qarşılanmasıdır. Bu nigarançılıqların elmi, əqli və dini əsası yoxdur.
Höccətülislam Əbülfəzl Sacidi “tətəyyür” adlanan hadisənin xürafat nümunəsi olduğunu bildirib. Tətəyyür pisə yozmaq, bəd faldır. İslam tətəyyürü, bəd əlamət inancını inkar edir. Bu baxışlar Allah-taalanın hökmlərinə bədbinlik və suizəndir. Hər hansı hadisənin elmi və dini əsas olmadan yaxşılığa və ya pisliyə yozulması məqbul sayılmır. Alim deyib: Rəvayətlərdə tapşırılır ki, bəd fal, tətəyyürdən uzaq olun. Dini mətnlərdən aydın olur ki, tətəyyür müəyyən həddə nəfsə bağlı haldır. Insan daim mənfi proqnozlara kökləndikdə bu hadisənin baş verməsi mümkündür. Daim pis hadisə intizarında olmaq insanı doğrudan da belə hadisələrlə rastlaşdıra bilər. Bu hal insan nəfsinin bəzi mövqelərdə təsirli olduğunu göstərir. Əlbəttə ki, bu həmişə belə olmur.
Səccadi deyib: Gözdəymə mövzusunda danışarkən demişik ki, insanların nəfsi bir-birinə təsirli ola bilər. Gözdəymənin qarşısını almaq yolları var. Bəd fal da bir növ insanın nəfsinə bağlıdır. Əgər sən daim pis bir hadisə intizarındasansa bu hadisə ilə rastlaşmağın mümkündür. Tətəyyür, pis fal xürafat sayılmaya da bilər. Bəlkə elə buna görə də insana bu baxışlar qadağan olunur.
Alim belə halla rastlaşdıqda nə etmək barədə deyib: Məsum imamların həyatına nəzər saldıqda pis fal, bədgümanlığa qarşı üç yol nəzərə çarpır. Birinci yol budur ki, pisliyə yozulan əlamətlə rastlaşdıqda Allaha təvəkküllə ona etinasızlıq göstərmək lazımdır. Əlbəttə ki, təvəkkül ikinci yoldur. Üçüncü yol dua və münacatdır. Sübh namazının təqibatına aid olan cümlələrdə belə dualar var. Sacidi deyib: İmam Sadiq (ə) buyurur ki, pis əlamətə məhəl qoymasanız, o öz-özünə gücdən düşər. İmam buyurur ki, pis əlamətə çox diqqət veriləndə bu əlamət güclənir. Rəvayətlərdə bu da qeyd olunur ki, pis əlamətə qarşı üç sifətdən çəkinmək faydalıdır. Qorxu, həsəd suizənn. Qəlbimizdə həsəd olsa belə onu biruzə verməyək. Suizənn, bədbinliyə də əhəmiyyət verməmək tapşırılıb.
Sacidi deyib: Həzrət peyğəmbərdən nəql olunur ki, bəd falın pis əlamətə inamın kəffarəsi Allaha təvəkküldür. Əgər insan öz işlərində Allahı təsirli saysa belə narahat edici hisslərdən uzaqlaşar. İnsanda suizənn yaradan amillərdən biri naşükürlükdür. Naşükür, umacaqlı insanlar malik olduğu nemətləri görüb dəyərləndirə bilmir. İnsan özündə şükranlıq ruhiyyəsini gücləndirsə həyata baxışları nikbinləşər. Belə olduqda o öz ətrafından, yersiz intizarlardan əl çəkər. Allah-taala dünya həyatında məhdudiyyətlər yaratmaqla bizi sınağa çəkib. Insan məhdudiyyətlərə münasibətdə kamilləşir. Məhdudiyyətlər insan üçün inkişaf pilləsidir. Həzrət peyğəmbər buyurur ki, nikbin olun, xoş hadisələr gözləyin, belə etsəniz istəklərinizə çatarsınız. Qurani-Kərimin bir neçə ayəsində bəd fal pis əlamətə inam məzəmmət olunur. Yasin surəsinin 19-cu, Nəml surəsinin 47-ci, Əraf surəsinin 131-ci ayələrində nümunələrlə rastlaşırıq. Bəzi rəvayətlərdə tətəyyür Allaha qarşı şirk sayılır. Ehtiyatlı olmalı, pis əlamətə inanmaqdan çəkinməliyik Tətəyyür əhli adətən bəbin ruhiyyədə olur. Onlar özünə inanmır. Addım atanda müsbət nəticə gözləmirlər. İmamlar tövsiyə edir ki, qəlbiniz bulaşanda bu duanı oxuyun: “İtəsəmtu bikə ya Rəbbə min şərri ma əcidu fi nəfsi fəəsimni”, yəni Pərvərdigara Sənə sığınıram nəfsimdəki təhlükələrdən.
Sacidi deyib: “Tətəyyürə aid nümunələrdən biri asqırağı yozmaqdır. Bəziləri bir asqırağı pis, iki asqırağı yaxşı əlamət sayır. Cahil ərəblər asqırağı bəla əlaməti kimi qəbul edirdilər. Biri asqıranda əllərindəki işi saxlayardılar. İslam bu yanlış inanclara qarşı çıxdı. Asqıraq insan orqanizmində müdafiə mexanizmi elementlərindəndir. Orqanizm həssaslıq yaradan amillə üzləşəndə onu asqıraqla dəf edir. Islam tövsiyə edir ki, bir şəxs asqıranda ona dua edin, bağışlanma diləyin.

Nur-az.com


7367 بازدید
در حال ارسال اطلاعات...