Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2023

Xanım Zeynəb (ə.s) məktəbi və Fələstin

İmam Əlinin (ə) əziz qızı, İmam Hüseynin (ə) bacısı, Kərbəla qəhrəmanı Xanım Həzrət Zeynəbin (ə.s) mübarək təvəllüd günü münasibətilə ilk öncə bütün müsəlmanları təbrik edir, gözaydınlığı veririk.

Xanım Zeynəb (s.ə) tarixə Kərbəla qəhrəmanı kimi düşüb. Kərbəlanı həm canlı olaraq görüb, həm də Kərbəladan sonra əsir getdiyi Şamda, yəni zalım Əməvi sarayında lənətlik Yezidi ifşa etmişdir.
Çox gözəl bir söz var. Deyir ki, ya İmam Hüseyn (ə) kimi haqq uğrunda şəhid ol, ya da Xanım Həzrət Zeynəb (s.ə) kimi diri qalanda Kərbəlanı tanıtdır.

Doğrudur ki, şəhid olmağın məqamı böyükdür. Hər bir mömin nəhayət şəhid olmağı arzu edər. Çünki şəhid olmaq axirətin xeyirli olması deməkdir.

Amma sağ qalan insanın nə qədər mömin olduğunu düşünsək də nəhayət bir gün yolunu azmaq ehtimalı vardır. Çünki nəfs insana mane olur.

Biz Xanım Zeynəbdən (s.ə) necə ibrət ala bilərik? Xanım Zeynəbin (s.ə) çox mübarək bir sözü var. Zalım başçı ona deyəndə ki, gördün Allah qardaşınla necə etdi? Xanım (s.ə) buyurdu ki, gözəllikdən başqa heç nə görmədim. Təsəvvür edirsiz? Qardaşlarının cəsədini görüb, ailəsi şəhid olub, başlar bədəndən ayrılıb. Amma Xanım Zeynəb (s.ə) bütün bunları gözəllik adlandırır. Axı necə də adlandırmasın? Məgər şəhadət səhnəsindən gözəl səhnəmi var? Məgər şəhiddən gözəl qəhrəmanmı var? Bütün parçalanmış bədəni, qanlı, tozlu vücudu, oxlara, nizələrə hədəf olmuş cismi ilə belə şəhiddən daha gözəl varmı bu dünyada?

Xanım Zeynəbin (s.ə) məktəbi bu gün Fələstində özünü göstərməlidir. Elə bir xalq ki, bir əsrə yaxındır ki, öz vətəninin azadlığından keçmir. Nə qədər şəhid verir. Nə qədər uşaqlar indiyədək Fələstində şəhid olub. Zalım, sionist rejim xəstəxanaları belə vurmaqdan çəkinmir. Sionist rejim bununla çalışır Fələstin xalqını dizə gətirsin və Həmas əleyhinə xalqı ayağa qaldırsın. Amma körpə əliəsğərlər Fələstində şəhid olduqca, İmam Hüseyn (ə) ardıcılları ondan ilham alıb cihadda şəhid olduqca Xanım Zeynəb (s.ə) davamçıları bu zülmü dünyaya çatdırır. Cinsiyyətindən asılı olmayaraq hər kəs harada Kərbəla varsa diri qaldığı müddətdə Xanım Zeynəb (ə.s) rolunu oynamalıdır.

Allaha and olsun ki, Allaha həmd edirik ki, Kərbəla kimi bir məktəbimiz var. Yoxsa kimdən ibrət alardıq?

"Bu gün Fələstin Kərbəladır" cümləsi əbəs yerə işlənməməlidir. Kim əlindən nə gəlirsə Fələstin məzlumlarına kömək olmalıdır. Hər müsəlman öz ölkəsində olsa belə yenə sionist əleyhinə mübarizə etməlidir. Ən gözəl mübarizə üslublarından biri budur ki, qələmini, sosial şəbəkə hesablarını işə salıb zalımı ifşa edəsən. Hər kəs sionist məhsullarını baykot etməlidir. Öz ölkəsində hakimiyyətə təzyiq göstərib sionist rejimlə olan bütün əlaqələrin kəsilməsini tələb etməlidir. Daha nələr etmək lazımdır haqqında düşünməliyik. Sionist rejimə çalışıb dur deməliyik. Fəlsətində İmam Hüseyn (ə) ola bilmiriksə Əhli-beyt (ə) bizə Xanım Zeynəb (ə.s) olmaq yolunu da göstərib.


1993 بازدید
در حال ارسال اطلاعات...