Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2023

Əsil Aztv-lik xəbər

Deyir ki, Almaniyada hər uşağa 10 min avro vermək istəyirlər. Əsil Aztv-lik xəbərdir vallah. Sonra da deyirlər ki, Avropa inkişaf edib mən nə bilim nə. Heç uşağa da pul verərlər? Dəlisiz, başınız xarabdı? Əə uşaq nədi pul nədi?

Niyə Azərbaycandan ibrət almırsız. Qəbirə aparası deyillər ki, ibrət alın da Azərbaycan hökumətindən. Uşağa bir dənə konfet verdin, bəsdi də.. Yoxsa pul? Heyif deyil Azərbaycan? Uşağın nəinki özünü, dədəsini də bir konfetə aldada bilir.

O dey heç uzağa getmə, götürək əsrimizin, bir də YAP qəsrinin Siyavuş Novruzovunu. Deyirlər ki, cənabın kəşfinə əsasən uşaqpulu uşaq olmayan ölkələrdə verirlər. O ölkələrdə ki, əhali ancaq ata - anadan ibarətdir. İndi deyəcəksiz ki, əə məzələnirsən? Uşaq olmasa ər arvda ata ana demək olmaz axı. Hə də, Siyavuş Novruzov kəşfi budur da. Çəkilmiş ətdən (qiymədən) kotlet düzəltməyə nə var ki? Onu nənəm də bacarır. Hünər odu ki, kotletdən molotof düzəldəsən. Bu da Siyavuş ixtirasıdır.

Hə, deməli Aztv arada bərədə Avropanı yıxıb sürüyür ki, Avropa pis gündədir, elədir belədir. Azərbaycan isə güllük gülüstanlıqdır. Aləmdi Aztv. Arvad paltarı geyinməkdən "matışkalaşan" Rafael və Coşqunun gic gic konsertlərinə pul verib gedib ön cərgələrdə oturan adamlara təəccüb edirəm. Gül kimi Aztv var. Otur evində bir stəkan çay, bir ədəd də bulka bax özün üçün Aztv-ə də. Nəyə lazımdır konsert - monsert. Yox illah da kabab yemək istəyirsənsə Mehman Hüseynovun dədəsi ilə əlaqə saxlayıb makaron kababının bişirilmə qaydasını öyrədin. Duvar aboyu yeməkdən yaxşıdı ki.

Yəqin xəbər hələ Aztv-nin qulağın dəyməyib. Yoxsa bir iqtisadçı, bir deputat, bir də QMİ-nin heç yerdə dərs oxumayan, üzündən ərəbcə ibtidai cümləni hıqqana hıqqana da oxumağı bacarmayan "qazilərindən" birini dəvət edib pulun uşaq üçün olan ziyanarından və potensial təhlükəsindən danışardı. Hə vallah.


1502 بازدید
در حال ارسال اطلاعات...