və ya ABŞ-ın xələti və Zelenskinin qələti
Sionist İsrail rejiminin Azərbaycanda təsir agenti missiyasında çalışan Axar saytı yazır ki, Zelenski sən demə İran atenti imiş. Azərbaycan müvafiq dairələri tərəfindən dərhal həbs edilməlidir. Əlbəttə, sayt açıq aşkar İran agentidir demir. Sayt yazır ki, Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək. Təbii ki, bunu da Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib. O deyir:
“Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür."
İran Şərq və müsəlman aləminin ağsaqqalı olsa da müsəlman və şərq ölkələrinin ABŞ və Avropa nökəri olan hakimiyyətlərin hakim olduğu ölkələrdə sözü ciddiyə alınmır. 45 ildir bütün dünyaya car çəkib deyir ki, Amerika böyük şeytandır. Əgər müsəlmanlar bir olsalar ABŞ da İsrail rejimi də qələt edir. Hətta qələt belə edə bilməz. Amma bəziləri inanmır, bəziləri isə inansalar da Amerika və sionist rejimdən həmçinin də avropadan keçə bilmir. Amma gərək hamısına "get tullan komandası" verəsən. Eyniylə Səməd Seyidov kimi. Sonra da deyirlər ki, Azərbaycan hakimiyyəti yarıtmazdır. Görmürsüz Azərbaycan hakimiyyəti bütün avropaya meydan oxuyur. O boyda Nato, ABŞ, Avropa şurasından bir zərrə də qorxusu yoxdur. Çünki Azərbaycanın o boyda Aztv-si var. Hansı güc dayana bilər aztv qabağında? Heç biri.
Zelenskinin dediklərini bizdən biri desəydi onu İrana işləməkdə ittiham edəcəkdilər. Bir əxlaqsız təlxəyi Rusiyadan Ukraynanı qopartmaq üçün hakim etdilər. Sonra da Rusiyanın burnunun dibinə dürtdülər. Məqsəd də aydın olmuşdu ki, Rusiya qonşuluğunda Nato qüvvələri yerləşdirməkdir. Zelenski isə Paşik müəllimdən ilham almalı idi. Amma almadı. İndi Zelenski babası yaşında olan axmaq və gic Bayden babaya yalvara yalvara qalıb. Çox acınacaqlı durumdu həqiqətən də. Bu dünyanın xarlığına bax ki, onun bunun maşası olasan, səndən istifadə edən ölkəni xaraba qoysunlar. Sonra Rusiya tərəfindən ələ keçirilməsinə zəmin yaratsınlar. Ondan sonra da səni meydanda tək qoyub yalvartsınlar. Hətta Paşikim rüsvayçılığı da bundan yaxşı və tez qurtardı. 44 gün içində işğal altında olan torpaqlarımızı aldıq vəssalam. Zatən Paşik Qarabağ klanı olmadığı üçün Qarabağ onun vecinə də deyil idi. Ona qədər Qarabağ klanı Rusiya tərəfindən Ermənistana müsəllət olmuşdu deyə heç Heydər Əliyev də o torpaqların bir qarışını ala bilmədi.
Sözümüz həm də ölkədə Avropa ABŞ deyib ağzı sulana sulana danışan bəzi insanlaradır. Baxın bu da sizin avropanız. Bu da sizin ABŞ-ınız.
Amma Zelenski kimi təlxəklərin idarəçiliyi Pentaqonun əlində olduğu üçün qələtlərini başa düşməzlər. Günü sabah yenə ABŞ xələt versə maşalıq edərlər.