Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2023

Əhli-beytdən (ə) danışan Qəriboğlunun qəribə hərəkəti

Bildiyiniz kimi Azərbaycanda sionist tulalığını icra edən şəxslərdən biri Zaur Qəriboğlu adlı bir casusdur. Redaksiya kanalına özü kimi sionist rejimin nökərlərini dəvət edib İran əleyhinə hürüşürlər.

Keçən dəfə isə bir verilişində deyir ki, mən Əhli-beyti (ə) sevirəm. Bizim ailə şiə ailəsidir. Əlimdən nənəm tutub aşuraya, məscidə aparardı.

Əlbəttə bunu ona görə deyir ki, güya Azərbaycanda əsil İslam elə o vaxtdan var idi və İranın çatdırdığı İslam isə İslam deyil. Güya İran şiəliyin düşmənidir.

Görün sionist rejim və onun köləsi olan Azərbaycan hakimiyyəti nə günlərə qalıb ki, şiələrə Zaur Qəriboğlu vasitəsilə İran şiəliyinin zərərli olduğunu və Qəriboğlu şiəliyinin doğru olduğunu göstərirlər.

Amma Allaha şükür olsun ki, bunları tezliklə xar elədi. Bu alçaq gədə, sionist tulası öz verilişinə vəhhabi dəvət edib. Mübarək Ramazan ayında sanki ölkədə şiə ruhanisi yoxdur, artıq vəhhabilərin əliylə şiə Azərbaycan xalqına dini dəyərlər aşılayırlar. Bunlar yuxarılardan əmr alıblar ki, artıq Hacı İlqar kimi şiə ruhaniləri yox vəhhabilər gəlib danışacaqlar.

Hətta heç Hacı İlqarı da çağırmasalar nə qədər QMİ mollası vardır. Onları çağırıb dini söhbətlər apara bilərlər. Amma bunu etmirlər, əksinə vəhhabi ilahiyyatçısı dəvət edirlər. Bu da şiə ruhani və dindarlarının kütləvi həbs edildiyi dövrdə baş verir. Belə çıxır ki, İran əleyhinə şiddətlənən sionist Azərbaycan hakimiyyəti bir yandan şiə ruhanilərini həbs edir digər yandan da vəhhabilərə çıxış üçün imkan verir. Beləliklə də ölkədə sanki vəhhabiləşmə prosesi həyata keçirilir.


1880 بازدید
در حال ارسال اطلاعات...