Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2023

QMİ sədrini danışdıran nədir?

Vicdansızların susduğu, vicdanların danışdığı yer - Fələstin, Qəzza haqqında necə olubsa Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müəllim cənabları da danışıbmış. Minlərlə günahsız insan neçə həftədir ki, sionist İsrail rejimi tərəfindən qətliam edilir, Allahşükür Paşazadə müəllim cənabları isə bir neçə gün bundan qabaq danışmağa başlayıb. Yaxşı bəs vicdanların haqqında danışdığı yer deyirik. Bəs Allahşükür nə üçün danışıb? Axı onun YouTubedə çıxışı var. Deyir neçə ildir ki şeyxəm hələ də vicdanın nə olduğunu bilmirəm.

Sən demə Allahşükür müəllim Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.
Allahşükürdən zindeye zəhləsi gedən insanlar bizə birdən inanmazlar. Deyərlər ki, Allahşükürün "ən böyük düşməni" İran qala qala nə üçün sionist rejim əleyhinə danışsın ki? Elə bilərlər ki, yalan məlumat veririk. Ona görə də qabaqcadan deyək ki, biz Az.shafaqna.com saytının günahkarıyıq. Xəbər ona istinadən verilib. Deməli Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bu sözləri bildirib. O son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.

Əlbəttə Allahşükürə inanmaq olmaz. Çünki hələ üç il bundan qabaq minbərdə deyirdi ki, Ayətullah Xamenei həzrətlərinin fətvası bizi Qarabağda qələbəyə apardı. Daha sonra isə Zəngəzur söhbəti ortalığa çıxanda və elə özünün mərcəyi təqlidi olduğunu etiraf etdiyi, haqqında danışanda həzrətləri tədbirindən istifadə etdiyi Ayətullah Xamenei ağa beynəlxalq sərhədlərin pozulmasına icazə verməyəcəklərini dediyi üçün iki ölkənin - İranla Azərbaycanın arası dəydikdə həmin Allahşükür İranı düşmən elan etdi. Həmin İran ki, birinci Qarabağ müharibəsində Azərbaycana nə qədər yardımlar etdi. Çadır şəhərciklərindən tutmuş, hərbi, sosial yardımlar. İnternetdə Azərbaycan dövlət rəsmilərinin bu haqda çıxışları var. Keçmiş Qaçkınkomun sədri Əli Həsənovdan tutmuş prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışları hələ də YouTubedə mövcuddur.

Ona görə də məlum deyil, sabah sionist rejimin də səfiri ilə görüşsə Allahşükür 180 dərəcə əksini deyəcək. Bunu bildik. Onu da bildik ki, adam özü etiraf edir ki, vicdanın nə olduğunu bilmir. Bəs yaxşı onu danışdıran nədir?

Üstəlik adam ölkədə olan haqsızlıqlar haqqında da bir dəfə də olsun danışmır. Məsələn saytın xəbər verdiyi kimi o Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildiri. Yaxşı bəs niyə ölkədə körpə uşaqlarına rəhm edilmədən həbs edilən dindarlar, inanclılar üçün təəssüflənmir. Məsələn Qəzzada körpə uşaqlar günahsız yerə öldürülürsə Azərbaycanda da hacı Tale kimi insanların balaca uşaqları ata üzünə həsrət qalırlar. Nə qədər inanclı insanlar İranla Azərbaycanın arası dəyəndən sonra qurma ittihamlar, yalançı şahidlər, dtx multifilmləri vasitəsilə "İran agenti çıxdı" və həbs edildi. Niyə Allahşükür bir dəfə demir ki, ay balam necə oldu bu insanlar indiyə qədər agent deyildi, elə İranla aramızın dəydiyini gözləyirdiz ki, bunların agent olduğunu "kəşf edəsiniz?"

Məhz bu səbəblərdən dolayı düşündürücü sual meydana çıxır. QMİ sədrini danışdıran nədir?


1608 بازدید
در حال ارسال اطلاعات...