Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2023

Molla niyə şillə yeyir?

Ağcabədidə şəhid tabutu gətirdilər. Tabutu açdılar içi boş idi. Yəni tabutun içində şəhid cənazəsi yox idi? Bəs harda idi şəhidin cənazəsi?

Böyük ehtimalla deyilənə görə sionist İsrail rejiminə təhvil verilir. Biz gözümüzlə görməmişik. Məhz həmin şəhidin də sionistlərə verilməsi barədə əlimizdə məlumat yoxdur. Amma məlum olan odur ki, sionist rejim Azərbaycan hakimiyyəti ilə müəyyən sahələrdə əməkdaşlıq edir. Xüsusilə də İran əleyhinə sionist İsrail Azərbaycan hakimiyyətini hər mənada dəstəkləməyə hazırdır. Bunu tez tez bəyan ediblər. Yəni İran əleyhinə İranın qonşuluğunda olan xəbis Türkiyə və Azərbaycan hakimiyyəti ilə hər cür əlaqələr qurmaq sionist rejimə sərf edir.

Bu yaxınlarda hətta politoloq Elxan Şükürlü çıxış edərək demişdi ki, sionist rejim 44 günlük 2-ci Qarabağ müharibəsində Azərbaycana silah verib, daha doğrusu silah satıb. Bunun müqabilində də mümkündür ki, xalqa məlum olmayan oyunlar dönsün. Mümkündür ki, sionist rejim bunun müqabilində Azərbaycandan İran əleyhinə istifadə etsin. Bundan başqa mümkündür ki, Azərbaycan sionsit rejimlə insan alveri işinə də girişsin. Hər ikisi xəbis olandan sonra niyə də olmasın.

Gələk tabut boş çıxan vaxt məntəqə mollasının şillə yeməsi məsələsinə. Deməli tabut boş çıxır. Mollanı camaat döyməyə başlayır. Papağını çıxarıb tullayırlar, təpikləyirlər. Fürsəti qənimət bilib üzünə şillə vururlar.

Bizim hakimiyyət mollalarının tərəfini saxlamaq firkimiz yoxdur. Amma gərək mollaya hörmət edilsin. Hakimiyyətə işləyən, əslində molla olmayan, molla qılığına girmiş insanlar isə təbii ki, hörmətə layiq deyil. Bəli, molla geyimini çıxarıb gedib başqa işlə məşğul olsa, ədalətin yanında olsa bəlkə hörmət qazana, itirmiş etibarını yenidən əldə edə bilər. Amma gərək molla adına ləkə gətirməsin.

Bəs bu cür adamlar niyə döyülür? Bu cür hallarda adam döymənin əleyhinəyik. Əgər hansısa molla qılığına girmiş adamın səhvləri varsa müvafiq orqanlara müraciət edilməlidir. Bir şey də pisdir ki, Azərbaycanda müvafiq orqanların özlərindən kiməsə şikayət etmək lazımdır.

Görünür xalq bu cür insanların əlindən boğaza yığılıb. Yoxsa niyə durduğu yerə mollaya əl qaldırsınlar. Səhnə o qədər pis səhnədir ki, adam lap pis olur. Kimərsə də deyir ki, gözəl səhnədir. Saray mollası ayaqlar altda qalmalıdır.

Sosial şəbəkələri izləyəndə həm də məlumat verirlər ki, o yaxşı adam deyil. Yəqin bilin ki, bir gün gələcək bütün saray mollaları haqq etdikləri cəzaya çatacaqlar.

Mərhum İmam Xomeyni buyurardı ki, saray mollalarının əmmamələrini çıxarın başlarından. Hələ bunu o vaxt İranda demişdi. Şah zamanında. Mümkündür ki, İranda həqiqətən də hövzədə kimsə neçə il dərs oxusun. Amma dərs oxumaq kifayət deyil. Həm də insan biliyinə əməl etməlidir. Bilik isə odur ki, fəsad tüğyan edəndə qabağını almaq lazımdır. Azərbaycanda isə hansı mollanın harda dərs oxuması məlum deyil. Həqiqi ruhanilər, dərs oxuyanlar zindandadır, amma dərs oxumayan insanlar ya yas məclislərində məclis aparır, ya da məscidlərdə mollalıq edirlər. Bu tendensiya Azərbaycanda çoxdan hakimdir. Belələrinin ucbatından dərs oxuyan insanlar da şübhə altına düşür.


1975 بازدید
در حال ارسال اطلاعات...