Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2022

Məzlumların və Siyavuş Novruzovun gözlədiyi İmam Məhdi

İnsanda fitri olaraq zülmə etiraz hissi var. Hər bir zülmə məruz qalan şəxs zalıma, zülmə qarşı etiraz etmək haqqına sahib olduğunu asanlıqla dərk edir. Bu fitri məsələyə ancaq zalımlar müvəqqəti olaraq müxalif ola bilərlər. Amma onlar da başlarının üzərində kvaltdan, baltadan hiss edəndə etiraz içlərində baş qaldırmağa başlayır.

Bundan başqa etiraz hissinə sahib olduğunu düşünən şəxsin özü ədaləti bərqərar etməyi və zülmü dəf etməyi bacarmadığı halda yenə də fitri olaraq güc sahibi birinin meydana çıxıb gücsüzə kömək edəcəyinə, zülmü aradan aparacağına inanır.

Bütün dünyanın gözlədiyi həqiqi bir xilaskar var ki, gəlib bütün dünyanı zülmdən, ədalətsizlikdən, haqsızlıqdan xilas edəcək. Bütün məzlumlar onun intizarındadır.

Qəribəsi budur ki, bütün dünyanı xilas etmək üçün gələcək İmam Mehdi əleyhissalam sən demə zalımlar tərəfindən də gözlənilirmiş. Məsələn, Azərbaycan dilinə də tərcümə edilmiş "Zühur əsri" kitabında İslam alimlərindən olan dəyərli müəllif Əli Kurani yazır ki, hətta şər qüvvələrin at oynatdığı Amerika kimi dövlətlərdə indidən İmam Mehdi əleyhissalam ilə necə mübarizə aparmaq barədə götür qoy da ediblər. Amma bundan daha qəribəsi budur ki, bəzi zalımlar İmam Mehdini ona görə gözləmir ki, Amerika kimi Onunla mübarizə aparsınlar. Əksinə ona görə gözləyirlər ki, "İmam Mehdi gəlib ədaləti bərpa etmək üçün birinci İrandan" başlasın. Bu bədbəxtlər anlayıblar ki, İranla bacarmaq çətindir, o boyda Amerika bacarmır, ümid edirlər ki, İmam Mehdi əleyhissalam gəlib İranı dağıdıb Təbrizi alıb Turan İsrail dövləti təsis edəcək. Allah ağıl versin. Bu zalımlardan biri bizim Siyavuş Novruzovdur. Adam deyir ki, İmam Mehdi əleyhissalam dünyanı ədalətlə dolduracağı vaxt birinci İrandan başlayacaq. O İran ki, onun birinci şəxsi, Ali Dini Lideri rəsmi çıxışlarında bildirib ki, İmam Mehdi əleyhissalam zühur edən kimi bayrağı və dövləti Ona təhvil verəcəklər.

Amma Siyavuş Novruzov kimi zalımlar, axmaqlar İmam Mehdi əleyhissalam ilə müharibə edəcəklər. Niyə, ona görə ki, İmam Mehdi əleyhissalam gələnə qədər hazırlıq işləri görmək lazımdır. Belə deyil ki, sən uzun illər xalqı soyub talayan bir hakimiyyət ol, ondan sonra İmam Mehdi əleyhissalam gələndə huri mələyə dön. İnsan İmam Mehdi əleyhissalam gələnə qədər necə idisə o cür də davam edəcək. Kiçik istisnalar ola bilər ki, İmam əleyhissalam gəlib kimisə bir sözlə hidayət etsin. Amma o kim olsa da Siyavuş olmaz.

Bariz nümunə kimi Kərbəlanı qeyd edə bilərik. İmam Hüseyn əleyhissəlam buyururdu ki, iblis ordusunun qarnı haramla doludur, buna görə də haqq söz onların qulaqlarına girmir, beyinlərinə batmır.

Məzlumların gözlədiyi ədalətin İmam Mehdisi gəlib Siyavuş Novruzov kimi zalımlardan başlayacaq. Amma Siyavuş Novruzovun öz xəyalında təsəvvür etdiyi İmam Mehdi gəlib İranla müharibə edəcəkmiş.

Siyavuş Novruzovun gözlədiyi imamı tanımırıq, amma ədalətin Mehdisi görəsən gələndə niyə uzun illərdir xalqı süründürən, soyub soğana çevirən, ruhaniləri həbs edən, İmam Hüseyn əleyhissəlamın bayrağına qadağa qoyan, hicabı qadağan edən, fahişəliyi, pozğunluğu reklam edən, xirtdəyək rüşvətə batan, qaziləri ölümə atan və s. günahlara mürtəkib olan bir hakimiyyəti qoyub nəyə görə şiəliyi dünyanın dörd bir yanına yayan, Fələstində, İraqda, Əfqanıstanda, Suriyada, Yəməndə, Livanda məzlumlara kömək edən, Allahın haramlarını dövlət səviyyəsində qadağan edən, halallarına milyardlar xərcləyən bir dövlət ilə müharibə etsin?

Burdan aydın olur ki, doğrudan da Siyavuş Novruzovun başı xarabdır. Və o həmin Siyavuş Novruzovdur ki, "peyğəmbərlər sağ olsaydılar Azərbaycanda yaşamağı tərcih edərdilər" deyən Mübariz Qurbanlı ilə bir partiyadandır.


510 بازدید
در حال ارسال اطلاعات...