Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2023

Xaçaturyan və Hacı Tale

Xəbərdə deyilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyana baş çəkiblər. Xaçaturyanın qızının sözlərinə görə, Vaqif Xaçaturyan BQXK nümayəndələri vasitəsilə ailəsinə məktub göndərib. Məktubda Xaçaturyan özünü yaxşı hiss etdiyini və müalicə üçün dərman qəbul etdiyini bildirib.

Deyirəm çox qəribədir. Halbuki Azərbaycan Baş Prokurorluğu onun ələ keçirilməsi xəbərini belə vermişdi: "Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb." Bu heyvandan aşağı məxluq 1991-ci il dekabrın 21-də erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlılardan 25 nəfəri öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerlərdən didərgin salıb. Həmçinin, qabaqcadan əlbir olduğu şəxslərlə dövlətə və kənd sakinlərinə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

İndi bir də qısa olaraq Hacı Talenin nə etdiklərinə baxın. Azərbaycanda universitet oxuyub, daha sonra dini təhsil almaq üçün İranda təhsil alıb. Ondan sonra da hamıya məlumdur. Ölkədə hicab qadağaları ilə bağlı etiraz edib. Dəfələrlə həbs edilib.

Hacı dərs oxumaq, islami maarifi cəmiyyətdə yaymaq üçün əlləşib vuruşub. Amma zindandadır. Heç də rahat deyil. Bircə dəfə elə müalicə görməyib ki, Azərbaycan dövlətinə təşəkkür eləsin. Amma alçaq məxluq, heyvandan aşağı Xaçaturyan isə özünü yaxşı hiss edir, dərman qəbul edir, dövlətə ona yaxşı baxdığı üçün təşəkkür edir.
Niyə?
Çünki artıq ermənilərlə bizi dost göstərməyə çalışırlar. Elə təsəvvür yaradırlar ki, sanki düşmənimiz İrandır, İranda oxuyanlardır.

Xaçaturyan dərman qəbul edir, amma İran agenti, narkotik maddə satmaqda ittiham olunan nə qədər ruhani, dindarlar var ki, xəstəxanada dərmanlarını belə ona vermirlər. Göz görə görə adam ölür, amma Xaçaturyan qədər Azərbaycan hakimiyyəti ona dəyər vermir. Çünki ermənidən aşağı hesab edilir. Artıq İrana salam verən hər kəs ilə bu cür müamilə edilir. Qəribəsi də budur ki, bu tendensiyanın nə vaxta qədər belə sürəcəyi bilinmir. Allah bilir. Amma tarix yazmaq üçün Allah işi insanların öhdəsinə buraxır. İnsanlar hərəkət etməlidir ki, Allah bərəkət versin.


983 بازدید
در حال ارسال اطلاعات...