Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2022

Mirmahmud bəy niyə müalicə üçün İrana getmir?

Azərbaycan siyasilərindən olan Mirmahmud Mirəlioğlunun səhhətində problem əmələ gəldiyi üçün Türkiyəyə müalicəyə gedib. Yəqin ki, elçibəyçi olan Mirmahmud bəyin Türkiyəyə getməsi sizə Əbülfəz Elçibəyin xəstələnəndə Türkiyəyə getməsini xatırlatdı. Həmin Elçibəy ki, İran dağılacaq deyə deyə dünyaya gözlərini əbədi yumdu. Üstəlik adam Türkiyəni özünə vətən hesab edirdi. Hətta Türkiyə ayaqda qalsın deyə Azərbaycanı belə qurban verməyə hazır idi. Ölümü də elə özünə vətən bildiyi Türkiyədə oldu.

Azərbaycanda tibb sahəsi elə 2000-ci ildən (Əbülfəz ölən ildən) bərbad gündə olduğu üçün Elçibəy də, ondan sonra Heydər Əliyev də ölkədə yox, xaricdə müalicə alıb, xaricdə də ölüblər. Görünür hələ də bu bərbad vəziyyət öz ampulasını qoruyub saxlamaqdadır. Müasir dövrümüzdə xəstələnənlər də qonşu ölkələr olan Türkiyəyə və ya İrana gedir.

Yaxşı bəs niyə Mirmahmud bəy İranda müalicə olunmur? İran ki, Türkiyədən də daha çox inkişaf etmiş dövlətdir. Görünür Elçibəyin günahları bu insana dərs olmayıb. Elçibəyin sağ əli olan ərəbmənşəli (seyyid olduğu üçün) bu türk onun səhvlərini davam etdirməyə çalışır. O özü şahid idi ki, Elçibəy Türkiyədən kömək istəyəndə Türkiyə ona kömək etmədi. Mirmahmud bəyin nəvələri də bu gün YouTubedə Elçibəyin həmin çıxışına qulaq asa bilərlər. Elçibəy deyirdi ki, İran kömək edirdi mən razı olmadım.

Mirmahmud bəyin YouTubedə bir çıxışı var. Elçibəyin böyük portretini başının üzərindən asıb müsahibə verir. Deyir ki, İmam Xomeyni imdad kömitəsi, İran Ali Dini Liderinin Azərbaycan üzrə nümayəndəsi Azərbaycanda o vaxtlar şəhid ailələrinə yardım edib onları evləndirib və başqa köməkliklər ediblər. Amma Mirmahmudun İrana çox sağolu budur ki, həftə səkkiz mən doqquz sionist rejimin ölkəmizdə təsir agenti olan Zaur Qəriboğlunun və onun kimi sionist çaqqallarının proqramlarına çıxıb İran anti türk və anti İslam təbliğatı aparır deyir. Bu cür saqqalı ağarmış cahillərə deyəsən ki, Turqut Özal kimi insanların anti türk və anti İslam siaysəti sizə dərs olmayıb? Onlar sizə demədi ki, Azərbaycan şiə, biz sünnü ölkəsiyik, Azərbaycana İran kömək etsin? Nə tez yaddan çıxarırsız.

Halbuki elə Mirmahmudun özünün də dediyi kimi onlar hakimiyyət davası edəndə İran gəlib Azərbaycanda şəhid ailələrinə yardım edib.

Sonda Allahdan arzu edirik ki, nə qədər ki, gec deyil seyyid olduğu üçün kökü ərəblərə (Peyğəmbər (s) nəslinə) gedib çıxan bu insan türk olmadığını anlasın. Bunu anlamırsa heç olmasa başa düşsün ki, türk olanda da insaflı, vicdanlı, şərəfli türklərdən olsun, sionist türkü olmasın.


255 بازدید
در حال ارسال اطلاعات...