Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2023

İsraildə və İsrailin Azərbaycanda olan itləri

İsraildə artıq səkkizinci həftədir ki, etirazlar bitib tükənmək bilmir. Necə deyərlər it yiyəsini tanımır. Kütləvi şəkildə xalq etirazları baş qaldırıb. Hətta qondarma baş nazir Netanyahunun arvadı gözəllik salonunda olanda fotosunu çəkib paylaşıb bildiriblər ki, Teləvivdədilər. Daha sonra üsyançılar həmin yeri mühasirəyə alıblar. Şəxsi cangüdənlər bir iş görə bilməyib əlavə qüvvələr çağırıblar.

Yüz mindən çox adamın qatıldığı etiraz aksiyalarında söylədiyimiz kimi it yiyəsini tanımır. Amma sionist rejimin Azərbaycandakı itləri öz yiyələrini yaxşı tanıdığı üçün bircə dənə də olsun xəbər vermirlər. Axar saytı, Müsavat qəzeti, Qəzənfəroğlu, Bayoğlu, Zaur Qəriboğli və nə qədər İrana hürən itlər varsa hamısının dili girib qarnına. İranda 10 dənə zibilqabı yandıranda fahişə arvadlar kimi səslərini başlarına atan İsrail küçükləri öz sahiblərinin əleyhinə hürmürlər.

Azərbaycan da qəribə ölkədiye valla. Oturub durub deyirlər ki, niyə sionist rejimdə olan etirazlardan danışmırsınız. Necə danışsınlar? Bunlara sionist rejim ancaq İran əleyhinə hürməyi tapşırıb.

İranla Azərbaycanın arasını vurmaq istəyən iki ölkənin öz başına problemlər gəldi. Türkiyədə zəlzələdən xeyli sayda zərər çəkdi. Sionist rejim də 8-ci həftədir ki, etirazlar ilə üzləşib.

Azərbaycan xalqı ayıq sayıq olmalıdır. Sionist rejimin, sionist rejimin nökəri olan İlham Əliyevin güdazına getməməlidir.

Əlbəttə Azərbaycanda da bəlalar üz verməyə başlayıb. Artıq İranla müharibəyə ehtiyac qalmayıb. Çünki Ermənistanla müharibə işartıları yenə görünür. Düzdür biz heç bir ölkədə müharibənin olmasını istəmirik. Yaşadığımız Azərbaycanda heç istəmirik. İranda, digər müsəlman ölkələrində heç istəmirik. Amma gərək xalq da ayıq sayıq olsun.

Müharibə Ermənistanla, ya da İran ilə olsaydı zatən yetim yesir balaları müharibəyə gedəcəklər.

Odur ki, xalq bir olub alçaq hakimiyyətə haqq etdiyi dərsi verməlidir.

Sonda onu da deyim ki, İran və Azərbaycan müsəlmanlarını qırmaq istəyən Azərbaycan hakimiyyətinin iki dostu olan Ərdoğan və Netanyahunun hazırda başları dərddə olsa da hər iki ölkəyə küçüklük edən Azərbaycan mediası gündəmi dəyişmək üçün Azərbaycanda nə baş verirsə İran izi axtarmağa çalışırlar. Supermarketə silahlı adam girib terror edir deyirlər ki, İran edib. Ermənilər təxribat edib əsgərlərimizi öldürürlər bizdə deyirlər ki, İran edib. Adamların çarəsi olsa evdə uşaqları sözlərinə baxmaslar utanmasalar deyərlər ki, bu uşaqlar da İrandandır. Təmiz şərəflərini, vicdanlarını, şəxsiyyətlərini itirib alçaq və dəyərsiz bir məxluqa çevriliblər. Bir sözlə desək İsrailin küçüyü rolunu oyanırlar. Əlbəttə itə haqsızlıq edirik.


11947 بازدید
در حال ارسال اطلاعات...