Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2023

Kor yüz dənə eynək taxsa da kordur

Rauf (İlhamoğlu) Arifoğlunu xüsusi tanıtmağa ehtiyac yoxdur. Amma gənc nəsil üçün bir neçə kəlmə onun haqqında yazsaq pis olmaz. Çünki adam var ki, əvvəldən hakimiyyət troludur. Hakimiyyətdən tulapayı alıb onun tərəfini saxlayır. Adam da var ki, hakimiyyətə sadəcə simpatiyası var. Gənc nəsil Raufu ancaq hakimiyyətə yaltaqlanan vaxtlarda tanıyıb. Bəlkə də onun əvvəllər müxalifətçi olduğunu bilmir.

Rauf (İlhamoğlu) Arifoğlu bunların heç birindən deyil. O əvvəllər müxalifət idi. Heydər Əliyevin vaxtında onun kimi insanlar yarımdemokratik bir Azərbaycanda yaşadıqları üçün ekranda, orda burda, qəzetdə sərt danışa bilirdilər. Amma hazırkı dövrdə ölkədə mütləq diktatura hökm sürdüyü üçün Arifoğlu kimi alçaq məxluqlar müxalifət ola bilmirlər. Çünki hazırkı hakimiyyət ya asıb kəsir ya da tulapayı ünvanında medaldan, ofisdən zaddan verir ki, get başını birtəhər girlə. Bizim haqqımızda yazma. Amma istəsən müxalifət və İran haqqında yaza bilərsən. Rauf (İlhamoğlu) Arifoğlu da düşünüb ki, bundan sonra prezident olan deyil. Başqa yerdə hamballıq edib alın təri və şərəfi ilə pul qazanan da deyil. Üçüncü bir yol da var. O da şərəfsizlik yoludur.

İndi bəlkə də bizim yazımızı ya özü ya da əlinin altında işləyən digər İsrail əlaltıları oxuyurlar. Haqlı olaraq bizə sual verərlər ki, niyə bizə şərəfsiz və İsrail əlaltısı deyirsiz. Cavab üçün Müsavat qəzetinin rəsmi internet saytında 31 oktyabr tarixində qoyduqları xəbərə baxın: "İran metrosundan istifadə edən qadın sərnişinə qarşı məcburi hicaba əməl etmədiyinə görə zorakılıq tətbiq olunub. Şiraz şəhər metrosunun müşahidə kameralarına düşən videoya görə, repressiv hökumət qüvvələri ilə məcburi hicabdan imtina edən qadın arasında münaqişə yaranıb.

Qarşıdurma nəticəsində qadının yerə yıxıldığı görünür."

İnsaf əhlinə səslənirik. Bu adamda şərəf, ləyaqət varmı? Ağaları sionist İsrail rejiminin Fələstində körpələri qırğına verməsini ört basdır etmək üçün gündəmi belə xəbərlər ilə məşğul etməyə çalışırlar. Halbuki bütün şərəfli və vicdanlı jurnalistlər Fələstin məsələsini gündəmdə saxlamağa çalışırlar. Bu alçaq Arifoğlunun saytı da götürüb belə məlumatlar yaymaqla demək istəyir ki, budur e İranda repressiya var. Ay alçaq məxluq, birincisi İranda İslam İnqilabı qələbə çalandan və İslam Respublikası qurulan gündən bu günə qədər hicab taxmaq bir qanundur. Orada da digər ölkələrdə olduğu kimi qanunu pozanlara xəbərdarlıq edilir. Özünü düzəltmədiyi təqdirdə isə haqqında lazımi cəza tədbirləri görülür. Bunun adını repressiv hökümət qüvvələrinin məcburiyyəti kimi niyə qələmə vermisiz? İkincisi və bundan daha mühüm olan budur ki, məgər sənin kimi vicdanına, şərəfinə beş manatdan ötrü tüpürən alçaq məxluqlar nə üçün Azərbaycanda baş verən repressiyalara bir söz demir? Ay alçaq, şərəfsiz məxluq, neçə dəfə narkotiklə şərlənən dindarların, müxalifətçilərin hüquqlarını tualet kağızı qəzetində müdafiə etmisən? Yaşadığın ölkə bir vaxtlar səni də qulağından tutub dama basan repressiv hakimiyyət tərəfindən xaraba günə qoyulub. Sənin kimi şərəfsizlər razılaşıb şərəfini bir ofisə satmaqla canını qurtara bildiyi halda xalqın kasıb balaları günahsız yerə zindanlarda çürüdülür. Sənin kimi alçaq, şərəfsiz məxluqlar nə vaxta qədər bu zülmlərə susub İranda, İraqda hansısa bir şəxsin qanunu pozduğu üçün cəzalandırılmasını hökümətin repressiv addımı kimi qələmə verəcək. Bəsdirin bu qədər şərəf və ləyaqətinizi sionitlərə satdınız. Hərdən bir kişi olmaq barədə düşünün!
Sonda deyək ki, bilirik ki, Arifoğlu bəsirət gözü kor olan alçaq bir məxluqdur. Bu cür adamlar yüz dənə eynək də taxsalar xeyri yoxdur.


1521 بازدید
در حال ارسال اطلاعات...