Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2023

Mübariz Qurbanlıya suallar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı orta məktəblərdə Azərbaycan xalqına din barəsində hər hansı məlumatın verilməsini konstitusiyaya zidd hesab edir və buna yol verilməyəcəyini deyir.
"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır."

Əvvəla, onu deyək ki, əgər bu iş konstitusiyaya ziddirsə konstitusiyada həmin qanunu dəyişin zidd olmasın. Konstitusiya Qur'an ayəsi deyil ki. Allahın hökmündə dəyişiklik olmaz. Konstitusiya insanların yazdıqları qanunlardır. İnsan, onun fikirləri dəyişdiyi kimi onların yazdıqları da dəyişilə bilər. Sual veririk ki, niyə qanunu əvəzləmirsiz? Sual veririk ki, məgər konstitusiya xalqa xidmət üçün deyil? Hamı bir ağızdan deyəcəklər ki, bəli. Onda buyurun qanunu dəyişin!

Daha qəribəsi bilirsiz nədir?
Həmin Mübariz Qurbanlı başqa yerdə deyir ki, İlahiyyat İnstitutunda olduğu kimi, Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin qızlar və oğlanlar birlikdə təhsil alacaqlar. Bəli, Az24-ün məlumatına görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibəsində deyib.

Bu ağılsız tayfaya sual vermək lazımdır ki, məgər İlahiyyat universiteti və ilahiyyat kolleci adı verdiyiniz obyektləriniz Azərbaycanda yerləşmir? Məgər konstitusiya dediyiniz şey bu obyektlərdə olan insanlara şamil deyil?

Əgər dünyəvi dövlətiksə bunu da yığışdırın. Konstitusiya dünyəvi dövlət, din dövlətdən ayrıdır deyərkən ali təhsil ocağı ilə orta məktəb arasında ayrıseçkilikmi edib. Edibsə bəs niyə edib? Məgər qanun hər sahəyə aid deyil?

Deməli bu hadisədən iki nəticə ortaya çıxa bilər. Ya siz xalqın milli mənəvi dəyərlərini düşünüb onlara dini təhsil (?!) vermək fikrindəsiniz və buna görə konstitusiya qanununu belə pozursuz. Bunun özü cinayətdir. (Əlbəttə bu inandırıcı da deyil. Düzdür ölkədə zatən rüşvətxor hakimiyyət iqtidarda olduğu üçün qanunları ürəkləri istəyən kimi pozurlar. Amma inandırıcı olmayan bunların insanların dini, mənəviyyatı və onlara dini təhsil vermək haqqında düşünmələridir. Dəvənin iynə ucundan keçdiyini gözümüzlə görsək buna da inanarıq. Xalqın Quran müəllimlərini, ilahiyyatçılarını, ustadların həbsdə çürüdən bir hakimiyyət bu cür humanist addım atmaz.) Geriyə bir versiya qalır. O da budur ki, İlahiyyat universiteti və ilahiyyat kolleci adı verdiyiniz obyektlərinizdə özünüzə sərf edən, özünüzün ərsəyə gətirib adını İslam qoyduğunuz nələrisə xalqa təbliğ etməyə çalışacaqsız. Elə bir "İslamdan" danışmaq istəyirsiz ki, xalqı yuxuya versin, bu əsnada siz də xalqı çapıb talayasız. Çünki gözəl bilirsiz ki, dinin qabağını almaq olmur. Hiyləgər tülkülərin bu kimi yerlərdə ikinci planı dövriyyəyə girir. O da budur ki, madam ki, dinin qabağını almaq olmur, öz dinimizi İslam adı altında xalqa sırıyaq.

Onsuz da xalq sizin hiylələrinizə inanmır. Xalqın zülm önündə səsi çıxmasa da sizə də inanmır. Zalım olduğunuzu gözəl bilir. Çünki pak insanları həbslərdə çürüdən bir hakimiyyət heç zaman din dərdinə düşməz. Onların bir dərdi var, xalqı soyub talamaq, yaltaqlığa öyrətmək, ədaləti ölkədə məhv edib ölkəni zülm ocağına çevirmək.


1454 بازدید
در حال ارسال اطلاعات...