Mumya vazvraşaetsya (Mumya qayıdır-ingiliscə The Mummy returns) filmi çəkilmişdi. Ondan qabaq Mumya filmi çəkilmişdi. Görürlər ki, birinci film maraqlı alınır, milyardlar qazandırır, başlayırlar ikincini çəkməyə. Fikir vermisiz? Yəqin ki, kinomatoqrafiya mütəxəssisləri də təsdiq edər ki, birinci film şedevr alınanda, milyardlar qazandıranda, insanlar tərəfindən seviləndə rəhbərlik istəyir ki, ikinci, üçüncü, dördüncü... hətta bacarsa 10000000 hissəni də çəksin. Amma demək olar ki, hər zaman iflasa uğrayır. Çünki həm şitini şorunu çıxarırlar, həm də sonrakılar pula xatir olur, sənətə xatir olmur deyə hər dəfə daha çox maraqlı olsun xəyalı ilə kinonun anasını ağladırlar. Türkiyədə yayımlanan "Kurtlar vadisi pusu" buna bariz nümunədir. Adamlar 2000-ci ilin əvvəllərində "Kurtlar vadisi" çəkdilər. 97 bölümlük serialda mafiya - dövlət məsələlərini gündəmə gətirdilər. Bəzi yerləri çıxmaq şərtilə yaxşı alınmışdı - demək də olar. Daha sonra milyardlar gətirən serialı davam elətdirmək istədilər. "Pusu" çəkdilər ki, o da 300 seriya çəkilsə də serial nəyi var gözdən düşdü. Çünki çox şitini şorunu çıxartdılar.
Gələk "Fazil vozvraşaetsya" filminə. "Kurtlar vadisi pusu" filminin baş qəhrəmanı Polat Alemdarın 397 seriada edə bilmədiyi qəhrəmanlıqları Fazil Qəzənfəroğlu öz evinin qarşısında bir neçə dəqiqədə elədi. Düzdür "Kurtlar vadisi pusu" çəkənlər Polat Alemdarı heç zaman "öldürmədi." Çünki rejissorlar, ssenaristlər zatən Poladın qardaşları və şirkət işçiləridir. Ssenarist qardaşın olsun, sən "öləsən?" Fazil Qəzənfəroğlunun işi də belə oldu. "Kurtlar vadisi pusu" çəkənlərin uydurmalarına, başaldatmalarına insanlar inanmırlar. Bilirlər ki, kinodur. Sadəcə bekarçılıq və bir az da keçmişi maraqlı olduğu üçün, Azərbaycan telekanalizasiyasında da bir şey olmadığı üçün camaat bu seriala oturub baxırdı. "Kurtlar vadisi Fazil pusu", yaxud da "Fazil vozvraşaetsya" filmi də bu cürdür. Ssenaristlər məlum olduğu üçün Fazil müəllim bir birinə zidd müsahibələr versə də kinoda ölmür.
Hələ bu yaxınlarda məhkəməsi də olub.
İraqın Ərbil şəhərini Ərdəbil oxuyan və "İranın SEPAH qüvvələri Ərdəbili vurdu" (Ərdəbil İran şəhərlərindən biridir) deyən Müsavat qəzeti yazır:
"Azər Səricanovun sözlərinə görə, Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndəriblər, lakin baxan olmayıb. Onun sözlərinə görə, “Facebook”da onun özünə və oğluna da yazıblar: "Bunun da xeyri olmadı. Bütün bunlardan sonra şəxsi təşəbbüsüm ilə onu cəzalandırmaq qərarına gəldim. İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sonradan sığına bilməsi üçün yer axtardım. Bilirdim ki, başqa ölkələr həmin adamı Azərbaycana təhvil verərlər. Bu səbəbdən İranda özümə yer axtarmağa başladım. Oradan istədiyim formada cavab ala bilmədim. İrandan qayıdandan sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başladım."
Sən işə bax ki, Fazili əməlli başlı bir matah tikə hesab edib vuracaqmışlar. Güya Fazil nəsə böyük bir iş görüb, dağı dağ üstə qoyub və dediyi sözlərə görə hansısa dindar Fazili vurub İrana qaçacaq və İrana sığınacaqdı. Pak insanları, dindarları, ruhaniləri nahaq yerə, İranla bacarmadıqları üçün acığa düşüb həbs edən ssenaristlərdən nə gözləmək olar. İllərin Quran müəllimlərini hədələyib boynuna cinayət qoyurlar. Bu xəbis ssenari müəlliflərinin ssenarisinə kim aldanar axı.