Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2022

Sionist nökərləri niyə aftafa sevmirlər?

Biəql Aqil Abbas müəllimə cavab kimi bir şey

70 yaşa çatasan 70 qəpiklik ağlın olmaya bu, bədbəxtçilikdir vallah. Eyniylə biəql (ağılsız) Aqil Abbas müəllim kimi. Adamın bu gün sabah 70 yaşı olacaq...

"İran aftafası" söhbəti nə vaxtdan başlayıb dəqiq deyə bilmərik, amma İran səfirliyinə İranın bayraqlarının rənglərinə uyğun olaraq qırmızı, yaşıl, ağ rəngli üç ədəd aftafa qoymuşdular, bu söhbəti bilirik. Özü də Türkiyə, Pakistan, İsrailin guya bir olub İran əleyhinə Azərbaycana yardım etməsi xəbərləri yayılan bir vaxtda. Bir nəfər də götürüb həmin aftafalardan elə Türkiyə, Pakistan və İsrail bayrağı düzəltmişdi. Odur - budur İran aftafası söhbəti davam etməkdədir. Bu günümüzə qədər. Biəql Aqil Abbas müəllim də qoşulub İsrail aftafalarına kimlərisə İran aftafası hesab edir. Biz biəql Aqil Abbas müəllimə demək istərdik ki, aftafa pisdirsə sionist İsrail aftafası olmaq da pisdir. Yoxsa sən dindarları İran aftafası hesab edib pisləyirsən, əvəzində özün İsrial aftafası olduğun üçün şərəf hissi duyursan?

İkincisi, məgər aftafa pisdir? Yoxsa dalı nəcisli gəzmək istəyirdiz? Aftafanın nəyi pisdir ki, şeytan nəcisi içməklə (arağın dibinə getməklə) ömrünü keçirən, ağzına təhqirlər alan insanlara elə İran aftafası yaxşıdır ki, hərdən bir ağzınızı yuyub paklayasız.

Biəql Aqil Abbas deyir ki, İranın işi gücü Azərbaycana aftafa, təsbeh, narkotik keçirtmək olub. Bədbəxt balası, sən Azərbaycana təsbeh keçirən iranlıların ayağından öpməlisən ki, gəlib Azərbaycanda dini yayıblar. Təsbeh sizin baba dediyiniz Leninin, Stalinin dövründən Elçibəyin dövrünə qədər türmə aləti hesab edilirdi, İran gəlib Allahu Əkbər, Əlhəmdulillah, Sübhanəllah deməyi sizlərə öyrətdi. Pis etdi? Siz özünüzü nə sayırsınız? Siz kimsiz axı ki, təsbehi bəyənmirsiz? Əli təsbehli kişilərin atılan dırnağı belə deyilsiz. 70 yaşına qədər dinsiz imansız, xurafatlarla, "ürəyin təmiz olsun bəsdir" fikri ilə yaşayan cahillərsiz. Siz indi özünüz nəsiz ki, təsbehi bəyənmirsiz?

Ehtiyatlı olun, qorxun o gündən ki, İranın sizə etdikləri yardımlar burnunuzun deşiklərindən bir bir gələr. 44 günlük Qarabağ müharibəsində hər gün GÖZÜNƏ GİRDİYİNİZ İlham Əliyevi eşitmədiz ki, deyirdi ki, İran Ermənilərin üzünə yollarını bağladı? Yutubda var, girib baxın. Məgər, Qaçkınkomun rəisi Əli Həsənovun İranın imdadlarından danışan videosuna baxmamısız? Prezident köməkçisi Hikmət Hacıyevin İranın Azərbaycana olan yardımlardan danışması videosunu görməmisiz? Mirmahmud Mirəlioğlunun İranın Azərbaycanın qaçqın düşmüş qız gəlinlərinin cehizlərinə qədər alıb onlara verməsi, onları evləndirməsi barədə olan çıxşını dinləməmisiz? Azadlıq meydanında 90-cı ilin əvvəlində olan İran tırlarının yardım gətirmələrini görməmisiz? Adam bu qədər sırtıq, nadan, nankor olmaz. Siz Qarabağı qoyub qaçanda, İsrail nökərlərinin lideri olan Elçibəy Qarabağı ermənilərə peşkeş edəndə İran Azərbaycana yardım edib.

Nəhayət gələk təsbeh narkotik söhbətinə. Aqil Abbasın biəql (ağılsız) olması burda daha çox özünü göstərir. Çünki Biəql müəllim deyir ki, İran Azərbaycana narkotik keçirir. Adama deməzlər ki, ay ağılsız, ay axmaq, bəs Azərbaycanın Sərhəd Gömrük Xidməti hara baxır? Niyə bu narkotikləri ələ keçirmir? Ələ keçirirsə niyə Azərbaycan gəncləri narkotikə qurşanıb? Biəql Aqil Abbas müəllimin duxu çatmır ki, müvafiq orqanları danlasın, günahı İranda görür.

Bu millətin bədbəxtliyi də bu oldu ki, bu xalqa Biəql müəllim kimi axmaq insanlar deputat oldu, qəzetdə gic-gic məqalələr yazıb xalqın başını pozdular.


322 بازدید
در حال ارسال اطلاعات...