Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2022

Nurəddin Mehdixanlının təzə rolu mübarək olsun

Yeni ssenarilər ümidi ilə

Milli Şuranın sədri Cəmil Həsənlinin prezident seçkilərində yaxşı bir sözü var idi. Deyirdi ki, aktyor aldığı az maaşla həyatda öz rolunu ifa edə bilmir, başqasının rolunu necə ifa edəcək. Doğrudan da dəqiq fikirdir. Rol oynamaq oktyorlara aid olduğu üçün Cəmil Həsənli məhz aktyordan danışdı, yoxsa əslində bir para pullu oliqarx və korrupsioner məmurdan başqa xalq yaşamır, sürünür. Heç kəs öz rolunu oynaya bilmir.
Yəqin ki, xəbəriniz var ki, xalq artisti Nurəddin Mehdixanlı Xudafərin körpüsü önündə dayanıb Arazın o tayında yaşayan İran türklərini səslədi. Azərbaycan qalx ayağa, gəl bura birləşək, böyük türk dövləti və s. və i.a. Təbii ki, onun səsi gedib o tayda işində-gücündə olan İran türklərinə çatmadı. Amma sonradan kimsə yutubda qoyulan videoya baxıbsa da ki, baba vellə (boş ver) deyib işinin gücünün dalınca gedib.

Sonra Arazın o tayında kimsə Azərbaycan əleyhinə söz deyəndə sionist rejimin ölkəmizdə təsir agenti olan Zaur Qəriboğlular, Cahandar Bayoğlular, Sərdar Cəlaloğlular, Tural Abbaslılar, İqbal Ağazadələr və onların tay tuşları şivən qoparıb deyirlər ki, baxın İrandan bizə söz atırlar.

Təbii ki, Nurəddin Mehdixanlı o hərəkətindən sonra tənqid edildi. Hətta sosial şəbəkələrdə "get birinci qızına sahib çıx" məsləhətinə qədər ona dedilər. Amma çox nahaq yerə Nurəddin Mehdixanlını bu qədər tənqid edirlər. O, aktyordur, öz rolunu oynaya bilmək üçün, yəni əlinə beş on manat pul keçsin deyə gedib o cür hayqırıb. Əsas ona bu rolu verən ssenaristi və rejissoru tapmaq lazımdır. Onlar da təbii ki, məlumdur. Ortada bir ssenari var, Turan İsrail Dövləti ssenarisi. Bu ssenarinin nə qədər oyunçuları var. İqbal Ağazadə, Zaur, Sərdar, Tural, Cahandar və s. insanlar sionist rejimindən yemlənib bu ssenaridə rol oynayırlar. Təəssüf ki, Nurəddin müəllimi də bu ssenariyə daxil etdilər.

Amma bu ssenaristlər və rejissorlar çox naşıdır. Ona görə ki, bu boyda kino düzüb qoşurlar, amma mühüm məsələni unudurlar. Elə bir kinomuzda deyildiyi kimi, emosiya çatmır, emosiya. Əgər, Nurəddin Mehdixanlıya "Xudafərin harayları" rolunu verməzdən əvvəl "Prezident Aparatı fəryadı" rolunu versəydilər, bir az emossianal və bir o qədər də inandırıcı olardı. Bir neçə saniyəlik rol. Çətin bir şey yoxdur, dayanırsan Azərbaycan Prezident Aparatı önündə başlayırsan fəryad etməyə. Özünü yandıran qazilər, işsiz insanlar, səfil gündə yaşayan xalq, banklara borcları olanlar, bahalaşmadan əziyyət çəkənlər, rüşvət və korrupsiyadan təngə gələnlər, uşaqpulu ala bilməyənlər, Siyavuş Novruzovun üzünü görməyə məcbur olanlar, dini etiqad azadlığını yaşaya bilməyənlər, əsgərlikdə çürüdülən ordu, haqqı deyib həbs edilənlər və və və... Hə, indi ki, bu rol tamamlandı. Ondan sonra Nurəddin müəllimi yollayırsan Xudafərin körpüsünə.

Bilirsiz niyə "Prezident Aparatı fəryadı" ssenarisi çox mühümdür? Ona görə ki, Nurəddin müəllimə İrandakı türkləri inandırmaq lazımdır. Tutaq ki, sən boş boş gəlib Xudafərində qışqırdın. Kim inanacaq? Bir bəndəyi Xuda deməz ki, a balam, sizin ölkədə vəziyyət gündən günə pisləşir. Biz gəlib Azərbaycana birləşmək istəsək, bizə orda zülm edənlərin qabağına Nurəddin Mehdixanlı çıxacaq yoxsa yox? Ona görə də inandırıcı olsun, emosiya olsun deyə "Prezident Aparatı fəryadı" mühüm ssenaridir. Amma belə olanda da digər tərəfdən Arazın o tayında yaşayan həmşəhrilər deyəcək ki, ay qardaş, siz hələ gedin 10 milyonluq xalqın vəziyyətini düzəlt, sonra gəlib bizi də özünüzə qatarsız. Ona görə də rəhmətlik Yaşar Nuri demişkən heç belə də ad olmaz, arsız ki, arsız. Artist və arsız.

Hə, yadımızda ikən onu da deyək ki, Türkiyənin, Gürcüstanın, Rusiyanın bir hissəsində də həmşəhrilər var axı niyə sionist rejimin əlaltıları məhz İrandakı həmşəhrilərin dərdinə düşüb? Hələ mən xarici ölkələrdə polka arxasında işləyən yazıq Azərbaycan vətəndaşlarını demirəm. Zəhmət olmasa bir neçə dəqiqəlik qısameterajlı film də onların haqqında hazırlansa yaxşı olardı. Qışqırmaq üçün münasib yeri də sizə deyək. Azərbaycan Xarici İşlər Nazirliyinin binasının qabağı. Olmadı, deputataxanın qabağında...


1139 بازدید
در حال ارسال اطلاعات...