Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2022

O taylı bu taylı Azərbaycan?

Yerli telekanalizasiyalara bu tayla bağlı xatırlatma

Azərbaycan telekanallarına telekanalizasiya adını hər kim veribsə Allah ölənlərinə rəhmət eləsin. Çünki yalanlar, əxlaqsızlıq, şərəfsizlik təbliğ edən kanallara başqa nə ad vermək olar ki?

Adam doğrudan da xəcalət çəkir. Bu telekanalizasiyaların hansı birini açırsan xalqın mənəviyyatını öldürməyə hesablanmış verilişlərin aparıcıları o taylı bu taylı Azərbaycandan danışırlar. Çıxarırlar efirə cavan qızları, əxlaqsız görkəmində çıxıb o taydakı qardaş bacılara qələbə arzu edirlər. Biri çıxıb Azərbaycanın şəhəri adıyla Təbrizin hava məlumatını verir.

Görəsən bunlar hansı qələbədən danışırlar. Qarabağın azad etdiyimiz torpaqlarını belə Rusiyanın icazəsi ilə azad etmişik. Türkiyənin, Pakistanın, İsrailin silahları, dəstəyi sayəsində bu torpaqları almağımızı özləri etiraf edirlər. Durub utanmadan hələ bir o taydakı azərbaycanlılara qələbə arzu edirlər.

Halbuki o taydakı azərbaycanlılara salam göndərən, qələbə arzu edən bu aparıcı qızların hətta çıxıb öz verilişlərində dərdlərini danışmağa haqları yoxdur. O verilişdə aparıcı işləmək üçün nə qədər borc xərc edib işə girdikərini Allah bilir. Ölkədə sionist əlində olan bu telekanalizasiyalara xatırlatmaq lazımdır ki, o taylı azərbaycanlılar bir yana dursun, bu taylı azərbaycanlının sizin verilişlərinizdə çıxıb dərdini danışmağa haqqı yoxdur. Hətta həmin aparıcı cavan qızların efirə çıxarkən belə öz geyimlərini azad şəkildə geyinib çıxmağa hünərləri yoxdur. Pultları sionist rejimin nökəri olan bir hakimiyyətin əlində olan bu insanlara doğrudan da adamın yazığı gəlir. Ona görə ki, o taylı bu taylı hesab etdikləri və yuxularında belə görə bilmədikləri Turan dövləti sionist İsrail rejiminin planıdır. Bunlar isə elə hesab edirlər ki, türk dövləti quracaqlar. Əslində bu yazıqları da qınamaq olmur. Onlar bir para manqurtlaşmış insanlardı ki, ölkədə sionist rejimin nökəri olan hakimiyyət tarixin zibilləriklərinə gömüləndə onlar da ağ günə çıxacaqlar. Sadəcə həddən ziyadə olan kommunal xərcləri, borcları vermək üçün, bahaçılıqdan baş çıxartmaq üçün yazıqlar məcbur olub sionist İsrail rejiminin nökərçiliyini yerinə yetirən telekanalizasiyalarda işləyirlər.

Amma ağıl da yaxşı şeydir axı. Ağıl sarıdan yaramayan bu insanlar qanmırlar ki, sionist rejim ölkəmizi atəşə atır. Öyüb bitirə bilmədikləri Türkiyə Azərbaycanı Suriyanın, ya da Ukraynanın gününə qoymamağa çalışır. Görəsən, hansı gücləri, hansı tibbi, hərbi tədbirləri, gücləri ilə müharibə etmək fikrindədilər.
Azərbaycanda sionist rejimin nökəri olan hakimiyyət ömrünü bu axmaq zümrənin axmaqlığından istifadə edib uzatmaq üçün hər dəfə yeni şoular ilə gündəmə gəlir. Bunlar da hər dəfə tulapayı müqabilində öz axmaqlıqlarına davam edirlər. Allah xalqımıza kömək olsun, bu şər insanların, vicdanına tüpürən axmaqların şərrindən xalqımızı qorusun.


531 بازدید
در حال ارسال اطلاعات...