Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2023

Yenə müharibə

Yenə müharibə xəbərləri gəzir. Azərbaycanın sionist mediası yenə xəbərlər düzüb qoşur və İran yenə neprav çıxır. Zatən bu media bundan başqa nə bacarır ki? Yalan məlumatlar, iftiralar, sərsəmləmələr.

Bundan keçək. Deməli bildiyiniz kimi Azərbaycanda müharibəyə, hətta nəinki müharibəyə əsgərliyə belə yetim kasıb balaları gedir. Ölkədə heç zaman sosial ədalət formalaşmayıb. Yenə də müharibə olsa yetim balaları gedəcəklər. Çünki hazırda əsgərlikdə olan insanlar müharibəyə yollanacaq, onlar da ki məmur nazir balası yox kasıb fəqir uşaqlarıdır.

Yenə də Azərbaycanın şərəfsiz sionist mediası ölənlər haqqında "Azərbaycan, şəhidin var" deyəcək. Yenə də uçulmuş sökülmüş daxmalardan tabutlar çıxacaq, beli bükük, çəlimsiz, boynu bükük yazıq görkəmi almış ata çıxıb çarəsi kəsilmiş insan kimi qəmlənəcək. Yenə onun arxasınca qarnı qabağa hərbiçilər dayanacaq. Yenə onların şotuna məmur balaları gizləndikləri dəliklərdə müharibə bitənə qədər qalacaqlar.
Amma bu dəfə müharibə görünür 44 günlə bitməyəcək. Daha dəhşətli və ağrılı olacaq.

Amma müharibə başlamamış bir iş görmək olar. Hamı bu döyüşdən imtina edə bilər. Sadəcə müharibə istəmirik deməklə.

Qarabağ bizim ərazilər idi deyə uğrunda müharibə oldu. Düzdür Qarabağ tam olaraq bizim olmadı. Elə bu günlərdə heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimdə qondarma prezident seçkiləri baş tutdu. Amma yenə də Qarabağ bizim idi və aldıq. Baxmayaraq ki, xalq yenə heç nə qazanmadı. Azərbaycan hakimiyyəti və Ərdoğan həmin torpaqların sahibinə çevrilib. Özünü yandırmaq, öldürmək isə artıq Babayan adını almış Saleh Babayevin əlindən bezən qazilərə qaldı.

Adamı təəccübləndirən odur ki, insanlar ibrət almırlar. Çıxıb etiraz edə, müharibə istəmirik deyə bilərlər. Amma etmirlər. Yoxsa yenə də özlərini nazirlik qabağında yandırmaq istəyirlər?

Bir şeyi də yaddan çıxmamış deyim. Bir nəfər yazır ki, bəlkə də müharibənin qabağını insanlar ona görə almırlar ki, istəyirlər ki, ailədən kimsə müharibədə həlak olsun, sonra gedib şəhid pulu alsınlar. O da ala bilsələr. Bunu da niyə edirlər? Təbii ki, dolana bilmədikləri üçün. Amma mən buna inanmıram. Çünki heç bir ana, heç bir ata övladını təhlükəyə atmaz. Üstəlik də Azərbaycan vətəndaşı olduğu halda. Çünki bu xarabada şəhid pulunun dalına keçmək Azərbaycanda su içməkdən də asandır. Bəs səbəb nədir? Vallah bilmirəm, doğrusunu Allah bilir.


1238 بازدید
در حال ارسال اطلاعات...