Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2022

Namazın öz dilimizdə qılınmasını istəyən Fazilab müəllimin ilk görəcəyi iş

İki dənə - sözün əsil mənasında - təlxək mamazın Azərbaycan dilində qılınması haqda danışıblar. Biri Azər Həsrət, o biri Fazilab müəllim. İkisi də bekar adamlardılar. Bekar olduqları üçün də biz ölməmişik, sağıq demək istəyiblər. Əslində isə ikisi də ölüdür. Bir zamanlar səsləri çıxırdı, jurnalistləri, həbs olunanları, məzlumları müdafiə edirdilər. Daha sonra isə satıldılar. Başladılar trolluq və yaltaqlıq etməyə. Əvvələr sağ olanda işləri gücləri var idi. İndi isə təmiz bekardılar. Çıxıb səfeh səfeh təkliflərlə xalqın qızıldan dəyərli vaxtını alırlar. Amma bu insanların namazı Azərbaycan dilində qılmaqla bağlı verdikləri təklifdən daha yaxşı təklif bu olar ki, gedib ərəb mənşəli olan adlarını dəyişdirsinlər. Xüsusilə də Fazilab müəllim. O deyir ki, mənim tanıdıqlarım arasında öz dilində namaz qılanlar var.

Sənin tanıdıqlarının arasında min cür alçaq adam ola bilər. Sən də durub alçaq olmağa başlayacaqsan? Zatən xalq sənə alçaq bir məxluq kimi baxır. Onda gərək birinci adını dəyişəsən. Çünki Fazil ərəb adıdır. Atanın adı Qəzənfər də ərəb sözüdür. Adının yanında olan Mustafa adı da ərəb adıdır.

Ad dəyişdirmə əməliyyatı başa çatandan sonra namazın heç cür tərcümə edə bilməyəcəyiniz sözləri olacaq. Onları necə edəcəksiniz? Məsələn, sizin ağılda olan, çoxdan öz dilində namaz qılan Ələsgər adlı biri var. Özünü Allah rəsulu hesab edən səfehin biridir. O namaza belə başlayır. İsmi ilə Rəhmanın, Rəhimin, Rəbbidir aləmlərin. İsim, Rəhman, Rəhim, Rəbb, aləm ərəb sözləridir, bu tərcümə olmadı ki, bu, hoqqabazlıq oldu. Odur ki, gedin o tərəfdə oynayın, xalqın beynini səfeh fikirlərinizlə pozmayın. Onsuz da xalqın çarəsi olsa Fazilab, Azər Həsrət, Ələsgər Musayev kimi insanların boğazını küçədə heç tərəddüd etmədən üzər.


873 بازدید
در حال ارسال اطلاعات...