Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2023

Siçan yeyin - Video

Türkiyədə maraqlı hadisə baş verib. Bir nəfər İsrail əleyhinə etiraz olaraq “McDonald's” fast food restoranında siçanları buraxıb. Bu barədə “Cumhuriyyet” qəzeti məlumat yayıb. Nəşrin yayımladığı videogörüntülərdə bir nəfərin siçan qutusu ilə restorana girdiyi və onları buraxdığı görünür. Daha sonra o qışqırır: “Müsəlmanların ətini deyil, bu siçanları yeyin”.

Şübhəsiz ki, sionist rejimə bir nəfər dur deməlidir. Hansı yolla olursa olsun. İstər mallarını boykot edib iqtisadiyyatını çökdürməklə, istər müsəlman ölkələrinin birləşib bu mənfur rejimi xəritədən silməklə. Nəhayət hər kəs əlindən gələni etməlidir.

Sionist israil rejimi o qədər mənfur və xəbisdir ki, hətta yəhudilər belə sionist Netanyahunun əleyhinə etirazlar edirlər. Bütün dünyada sionist rejim lənətlənir. Müxtəlif ölkələrdə bu rejim əleyhinə etirazlar baş qaldırıb.

Təəssüflər olsun ki, Azərbaycan dövləti tərəfindən hələ də sionistlərə yanacaq verilir. Dəfələrlə qeyd ediblər ki, bu rejimə hansısa müsəlman ölkəsi nəsə verirsə bundan sonra imtina etsin.

Türkiyə də sionist rejimlə müəyyən işbirliyinə sahibdir. Ərdoğan dildə sionist rejim əleyhinə danışıb əməldə onlara yardım etməkdə ad çıxarmış məşhur bir insandır.

İnsan olanlar isə bu yırtıcı, qəddar rejimə əllərindən gələn qədər etiraz etməyə çalışırlar. Məsələn elə məqaləmizin qəhrəmanı olan türkiyəli qardaşımız kimi. Onun əlindən o gəlib, etirazını bu cür bildirib.
Əfsus ki, ölkəmizdə özünü türklərə oxşadan insanlar var. Onlar yemək içmək verilişlərini, mahnı proqramlarını, evlənmə proqramlarını və başqa hər cür əxlaqsız layihələri götürüb ölkədə yayırlar amma bir Türkiyə vətəndaşı olan bu şəxsdən ibrət almırlar.

Əlbəttə bu qeyrətlə bağlı bir məsələdir. Ölkəsində öz xalqını əxlaqsız proqramlarla zəhərləyən qeyrətsiz insanlarda hardan qeyrət olsun ki? O türkiyəli insanda olan qeyrətin bir qramı bizim sionistpərəst insanlarda yoxdur. O insanda olan qeyrətin bir qramı bizim saray mollalarında yoxdur. Söhbət ailə, şəxsi qeyrətdən getmir. Söhbət müsəlman, İslam qeyrətindən gedir.

44 günlük Qarabağ müharibəsi zamanı sionist rejimin bizə kömək etdiyini bəhanə gətirən Kamran (klarnet) Həsənli kimi qeyrətsiz insanlar hələ utanmazcasına türkiyəli qeyrətli qardaşımıza gülüb istehza da edərlər.





Azərbaycan insanı diqqətli olmalıdır. Sionist rejimin məhsullarını almaqdan imtina etmək lazımdır. Bu təkcə dindarların işi deyil. Hətta dindar olmayanlar da bunu etməlidir. Çünki insan olan, ürək daşıyan hər kəs sionist zülmünə dur deməlidir. Biz hər dəfə sionist məhsulu alarkən əmin olun ki, sionist rejimə sanki fəlsətinli müsəlmanları qırmaq üçün güllə, neft, qaz göndərmiş oluruq. Bəziləri bu boykot işini İrana bağlayırlar. Güya sionist rejimin mallarını boykot etmək İran siyasətinə dəstək verməkdir. Əgər doğrudan da İranın siyasəti budursa onda eşq olsun İrana. Təkcə bu məsələ İranın haqlı olduğuna dəlil ola bilər. Digər məsələlər qalsın sonraya.


3117 بازدید
در حال ارسال اطلاعات...