Yəqin xəbəriniz var, Əbülfəz Elçibəy sovet hakimiyyəti zamanında Misirə gedib və orda inşaatda çalışıb. O zamanlar ona bir nəfər yaxınlaşıb soruşub ki, siz hardansız? O da deyib ki, Azərbaycandan. Tələbə də ona deyib ki, siz Səlahəddin Eyyubinin vətənindənsiniz. Elçibəy də inanmayıb. Tələbə də özünə əziyyət verib gedib Elçibəy üçün sübut gətirib.
Bizim bir dost həmişə deyir ki, pantürklər başdan xarab adam olurlar. Məm isə ona deyirəm ki, bizim bütün yaxşı insanlara hörmətimiz var. Milliyyətindən, irqindən asılı olmayaraq. Biz türk, fars, rus, bəlluc, tat, uyğur ola bilərik, amma öz irqimizi digər irqlərdən üstün tutmağa haqqımız yoxdur. Çünki insanlar bir birindən irqlə üstün olmurlar. Müqəddəs dinimizdə təqva, Allahdan qorxmaqla insan yüksələ bilir, dindar olmayanlar da digər insanlara fayda verən insanları digər insanlardan üstün bilirlər. Pantürklər, daha geniş mənada desək qatı, ifrat millətçilər isə heç bir dəlil olmadan öz irqlərini digər irqlərdən üstün hesab edirlər.
Əslində onlar da heç dəqiq olaraq bilmirlər nə edirlər. Bilmirlər ki, özləri türk olduğuna görə türklər digər millətlərdən üstün hesab edilməlidir, yoxsa türk olmaq daha şərəfli hesab edilir və bunlar da türk olduqları üçün fəxr etməlidilər.
İkinci iddiaya dəlil yoxdur. Yəni türk olmağın heç bir üstünlüyü yoxdur. Çünki üstünlük beş altı nəfər nəsə edəndə, nəsə danışanda digərləri ilə müqayisədə birinin digərindən üstün olduğu aşkar olur. Bütün irqləri insanları nəzərə almadan yan yana qoysan da hansının digərindən üstün olduğu bilinməz.
Amma birinci versiya daha çox ağlabatandır. Yəni mən və dədə babam türk olub deyə türk olmağın digər millətlərdən üstün olduğuna inanıram. Və bu xurafata həqiqət donu geyindirib illərlə qəlbimdə ona məhəbbət bəsləyirəm. Sonra uşaq ağlı kəsən həddə çatanda bu irsi ona ötürürəm. Onu da özüm kimi xəstəyə çevirirəm. Beləcə millətçilik formalaşıb insanların başını pozub. O qədər geniş yayılıb ki, millətçilər özləri də artıq bu məsələni danmağı daha münasib bilirlər. Onda sual meydana çıxır: türk niyə farsdan üstün olmalıdır? Ya da əksinə, niyə fars türkdən üstün olmalıdır?
Geriyə bir versiya da qalır, o da türklərin və ya farsların öz tarixi şəxsiyyətləri ilə öyünməsi. Məsələn, tarix boyu türk dövlətləri olub, dünyaya hökmranlıq edib, düşmənə qan uddurub, əraziləri işğal edib türk bayrağını ora sancıb və s və i.a.
Elə buna görə də Elçibəy götürüb Səlahəddin Eyyubi söhbətini özünün kitabına salıb. Yoxsa Eyyubindən Elçibəyə nə dəxli? Bu da başqa cür fəsadlı işdir. Fəsadı bundan ibarətdir ki, bəzi insanların özləri Səlahəddin Eyyubi olmaq əvəzinə evində oturub Səlahəddin Eyyubinin türk olması ilə fəxr edir. Ya da ki, əksinə Səlahəddin Eyyubidən fərqli olaraq sionist rejimin maraqlarına xidmət edir. Məsələn götürək Elçibəyin özünü. Səlahəddin Eyyubi Qüdsü xaç yürüşlərindən xilas edib müqəddəs torpaqları düşməndən paklayıb. Elçibəy isə Azərbaycanı işğal edən rusların sovet hakimiyyəti altında yaşayıb. Onlara xidmət edib. Daha sonra müstəqillik deyə bar bar bağırıb müstəqil olandan sonra prezident olub. Amma yenə də müstəqil ola bilməyib. Bu zaman da sionist İsrail rejimi tərəfindən güya bütöv Azərbaycanın mərd oğlu kimi qələmə verilib. Hər toyda fürsət tapan kimi dağılajax, bu rejim yaşamağa qabil deyil sözlərini işlədərək özünü gülünc vəziyyətə salıb. Elə indi də onun bu iki kəlməsi dillər əzbəridir. Dağılajax və o rejim yaşamağa qabil deyil. Hələ 2000-ci ildə toyda çıxışında deyir ki, mən demişdim o rejim yaşamağa qabil deyil, gördünüz artıq başlayıb. Sionist rejimin maraqlarına xidmət edən insanların özləri Allaha həmd olsun ki dağıla dağıla getdilər. Gün gələcək sionsit rejimin özü də dağılıb məhv olacaq. Müqavimət və inqilab övladlarının əli ilə. Allahın köməkliyi ilə.
Hə yadıma düşmüşkən deyim ki, Makedoniyalı İsgəndər ilə Brüs Li də azərbaycanlıdır əslində. Niyə olmur ki? Adları imkan vemir? Yox əşi. Makedoniyalı olanda nə olar ki? Pantürklərə görə Makedoniya da qədim Azərbaycan torpağlarının bir hissəsi və qədim türk dövləti olub. Sonradan İran fars molla rejimi tərəfindən qəsb edilib. Brüs Linin də gözlərinin dar olması sizi çaşdırmasın. Uyğurlar da Brüs Linin həmvətənləridir amma türkdülər. Brüs Li də araşdırsan mütləq türk, azərbaycanlı çıxacaq.