Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2023

Qəzza və susqun ümmət

Müsəlmanlara izzət verən Allahın adı ilə!

Doğrudan da bu gün müsəlmanların vəziyyəti ağırdır. Təsəvvür edin ki, bu qədər müsəlman ölkələrinin gözü qabağında sionist rejim fələstinliləri qırır, xəstəxanaları bombardıman edir, neçə min körpə ölüb. Hələ böyükləri demirəm. İnsan hərdən düşünür ki, görəsən müsəlmanlar hara baxır?

Doğrudan da bu Cür hallarda meydana çıxır, bəlli olur ki, müsəlmanların sayı çox azdır. Yəni həqiqi müsəlmanların. Çünki hər özünə müsəlman deyən müsəlman sayılmır. Məsələn hədisi şərifdə İslam Peyğəmbəri həzrət Muhəmməd Mustaga sallallahu aleyhi və alih buyurur ki, hansı müsəlman fəryad edən, kömək istəyən bir kişini görüb onun imdadına yetməsə müsəlman deyil.

O gün Türkiyə vətəndaşı olan ağsaqqal bir kişi çox gözəl söz dedi. Deyir ki, Fələstində o faCiə yaşandığı vaxtlarda haCılar gərək həCCi tərk eləsinlər.

Mərhum İmam Xomeyni rəhmətullah buyurardı ki, İsrailə hər müsəlman ağzının suyunu atsa İsraili su basar. Amma təəssüflər olsun ki, bu qədər müsəlman ölkəsi bir iş görə bilmir. Düzdür İsrail rejiminin ABŞ kimi böyük bir himayıdarı var. ABŞ da superdövlət sayılır. Hazırda İsrail üçün bu nə qədər təyyarə, zirehli texnika, silah sursat yollayır. Amma Həmas sionist İsrail mifi batil etdiyi kimi İran da ABŞ adlı bir divin aCizliyini dəfələrlə göstərib.

Unutmayın ki, israili güClü edən (əlbəttə güCünü körpə uşaqlara göstərir) ABŞ himayədarlığı deyil. Bunun da özünəməxsus şəkildə təsiri ola bilər. Lakin əsas məsələ müsəlman ölkələridir. Məsələn Misir sərhədi fələstinlilərin üzünə bağlayır. AzərbayCan hakimiyyəti israili 60 faiz benzinlə təmin edir. Deməli Fələstində ölən hər köpənin günahı həm də Misir və AzərbayCan hakimiyyəti hesab edilməlidir.

Ona görə də nə qədər ki, müsəlman dövlət başçıları Allahdan uzaq düşəCək, onun qəlbində olan mərhəmət hissi də öləCək. Məsələn heç uzağa getməyək. Götürək israilin hüCumlarına sevinən bəzi həmvətənlərimizi. Elə bil ki, şeytanın qarnından çıxıblar. Heç insan mayası daşımırlar.
Vallah nə deyəsən belə yaltaqlara. Bizə mütləq bir bəla gələCək.


1008 بازدید
در حال ارسال اطلاعات...