Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2023

Vasif Talıbovun getməsinə sevinənlər

Azərbaycanda iki şey dəbdədir. Birincisi odur ki, bir məmur vurulandan sonra, yaxud da vurulana yaxın vaxtlarda hakimiyyətin kuklası funksiyasını yerinə yetirən insanlar başlayırlar həmin adamın dalınca danışmağa. Bu kuklalar siyasət adamları, deputatlar, qəzet - media işçiləri yaxud da nazirlər olanda daha pis bir səhnə ortaya çıxır. Çünki bu axmaq kuklalar çıxıb həmin vurulan bədbəxtin səlahiyyətlərini yerinə yetirdiyi vaxtlarda etdiyi cinayətlərdən danışırlar. Burda sual oluna bilər ki, ay alçaq, ay əclaf, bəs niyə indiyədək ağzına su alıb oturmuşdun? Bəs niyə indiyədək danışmırdın. Əlbəttə bu bir ritorik sualdır. Çünki hamı nə üçün onun indiyə qədər danışmamasının səbəbini bilir. Ona görə danışmırdı ki, ona danış komandası verilməmişdi. Məsələn, Zahid Oruc, Qüdrət, Fəzail, Fazil Mustafa və s. bu kimi alçaqlar ancaq maşası olduqları hakimiyyətdən danış əmri gələndə danışırlar.

Vasif Talıbovun hadisəsi də elə bu cürdür. Adam 30 ilə yaxındır ki, Naxçıvanı xaraba günə qoyub. Özünü Naxçıvanda xan elan edən bu diktatorun etmədiyi zülmlər, haqsızlıqlar yox idi. Artıq cəhənnəm olub gedib. Getməzdən qabaq isə hakimiyyətin yal müqabilində danışan əclafları başladılar onun zibillərini açıb tökməyə.

İkinci nədir? İkinci budur ki, xalq Vasif Talıbovun getməsinə sevinir. Bundan qabaqkı məmurların cəhənnəm olub getməsinə sevindiyi kimi Vasifin də getməsinə sevinir. Düzdür insanlar zalımların sayının azalmasından məmnun qalırlar və bu, belə də olmalıdır. Amma digər tərəfdən ölkədə ciddi və köklü dəyişiklik olmasa xeyri yoxdur. Çünki Vasifi ora qoyan acgözlər onun yerinə yeni Vasiflər gətirəcəklər. İndiyədək onun diktatorluğunu xalq görürdüsə, zalım olduğunu xalq bilirdisə məgər hakimiyyətin gözü kor idi görmürdü? Əlbəttə yox. Sadəcə Vasif onalara lazım idi deyə ona dəymirdilər. Artıq lazım deyil. Ayaqqabılarının palçığını sildikləri yaylığı atdıqları kimi Vasifin də işi bitib deyə onu atıblar. Bu hakimiyyəti xalq birlik göstərib tarixin zibilliklərinə gömməsə ölkədə acgözlərin sadəcə yerdəyişmə oyunundan başqa xalq heç nəyin şahidi olmayacaq.


372 بازدید
در حال ارسال اطلاعات...